Qədim türklərin Qafqazın, o cümlədən Azərbaycanın ən qədim aborigenləri olduğunun təkzibedilməz sübutlarndan biri də qədim türk soy və boylarının damğalarıdır. Söhbət Son Eneolit və Etkən Tuc dövrünə aid damğalardan gedir. Bu damğalar türklərin bu ərazilərə guya orta əsrlərdə gəldiklərini iddia edən erməni saxtakarlarına ən tutarlı cavablardan biri hesab edilə bilər.

Nino Şanşaşvili özünün “Kür-Araz mədəniyyəti keramikasında işarə və simvollar” adlı çox dəyərli tədqiqat əsərində yazır ki, Kür-Araz mədəniyyətinin yayılması ilə Güney Qafqazın ən qədim əhalisinin tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdə keramikada, necə deyərlər, “piktoqrafik” işarələrin peyda olması müəyyən sosial təkanlarla bağlı idi:

“Kür-Araz mədəniyyətinin yayıldığı ərazidə naxışları ənənəvi olanlardan fərqlənən bir neçə qab aşkar edilib. Bu qabların naxışları ritmə və elementlərin təkrarlanmasına əsaslanmır. Görünür, bu qablar müəyyən məqsədlər üçün hazırlanmışlar və üzərlərindəki işarələr də sadəcə dekorativ mahiyyət daşımır”.

Kür-Araz mədəniyyətinə aid keramika nümunələri

Tədqiqatçının yazdığına görə, bu naxışlar, üzə çıxar-çıxmaz, dərhal alimlərin diqqətini çəkmiş və elə həmin andanca sözügedən damğa və işarələrin ən qədim yazı nümunəsi olduğu fikri ortaya çıxmışdır. Məsələn, B. A. Kuftin Oznidən tapılan damğaların protoelam işarələrinə bənzədiyini dilə gətirmişdir. Q. Qobicişvili onları hett-luviya piktoqrafik yazısı ilə, boşqab üzərindəki yazıları isə tabal yazısı ilə müqayisə etmişdir. Ş. Amiranişvili Amiranis təpəsindən, 36 saylı qəbirdən tapılmış işarələri şumer yazısı ilə bağlamaqdadır.

Üzərində bənzər işarələr olan bir qab Urmiya gölü yaxınlığındakı Kür-Araz mədəniyyəti dövrünə aid Yanıqtəpə adlı yaşayış məskənindən tapılmışdır. Ç. Barneyin sözlərinə görə, bu qabın üzərində cızılmış işarələr yerli tayfaların öz yazısını yaratmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, e.ə. III minillikdə İran yaylasında yaşayan yerli əhali yazıdan istifadə edib. Bu yazı Erkən Tunc dövrünə aid keramikada rastlanan ideoqramlarda təşəkkül tapıb. S. Barney həmin yazını Urmiya gölünə yaxın ərazidə yerləşən Təpə-Sialkdan tapılmış protoelam yazısı ilə müqayisə etmiş, onların fərqli yazılar olduğunu dilə gətirmişdir.

Maraqlıdır ki, Kür-Araz mədəniyyəti dövrünə aid keramik qablar üzərlərindəki türk damğalarının bolluğu ilə fərqlənir. Bu tip damğalara sözügedən mədəniyyətin yayıldığı bütün ölkələrin (Azərbaycan, Qərbi Azərbaycan // Ermənistan, Gürcüstan, Şərqi Anadolu, Güney Azərbaycan, İran, Şimali Qafqaz) ərazisində təsadüf edilir. Nino Şanşaşvili onları aşağıdakı kimi qruplaşdırmışdır:

1.Quş təsvirlərini xatırladan damğalar – Amiranis dağı, Ozni, Beştaşeni (Beştaş), Qarni, Yanıqtəpə, Danqreuli, Şenqavit, Karun, Kirovakan, Triaaleti

