Böyük Tablo - Baş Analiz

bu gün İran coğrafiyasında Pan-iranism və pan-fars sözünün doğru ifadəsi və o istlahların Iran içtımaiyətində ayrı ayrı istfadəsi və oynadığı rolu ! bizə bir böyük tablo olmuşdur .

nə yazıq ki hər kəs bu acı gərçəyi qəbul etməlidir , elə İran adlanan yerdə heç bir tarix olay heç bir elmi təsbit, içtimai sürəc , coğrafiya və bölgə adları öz gərçək adı ilə tanınmamışdır elə ona tabe heç qavram öz gərçək mənası ilə İranda yaşayan addi millətlər arası yerinə düşüb və öz əsli məqamında oturmamışdır .

elə işlər böylə olduğu halda hər despot hakim istədyi qədər cəəl edib özünün şəninə layiq dəyişikliklər edə bilmişdir , elə məhz onagörə biz o üstəki söyləmi izah etmək üçün bir neçə sual ilə üzbəüzə qalmışdıq .

aya İranda yaşayan millətlərin içində neçə dərsədinin şəubi islamı ya şieyi şəubi ilə tanışlıq şansı olmuşdur ?

aya bu qavramı heç bir tanıyan varmı ?

Ya bu gün İranda bu cəəli və saxta tarixin yerinə , bir düzgün İran tarixi ilə üzbəüzə gəlmək mümkündürmi ?

aya kütlə arası bu yekəlikdə bir Ariya vandalizmini və təvəhhüm rallığını aradan qaldırmaq mümkündürmi ?

Demək ki pan-iranism və pan-farsism qavramlarıda İranda yaşayan addi millətlərin çoxuna tam aydın deyildir , elə ona görədə onlar pan-iranism sözünü pan-farsism sözünün yerinə qoyub istifadə edərək pan-fars düşünmüşdürlər , ya bər əks pan-farsizimi , pan-iranizmin yerinə istfadə etmişdirlər .

hal bu ki pan-iranism qavramı , idoloji olaraq , eyni halda bir təşkilat kimi pan-farsismin xidmətində olan bir gərçəkdir, amma pan-fars deyildi .

pan-iranism qeyri fars millətlərinə aid olan bir fenomen amma pan-farsismin yedəyində gedən bir yorğa atdır ,

Burada hər kəs bilməlidir ki son yüz ildir ki İran adlanan yerdə bir ( hejmoni kəm zərfiyyət fars , həm keyfiyyət və həm kəmiyyət baxımından kəm zərfiyyət ) İrana hakim olmuşdur , elə bu hakim hegemoni ya hejmoni yalniz fars millətinə aid olan mənfəətləri və maraqları tamam qədarcasına önə çəkib və qorumuşdur .

burada qeyid etmək lazım ,əgər bu gün reallığımız (tarixi olay) bir gərçək isə o zaman bu fars toplumunun içindən hətta bir pan-iranist tapmaq heçdə mümkün deyildir , yəni addi Fars millətin istisna edərək ! hər bir fars fəalı ki bu hejmonınin ixtyarında bir rol oynayir o fərd ya o şəxs heç zaman pan-iranist olabilməz və deyildi ! demək onun yalnız bir gərçək adı var , oda pan-farsismdır .

bəs o zaman Pan-İranist kimdir ?

İranda qeyri fars millətlərə mənsub olan şəxslər və onlara aidd olan təşkilatlar və onların tərəfində himayə olan qrup və dəstələr ki tamam kamal pan-farsın ixtyarında və onun konturulu altında əməl edən bir çalışqanlıq deməkdir .

Yəni fars millətindən olmayan amma yalnız fars hejmonisinə xidmət edən müvcud bir cərəyandır .

eyni halda İranda bir fəal kimi pan-farsısmin maraqlarını müdafə edib və qabağa aparan aparatlardır,

elə onlara bu funkçıyadan dolayi bir başa pan-iranist demək təmamən düzdür.

onlar asimilə olmuş ya pan-farsizmin etkisi altında öz əsli dəyərlərin uduzmuş qeyri fars millətlə aid olan insanlardır .

burada çox üzüntü ilə qeyid etməliyəm ki bu şəxsiyətrərin çoxunluğu bizim millətə aid olmuşdur , nə yazıq ki ! Azərbaycan komunistləri İran dan eşikdə cahan vətəni , internaşnal , olsalarda ! amma İranın içərisində çox qəddar pan-iranist olmuşdurlar elə ki pan-fasismin İran üzərə , İrançılıq teorisini və onun təməl işlərini yəni təmamiyyət xahi adı altında öz ixtyarlarına alıb ən böyük xidməti pan-farsismə etmişdirlər .

əslində sözün özünü demək lazımdir ki bu son yüz il ərzində pan-farsism bir dığa metoodla çalışarkən ! özünü pan-iranist nişan vermək istəmiş idi , ta bu gördüyü çirkin işlərin vəbalını qeyri fars millətlərə aid pan-iranistlərin boynuna yıxsın , elə bura qədər də çox isabətli olmuşdur, amma bu gündən etbarə biz hər qavramı öz yerində qullanmaq şərti ilə o cığalbazlığın önünə keçib və onun gərçək üzünü ifşa etməliyik .

sattar slami   19.05.2019