Əhməd Urmuoğlu

Aban Hərəkatı, onun səbəbləri və Qərb dövlətlərinin tutduğu mövqe                                                                                          (2-ci bölüm)

Burda bu sorğu ortaya gəlir, əcəba bu gün İran İslam hakimiyyəti altında yaşayan bütün insanlar, Şah rejimilə müqyisədə yüz qat və bəlkədə min qat olaraq ictimai, iqtisadi və siyayi baxımdan dahada ağır və dahada faciəli və acınacaqlı şərtlər altında yaşamasına rəğmən nədən 41 ildən sonra, bu qəddar rejim hələdə hakimiyyətdə qalmışdır. Eyni zamanda ümumiyyətlə insanların bütün mollalara və islam rejiminə olan dərin nifrəti və sonsuza qədər olan kiynəsini, qəddar Pəhləvi rejiminə olan nifrət və kiynəilə müqayisə etdiyimizdə, islam rejiminə olanların belə yüzlər qat çox olmasına baxmayaraq, etirazlərın bu qədər tez basdırılıb və davamının olmaması düşündürücüdür. Bu məsələnin önəmli və əsas səbəblərindən biri qeyd olunduğu kimi rejimə qarşı güclü və demokratik bir alternativin olmaması olmuşdur.                

Benzinin bahalandırılmasıyla bağlı ölkənin dört bir yanına yayılan etiraz dalğaları, özəlliklə də çox ağır və çətin iqtisadi şərtlər altında yaşayan yoxsul və aşağı gəlirli insanların benzinin qimətinin qaldırılmasına kəskin bir cavab olaraq etirazlara qalxması, rejimin tərəfindən də ona qarşı tədbirlərin alınıb gözlədiyi kimi baş tutması, tamamilə bəlliydi. Çünki burada məsələ təkcə benzinin qimətinin artmasıyla qalmır və bu məsələ bütün insanların özəlliklədə yoxsul və durmadan yoxsulluğa sürüklənən milyonlarla aşağı və orta sinifə mənsub olan insanların günlük həyatında öz etkisini buraxaraq, hər nəyin qimətinin bahalanmasına səbəb olur. Lakin bu məsələ bir bahanə olaraq, günü-gündən yoxsullaşan və süfrələrindən get-gedə bir çox zəruri və lazım olan qida maddələrinin həzf edilməsi, bu qəddar rejimin həyasızlığından və törətdiyi ağıla sığmayan cinayətlərindən cana gəlmiş geniş xalq kütlələrinin özəlliklədə yoxsul və az gəlirli insanların səbrini daşıraraq onların ayaqlanmasına səbəb olur.

Gərçək budur ki, islam rejiminin ilk hakimiyyətə gətirildiyi illərdən etibarən ölkənin əsas sənayi və böyük istehsal müəssisələrinin sözdə "Bünyade Müstəzəfan" adlı bir qurumun ixtiyarına verilməsilə korrupt və fasid bir sistemin təməli qoyulur və bu qurum get-gedə ölkənin ən böyük və güclü bir iqtsadi-sənəti qurumuna çevrilir. Hazırda bu qurum və ölkə iqtisadiyyatında böyük payı olan bir çox önəmli iri və yüngül sənayi və iş yerlərinin 70 faizi dövlətin və daha doğrusu Xamneyi və "Beyte Rəhbəri"yə bağlı olan "Sepah"ın ixtiyarına verilməsi, onun ölkə iqtisadiyyatında böyük bir gücə çevrilməsilə yanaşı siyasi gücünün də artması, onu toxunulmaz bir duruma gətirmişdir. Bu sənaye mərkəzləri və iş yerlərinə hakim olan "Beyte Rəhbəri", "Sepah", dövlət qurumları və yaxud bunlara bağlı olan fasid və quldur şəxslər onları öz dədədən qalma malları sanaraq istədikləri kimi idarə edib və bu səbəbdən də oğurluq, rüşvət və çal-çap onlarda adi bir hal olduğu üçün bu sənaye və iş yerlərinin hamısı qazanc vermək yerinə ziyan verərək, iflas durumuna gətirilmişlər.