1402560513_damga1

2. Yunan əlifbasındakı π (pi) hərfinə bənzəyən damğalar – Ozni, Maştotsblur, Baba-dərviş, Qarni, Ariç (Qıpçaq), İmiris dağı;

2

3. Latın əlifbasındakı “M” və ya “W” hərflərini xatırladan damğalar – Muxatqverdi, Moxrablur, Xəzərtəpə, Ariç (Qıpçaq), Təbərə-əl-Akrad;

1402560578_damga3

4. Sacayağı xatırladan damğalar – Ozni, Aradeti, Ariç (Qıpçaq), Şenqavit;

5. Meandrı xatırladan damğalar – Şenqavit, Arevik, Badaani;

6. Açıq romb şəkilli damğalar – Ozni, Samşvilde;

7. Zolaqlı ləkəyə bənzəyən damğalar – Xəzərtəpə;

8. İçərisində dioqanallar qeyd edilmiş düzbucaqlı şəklində olan damğalar – Amiranis dağı;

9. Ücbucaq formalı damğalar – Amiranis dağı, Kavasxlebi, Kültəpə, Eçimədzin (Üç kilsə);

10. Düzbucaqlı üzərində sxematik bitki təsvirinin xatırladan damğalar – Şreşblur, Kültəpə;

11. Kiril əlifbasının “Ф” hərfini xatırladan damğalar – Karnut, Myxatqverdi;

12. Latın əlifbasındakı “Z” hərfini xatırladan damğalar – Beştaşeni (Beştaş), Qarni, Badaani;

13. Təpələri birləşmiş iki üçbucaqlı şəklində olan “bas” damğası – Amiranis dağı;

14. Ştrixlənmiş romb üzərində ikiqat spiral formalı damğa – Amiranis dağı;

15. “Bas” damğası və ikiqat spiral şəkilli damğa – Göyrəpə və Kültəpə;

16. Svastika formalı “as” (az // qas // qaz)

[In reply to Tikantepe News]

damğası – Araqvi dərəsi, Təbərə-əl-Akrad;

17. Üçbucaq üzərində ikiqat spiral – Ozni, Plur;

18. Daraqşəkilli damğa – Kültəpə;

19. Çəngəl formalı damğa – Kvasxlebi;

20. Kiprikcikli üçbucaq formalı damğa – Araqvi dərəsi;

21. Antropomorf formalı damğa – Kvasxlebi;

22. Sxematik şəkildə çəkilmiş bitkini xatırladan damğa – Ozni;

23. Sınıq xətt formalı damğalar – Ozni;

24, 25. Latın rəqəmlərini xatırladan damğalar – Yanıqtəpə;

26. Ox damğası – Moxrablur;

27. Spiralşəkilli damğa – Ozni;

28. Dalğavari formalı damğa – Danqreuli dağı və Yanıqtəpə;

29. Kətməni xatırladan damğa – Muxatqverdi;

30. Buynuz damğası – Eliaziq;                               

31. İkibaşlı damğa – Kültəpə;                                                                  

32. Qoşa yay damğası – Ozni;

33. “S” hərfini xatırladan damğa – Kültəpə.       

Buradakı işarələrin bir qismini piktoqram, başqa bir qismini isə piktoqramlarla damğalar arasında keçid mərhələsinin işarələri hesab etmək daha doğru olar. Hərçənd ki, onların bəzisi artıq formaca sırf damğa xüsusiyyətləri daşıyır. Bilavasitə damğalara gəlincə isə, onlardan daha çox eyni dövrün maldar əhalisi istifadə etmişdir. Əsasən keçi sürüləri bəsləməklə məşğul olan, köçəri həyat tərzi keçirən maldarlardan dövrümüzədək zəngin qayaüstü rəsmlər və eyni dərəcədə zəngin damğa arsenalı gəlib çatmışdır. Üstəlik də onların fəaliyyət göstərdikləri coğrafiya Kür-Araz mədəniyyəti dövrünün torpağa bağlı əkinçilərinin yaşayış arealından çox-çox geniş olmuş və məhz onlar   sözügedən mədəniyyətin nailiyyətlərini Avrasiyanın geniş coğrafiyasına yaymışlar. Metallurgiya, mədənçilik, dulusçuluq, toxuculuq, at minmək, araba düzəltmək, şalvar geymək və s. onlardan başqa xalqlara keçmişdir. Yazı gələnəyini də bütün dünyaya məhz onlar yaymışlar. Getdikləri hər yerə öz boy damğalarını həkk etməyi də təbii ki, unutmamışlar.