Bunlara əlavə olaraq ölkənin gəlir qaynağı əsasən neft və qaz ixracına bağlı olması təpədən dırnağa qədər fasid və korrupt olan İran İslam rejimində onlardan gələn gəlirin çoxu Xamneyi başda olmaq üzrə üsuliyyətçi və islahatçı olan mafya bandları vastəsilə ölkəyə gətirilmədən, onların xaricdəki banka hesablarına yatırılması böyük iqtisadi fəlakət və böhranlara yol açmışdır. Örnək olaraq, Əhmədi Nejadın 8 il prezidenliyi dönəmində nefin qiyməti artaraq, bu dövürdə dövlətin keçən illərlə müqayisədə əldə etdiyi 850 milyard dolarlıq gəlirin böyük bölümü, hakimiyyətin başındaki oturan oğruların arasında bölüşdürülərək, xaricdə olan banka hesanlarına yatırılmış və onun yalnız çox az bir hissəsi ölkəyə gətirilmişdir.

İran İslam hakimiyyəti altında olan korrupsiya dünyanın heç bir ölkəsində, hətta belə ən fasid və ən korupt olan ölkəsində tayı və misli görünməyən iqtisadi, idari və siyasi fəsad elə bir inanılmaz dərəcəyə çatmışdır ki, ölkəyə hakim olan oğruların əlilə o böyüklükdə neft dəkəlləri yox olur və yaxud satılır. Eləcə də ölkədən qaçaq neft, qızıl, mis, mərmər daşları və başqa xam mallar və çeşitli məhsulların ölkənin 30-dan artıq gizli saxlanılmış limanlarından ixrac edilərək, kimsənin ciddi etirazıyla qarşılanmır. Eyni zamanda əli qanlı mollalar başda olmaq üzrə ölkə başçıları və ağazadələrin əlilə ildə təxminən 25 milyard dolarlıq qaçaq malların bu limanlar vastəsilə ölkəyə idxal edilməsi, illik gəliri 50 ila 60 milyard dolar olan bu ölkədə fəsad, oğurluq, dələduzluq və korrupsiyanın zirvəsi olaraq onun göstərgəsidir.  

Bu gün İran adlanan ölkədə 20 milyondan artıq insanın yoxsulluq sınırının aşağısında yaşaması və milyonlarla insanın tam aclıq şərayitində səfalət içində yaşam mücadiləsi verməsi və milyonlarla insanın işsiz olması, eləcə də qimətlərin bu gündən sabah neçə qatına qaldırılması, ölkədə hökm sürən böyük iqtisadi bir fəlakət və ölkə iqtisadiyyatının tamamilə çökməsindən xəbər verməkdədir.

Son illərdə dünyanın belə heç bir yerində görünməmiş bir çox çarəsiz, ac və pənahsız insanın boş qəbirlərdə yatması, yaxud bir gənc qadının neçə gün ac qalıb, sadəcə qarnını doyurmaq üçün məcburiyyət qarşısında öz namusunu sataraq qəbr içində uç kişi ilə yatağa girməsi, İslam hakimiyyəti altında İran adlanan ölkədə insan və insanlığın yox edilməsilə yanaşı, fəlakət, aclıq və yoxsulluğun da nə dərəcədə olduğunu göstərməkdədir.

Bunlar sadəcə kiçik bir örnəklərdir və ölkə çapında yüzlər və mnilərlə çarəsiz və məzlum insanın sadəcə həyatda qalmaq üçün öz böyrək və başqa həyatı orqanlarını satamaq məcburiyyətində qalmaları, böyük bir insani faciə və insanlıq trajedisi olaraq Fars-şiə şüubiyyəçiliyi əsasında qurulan İran İslam rejiminin də bütün insanlıq və bəşəriyyət üçün sonsuza qədər üz qarası olaraq qalacağını göstərir.    