Dilçi alim Firudin Ağasıoğlu özünün “Azər xalqı” kitabında bildirir ki, XlX əsrdən üzübəri V. Tomsen, A. Şiner, İ. A. Aristov, N. Q. Malitski, E. D. Polivanov, A. C. Emre, İ. A. Batmanov, A. Bekmıradov və bir çox başqa alimlər runik əlifbanın qədim türk damğalarından yaranması fikrini bəzən güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər:

“Lakin onlardan daha əvvəl damğa → əlifba xəttini türkmən şairi Əndalip “Oğuznamə” əsərində qələmə almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun damğasından törəməsi, boylara isə damğaların Oğuz xan tərəfindən verilməsi inamı vardır”.

Türk runik hərflərinin damğalardan törəməsi fikrinin bir çox türkoloqlar tərəfindən müdafiə edildiyini S. Klyaştornıy da təsdiq edir. Onun sözlərinə görə, bu fikrin tarixi hələ qədim türk yazılarının tam deşifrə edilməmiş olduğu dövrə qədər uzanır. Məsələn, bu sahədə söz sahibi olan alimlərdən Q. İ. Spasski, M. A. Kasteren və Q. Vamberi hələ o dövrdə Yenisey yazılarının işarələrinin Sibir tatarlarının soy damğaları ilə üst-üstə düşdüyünə diqqət çəkərək, sözügedən yazıların həmin damğalardan törədiyi fikrini irəli sürmüşdülər. Onlarla həmrəy olan N. A. Aristov isə yazmışdır:

“Çox-çox qədim zamanlardan mövcud olmuş soy damğaları Orxon-Yenisey əlifbasının hərfləri qismində tətbiq olunub”.

Onun bu fikrinə N. Q. Malitski də şərik çıxmışdır.

Burada mövzumuz baxımından son dərəcə böyük önəm daşımaqda olan bir məqama xüsusi diqqət yetirmək lazımdır. Məsələ burasındadır ki, bir çox nəhəng dilçi alimlər təkcə türk yazısının deyil, ümumiyyətlə, ilk fonetik yazı işarələrinin damğalardan yarandığını və onlar üçün qaynaq rolunda isə Kür-Araz mədəniyyəti dövrünə aid damğa və işarələrin çıxış etdiyini bildirirlər.

Maraqlıdır ki, eyni işarələrə Qobustan və Gəmiqayanın Son-Eneolit-Erkən Tunc dövrlərinə aid qayaüstü rəsmləri arasında da rast gəlinməkdədir. Və onların böyük əksəriyyəti ayrı-ayrı türk soy və boylarının damğalarıdır.

Gəmiqayadakı qədim türk damğalarına aid bir neçə nümunə           

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qəbilə və soylar özünün saydığı ərazilərin, ilk növbədə də otlaq sahələrinin sərhədlərini işarə etmək üçün damğalardan istifadə etm

[In reply to Tikantepe News]

işlər. Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və qəbilələrinin ən qədim düşərgələrini, ata – baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün həmin damğaların müstəsna əhəmiyyəti vardır. Damğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, Türk xalqlarının da etnogezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı mədəniyyətinin ilk nümunələri kimi də qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış müxtəlif işarə və damğalar haqqında C. Cəfərov, Ə. Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Ə. Hüseyni “Gəmiqaya rəsmləri” içərisindən, F. Muradova Şirvan zonasından, C. Cəfərov isə Qobustan petroqlifləri içərisindən üzə çıxarılan damğalardan söhbət açmışlar. Müəlliflər bu işarələrin hansı qədim uruğa (soya) mənsub olduğunu, həmin işarələrin qədim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər. Maraqlıdır ki, həmin işarələrin paralellərinə digər qədim xalqların qədim əlifbalarında da rast gəlinir. Məsələn, Yazıçıoğlu Əliyə görə 11 – ci oğuz tayfası olan begdililərin soy damğasına Gəmiqaya işarələri içərisində cüzi fərqlə rast gəlinir.

Qaranoğayların “as” uruğunun damğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə e.ə. III əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi yazısında (“ça” və “ba” hecalarını ifadə edən qrafem) rast gəlinir. Həmin əlifbada “tha” hecasını bildirən qrafem də ağnoğayların türkmən tayfasının damğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi Gəmiqayadan tapılmışdır. Brahmi əlifbasında “dha” hecasının işarəsi isə qaranoğayların konqes (gəngər) nəslinin damğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir.

Qobustandakı qədim türk damğalarına aid bir neçə nümunə

Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı bəzi hərflərə uyğun gəlməkdədir. Belə ki, qaranoğaylarda qazan tayfasının ergenekli uruğunun damğası ilə eyni olan işarə e.ə. V-III əsrlərdə işlənmiş arami əlifbasında “h” səsini, ayrı-ayrı Şirvan işarələri isə Dəməşq – səmud əlifbasında ayrı – ayrı səsləri ifadə etmişdir. Bu damğalardan biri isə Dəməşq səfaid əlifbasında “h” səsini ifadə edən işarə ilə eynidir.

Oğuz boylarının soy damğaları

Son Eneolit – Erkən Tunc dövrlərinə aid edilən Gəmiqaya rəsmləri içərisində sonradan bir sıra türk qəbilə və soylarının damğası kimi işlənmiş bəzi işarələrə də rast gəlinməkdədir. Maraqlıdır ki, eyni dövrə aid işarələrin bir qismi qədim Türk – run əlifbasının nt, s (ş), ı (i), p, s, b, d, t, z, k, ç səslərinin qrafik əlamətləri ilə eynidir. Şübhəsiz ki, bu qədər uyğunluğun olması təsadüf ola bilməzdi. Deməli, hələ e.ə. XII-VIII minilliklərdə Türk soylarının təşəkkülü başlamış və bu təşəkkül prosesinin cərəyan etdiyi coğrafi ərazilər içərisində Azərbaycan ərazisinin də özünəməxsus rolu olmuşdur. Deyilənləri bu fakt da sübut edir ki, M.Kaşğarlıda 6-cı oğuz tayfası əfşarların damğası kimi göstərilən işarəyə, eləcə də Yazıçıoğlu Əlinin əfşarlara aid etdiyi, fəqət M.Kaşğarlının təsvir etdiyi damğadan fərqlənən damğaya Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbdə yerləşən Sofu-Novruz qəbiristanlığında qeydə alınmış damğalar içərisində rast gəlinir.

M.Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların damğası isə Şamaxının Quşçu kəndində yerləşən “Abdal damı” mağarasında qeydə alınmışdır. Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da (e.ə. III-II minillik) “şərab” mənası verən heroqlif kimi rast gəlirik.