Araşdırmaçı və iqtisad uzmanı Hüseyn Rağfər, keçən günlərdə verdiyi bir müsahibədə İran əhalisinin 33 faizinin mütləq yoxsulluq şərayitində yaşadığını və 7 faizinin də ac olduğunu söyləmişdir. Yəni hazırda 85 milyon ölkə nüfusundan 30 milyona yaxın insanı yoxsulluq sınırının aşağısında və 6 milyonu da tam aclıq şərayitində yaşamaqdadır, lakin bu rəqəmlər get-gedə dahada artmaqdadır.  

Dünya bankasının dediyinə görə bu il, İran iqtisadiyyatı 9,5 ila 10 faiz geriyə gedərək böyük bir iqtisadi enflasiyonla qaşı-qarşıya gəlmişdir.

İqtisadi fəlakət və dərin bir iqtisadi böhranın hakim olması, böyük bir ictimai və siyasi böhranlara da səbəb olur. Ölkə çapında ümumiyyətlə işsizlik baş alıb gedir. Universitet məzunları və ali təhsillilər başda olmaq üzrə gənclərin böyük ölçüdə işsiz olması və bu səbəbdən də onların evlənib ailə qura bilməmələri və bundan dolayı öz gələcəklərilə bağlı bütün yolların qapalı olmasından umudsuzluğa qapılaraq, rejimin yaratdığı eybəcər və fasid bir toplumda bir çox günahsız gənclər istəmədən fəsad yollara çəkilirlər. Gərçək budur ki, cinayətkar İran İslam rejimi və onun əsas hərbi gücü və basqı qolu sayılan "Sepah" bir başa ölkənin başa-başında narkotik maddələrinin ticarətilə məşğul olaraq, onun geniş şəkildə yayılıb və bilərəkdən insanların özəlliklə də gənc qız və oğlanların zəhərlənməsində və onların sadəcə mütəhərrik ölülərə çevrilməsində, həm də tamamilə fasid bir toplumun yaranmasında əsas rolu olmuşdur.

İran islam rejiminin bu dəhşətli cinayətnin yəni gənclərin zəhərlənməsinin əsas səbəbi, onların hər bir toplumda olan dəyişikliklərdə və inqilabi hərəkətlərdə böyük rol oynadığından irəli gəlmişdir və bu rejim, gənclərin istər qəddar Pəhləvi rejiminə qarşı mübarizədə, istərsədə onun devrilməsində başlıca rol oynamasını yaxşı bilirdi.

Rejimin bu əxlaqsız və iyrənc işində başarılı olmasının böyük səbəblərindən biri özəlliklədə onun ilk hakimiyyəti günlərindən etibarən alkolun yasaqlanması və narkotik maddələrin çox qolaylıqla olan alış-verişilə yanaşı ucuz olması, onun geniş şəkildə yayılmasına nədən olmuşdur. Bu gün etiyad İran toplumda böyük bir ictimai probləmə çevirlərək, onun böyük ölçüdə boşanmalara və ailələrin dağılmasına yol açmaqla yanaşı, getdikcə əxlaqiyyatın pozulması və ictimai fəsadların yaranmasına zəmin yaradaraq fəhşanın da çoxalmasına səbəb olur.

Eyni zamanda İslam erjiminin istər atom məsələsilə bağlı, istərsədə onun bir terorçu rejim olaraq İraq, Suriya, Lübnan, Yəmən başda olmaq üzrə Orta doğu və başqa ölkələrin iç işlərinə qarışaraq terorçuluqla məşğul olması və əsasən yoxsul kütlələrin hesabına ölkə gəlirindən milyardlarla dolar bu yolda xərcləməsi və başqa cinayət işlərilə bağlı Amerika və bəzi Qərb dövlətləri tərəfindən iqtisadi sanksiyalara məruz qalması, dərin böhranlar içində olan bərbad ölkə iqtisadiyyatını dahada iflic bir duruma gətirmişdir.