Türk-tatar boylarının soy damğaları

Məlum olduğu kimi, begdelilər Yazıçıoğlu Əlidə 11-ci oğuz tayfası kimi qeyd edilmişdir. Onların da işarələrinə cüzi fərqlə Gəmiqaya işarələri içərisində rast gəlinmişdir. Yenə də eyni müəllifin 16-cı oğuz tayfası kimi qeydə aldığı çepnilərin damğası da həmin işarələr içərisində yer almaqdadır. Yeri gəlmişkən, qeyd edək ki, Gəmiqayada təsvir edilmiş damğalar içərisində ulay-undluğların (Y. Əli; 19-cu oğuz boyu), samurların (Ə.Bahadırxan; 17-ci oğuz boyu), ağnoğayların qara as boyunun, irğak tayfasının damğalarına da rast gəlini

[In reply to Tikantepe News]

r.

Professor Cəfər Cəfərovun yazdığına görə, Gəmiqaya damğaları içərisində rast gəlinən ən qədim işarə “az” (as) işarəsidir ki, bu işarə ilk türk soyunun-azların damğası olmuşdur. O yazır:

“Damğaların sırasında bizim üçün ən maraqlı görünəni və nisbətən geniş tədqiqat tələb edəni qaranoğaylarda “as” adıyla tanınan tayfanın “beşik damğa” adlanan damğasıdır. Bu damğanın tam paralelinə Şirvan damğalarının sırasında da rast gəlirik”.

Az (as) tayfasının taleyi elmi ədəbiyyatda çox qaranlıq və pərakəndə şəkildə izah edilmiş və edilməkdədir. Tarixi mənbələrdə, həmçinin müasir toponimikada, eləcə də türk etnonimlərində “az” (as) morfeminə çox sıx-sıx rast gəlinməkdədir. Azlar kimdir?

Az (as) boyunun damğası (Gəmiqaya). Bu damğa həm də Altay türklərinin almat boyunun damğasıdır və onlarda “kas” (qaz) adlanır.

[thumb=right]http://karabakhinfo.com/…/1402561642_semkir…/thumb]Şəmkirdən tapılan, Erkən Tunc dövrün aid olan küp. Onun üzərində “as”(az // qas // qaz) damğası həkk olunub.

Hazırda dünyanın bir çox ölkələrində azların (asların) adını qoruyub saxlamış coğrafi ünvanlara tez-tez rast gəlinir. Türk dünyasının hər yerində; Azərbaycanda, Anadoluda, Krımda, Şimali Qafqazda, Uralda, Sibirdə, Yakutiyada, Qazaxıstanda, Orta Asiyada, Şərqi Avropada və s. yerlərdə tərkibində “az” (as) komponenti olan oronim, hidronim və etnonimlər istənilən qədərdir. Azlar haqqında məlumata qədim və orta əsrlər mənbələrində rast gəlinir. Belə ki, VII əsr ərəb səyyahı Sallama ət-Tərcümani az kişlərin qıpçaqların qonşuluğunda, Mərkəzi Qazaxıstanın sərhədlərindən başlamış Balxaş gölünə qədər böyük bir ərazidə yaşadıqlarını göstərir. Təqribən eyni dövrə aid Orxan-Yenisey abidələrində də sözügedən qəbilədən danışılmaqdadır:

“Əcdadlarımızın tutduğu Yer-Su sahibsiz qalmasın deyə az xalqı təşkil edib, yar…” (Kül Təkin abidəsi,şərq tərəf, 19-cu sətir)

“Az xalqı düşmən oldu.” (Eyni abidə, şimal tərəf, 2-ci sətir)

Xlll əsr İslandiya tarixçisi Snorri Sturluson özünün “Kiçik Edda” kitabında yazır:

“Troya türk ölkəsidir…Türklərin ölkəsini tərk edib…Avropaya gələn aslar buraya türk adət – ənənələrini gətirdilər və burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu.”

Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz əcdad türklər olduğunu bir daha təkzibedilməz şəkildə sübut etməklə yanaşı, ulu babalarımızın soy damğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə çevrildiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan dünya yazı mədəniyyətinin ilk beşiyi olmuşdur.

Bəxtiyar Tuncay

türkoloq, publisist, ssenarist.