Bütün bu deyilənlərə və bu dözülməz və acınacaqlı duruma əlavə olaraq faşist İran İslam rejiminin hakimiyyətə gətirildiyi gündən etibarən törətdiyi dəhşətli cinayətlərindən, vəhşiliklərindən, ağıla sığmayan zülmlərindən, ayrı-seçkiliklərindən, irqçılığından, hər cürə basqılarından eyni zamanda bütün ictimai, iqtisadi, idari və əxlaqi fəsadların baş alıb getdiyindən dolayı cana gəlmiş və bütün umudlarını itirmiş xalq kütlələri ayağa qalxaraq öz mücadiləsilə, bu qəddar rejimə qarşı yeni bir qəhrəmanlıq dəstanı yazmışlar. Bütün bunlardan dolayı İran İslam rejiminə qarşı zaman-zaman yaranmış böyük bir kiynə və dərin bir nifrətə benzinin bahalandırılması sadəcə bir bahanə olaraq, sanki bu uzun sürədə insanların ürəyində qalanan qalaq-qalaq dərdlər üzündən ürəklərdə yaranan atəşin üzərinə benzin tökərək, bir anda alovlanmış və beləliklə də böyük bir qiyam və qanlı etirazlara səbəb olmuşdur.

Bu etirazlar təpədən dırnağa qədər fasid olan, eləcə də fəsadlar və bütün pisliklərin içində boğulan bu qəddar rejimin 41 illik qanlı hakimiyyəti sürəsində vəhşicəsinə törətdiyi dəhşətli cinayətlərinə və etdiyi bütün zülmlərinə kəskin bir cavab olaraq özəlliklə yoxsul kütlələri ayağa qaldırıb və etirazlar ildırım sürətilə bütün ölkəyə yayılaraq böyük bir qiyama çevirlib və İslam rejiminə ayid olan hər nəyi yaxıb yandırmışır.

Gərçək budur ki, millətlər dustağı olan İran adlanan ölkədə faşist İslam rejimi, cəllad Pəhləvi rejiminin xələf canişini olaraq onun məsrəf tarixinin keçməsindən sonra Amerika və İngiltərə başda olmaq üzrə Qərb dövlətlərinin təkcə alternativi olmuşdur. Bu dövlətlər İran adlanan ölkədə qəddar Pəhləvi rejiminin dəhşətli zülmlərinə məruz qalan bütün insanların və millətlərin ona qarşı apardığı haqlı mübarizəsini öz yolundan caydırmaq məqsədilə, Xumeyni kimi bir qatil və daş dövrünə ayid olan cani bir mollanı gecə-gündüz təbliğ etməklə öndər göstərib və Şah rejiminin yerinə gətirməyə çalışmışlar. Burada vuğulanması gərəkən önəmli məsələ budur ki, Amerika elçiliyinin Tehranda işğal edilməsi əslində öncədən hazırlanmış iyrənc bir senaryo və kirli bir oyunun əsasında baş tutmuşdur və Amerika başda olmaqla Qərb dövlətlərinin 41 il boyunca bu qəddar rejimlə siçan pişik oyunu, İran adlanan ölkədə zülm altında yaşayan əzilmiş millətlərin və bütün məzlum insanların aldadılmasıdan başqa bir şey olmamışdır. Özəlliklə Amerika ilə İran islam rejimi arasında ilk günlərdən etibarən elçiliyin işğali ilə bağlı yaranan gərginliklər, hər iki tərəfin xeyrinə olmuş və cəllad Xumeyni başda olmaqla İrqçı İslam rejimi özünü üzdə və sözdə Amerikaya qarş göstərib və Amerikaya ölüm şüarilə bir tərəfdən içəridə solçu və ona qarşı olan qüvvələri öz tərəfinə çəkib, digər tərəfdən dünyada müsəlmanları aldadaraq onlara rəhbərlik etməyə çalışmışdır.

Amerikaya gəldikdə isə bu dövlət, bu gündə olduğu kimi 41 il böyunca iki dövlət arasında olan gərginliyə ara vermədən İran islam rejimindən bir xortdan yaradaraq, onu bütün bölgədə eləcə də dünyaya böyük bir təhlükə olaraq göstərməklə, özəlliklə öz sıradan çıxarılmış köhnə silahlarını Ərəb ölkələrinə satmaqla bir tərəfdən onlardan xilas olur, digər tərəfdən bu silahları satmaqla yüz milyardlarla dolar qazanıb və bölgəni böyük bir silah ambarına çevirmişdir.

01.01.2020

Ardı var