Aban Hərəkatı, onun səbəbləri və Qərb dövlətlərinin tutduğu     mövqe                                                                                           (1-ci bölüm)       ƏHMƏD URMUOĞLU        

İran İslam rejiminə qarşı noyabrın 15-dən (24-aban-dan) etibarən benzinin qimətinin artırılmasından dolayı ölkənin dört bir yanında böyük kütlələrin iştirakilə başlanan və bir həftə boyunca davam edən etiraz hərəkatı, onun silahlı qüvvələri tərəfindən tam vəhşicəsinə basdırılsada, etirazlar ara-sıra bəzi şəhərlərdə yenədə davam etmişdir.

Bəşəriyyət tarixində tayı və misli çox az görünmüş belə bir cinayətkar, vəhşi, qəddar, qaniçən İran İslam rejiminə qarşı benzinin qimətinin 1000 tüməndən üç qatına qaldırılması bu ayaqlanma və kütləvi etirazların başlanğıcı olmuşdur.

Qeyd etmək lazımdır ki, neçə gün bu etirazlardan öncə mübariz gənc Ərəb şairi Həsən Heydərinin şübhəli ölümü, daha doğrusu cani İslam rejimi tərəfindən öldürülməsilə bağlı Ələhvazın bir çox şəhərlərində rejimə qarşı başlanan etirazlar, benzinin bahalaşmasıyla dahada böyüyüb genişlənərək, sürətlə ölkənin bir çox şəhərlərinə yayılmışdır.

İran İslam rejimini ölüm qorxusuyla qarşı-qarşıya gətirib və onun əsasını sarsıdan bu qanlı etirazlarda yüzlərlə əli yalın dinc və heç bir suçu olmayan günahsız insan yerdən və havadan hətta helikopterlər və sihalardan (pəhbad) həm də yüngül və ağır silahlardan atılan güllələrə tuş gələrək qəddarcasına öldürülmüşdür. Çeşitli qaynaqların yayınladığı xəbərlərdə bu etirazlarda öldürülən, yaralanan və tutuqlananlarla bağlı fərqli bilgilər verilmiş və bu günə qədər bu haqda konkret bilgilər hələdə verilməmişdir. Çünki islam rejimi qorxusundan törətdiyi öz cinayətlərini ört-basdır edərək onu hər kəsdən və özəlliklədə dünya ictimaiyyətindən gizli saxlamağa çalışıb və bu səbəbdən də dəqiq bilgi verməkdən qaçmaqdadır.

Uluslararası "Əf Qurumu,"nun Orta Doğu və Quzey Afrika sorumlusu Filip Luterin, İran İslam rejiminin bu etirazlarda törətdiyi cinayətlərlə bağlı verdiyi raporda, ölənlərin çoxunun baş, ürək, boyun və başqa həyatı orqanlarından aldığ güllələr vasitəsilə öldürüldüyünü yazmışdır.

Buda o deməkdir ki, əmniyyət qüvvələri onları öldürmək amacıyla vurmuşlar.

Rejimin əmniyyət qüvvələrinin etirazçılara qarşı törətdiyi vəhşilikləri və dəhşətli cinayələrilə bağlı getdikcə yeni bilgilər əldə edilərək, onun boyutları bütün təfərrüatilə ortaya çıxmaqdadır.

"Royterz" xəbər ajansı, rejimə yaxın olan qaynaqlara dayanaraq, dekabrın 23-də yaydığı xəbərdə Xamneyinin bir başa əmrilə iki həftədən az bir sürədə və 1979-cu ildən bəri İran İslam rejiminə qarşı ən qanlı və şiddətli olan etirazlarda, öldürülənlərin sayının 1500 nəfər olduğunu yazmışdır. Raporda ödürülənlərin təxminən 400 nəfərinin qadın və 18-nin uşaq və yeniyetmələrin olduğu yazılmışdır. Royterz,in xəbərinə görə Xamneyi, əmniyyətin yüksək məsulları və dövlət məqamlarına vuğulayaraq deyir ki, "islam cümhuriyyəti təhlükədədir. Hərnə şəkildə olursa olsun, etirazlara son verin. Bu mənim əmrimdir."  

"Uluslararası Əf Qurumu" neçə gün bundan öncə verdiyi son raporunda noyabrın 15-dən 18-nə qədər öldürülənlərin sayını 304 nəfər, yaralıların sayını isə minlər nəfər olduğunu və bundan öncə verdiyi raporunda onların 208 nəfər olduğu yazılmışdır. Mir Hüseyn Musəviyə bağlı olan "Kələme" saytı, eləcə də Azərbaycan İnsan Haqları Cəmiyyəti, yaxud "Ərk Cəmiyyəti" ölənlərin ən azı 366 nəfər və Amerika prezidenti Donald Tramp, onların sayının 1000-dən çox olduğunu söyləmişdir.

İran İslam ejiminə qarşı ayaqlanmaların böyüklüyü və kütləvi etirazların   əzəməti, bəzi dövlət amillərini də ona qarşı törətdilən dəhşətli cinayətlərin bir bölümünü etiraf etməyə məcbur etmişdir.

İran parlamentinin xarici siyasət və milli əmniyyət komissiyasının üzvü, Hüseyn Nəqəvi Hüseyni, noyabrın 26-da jurnalistlərə verdiyi   müsahibədə ölkədə baş verən kütləvi etirazlarda öldürülən, yaralanan və həbs edilən insnların sayından danışıb.

Onun söylədiyinə görə “ölkədə baş verən son etirazlarda 7 mindən çox insan həbs edilib.

Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli əmniyyət qüvvələrinin ölkənin 137 şəhərində dinc etirazçılara qarşı misili görünməmiş vəhşilik və qəddarlıqla odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfər öldürülüb, 3700 nəfərdə yaralanmışdır.

Son bilgilərə görə tutuqlananların sayı 8000 nəfəri keçmişdir və bu rəqəm getdikcə dahada artmaqdadır.

"Sepah" silahlı qüvvələrinin baş komandilərindən biri olan Yədullah Cəvani, İranda rejimə qarşı bu etirazları misli görünməmiş ən böyük etirazlar olaraq göstərmişdir. Onun söylədiyinə görə "cümə günü 15 nayabrdan (24-aban-dan) məhdud şəkildə başlanan etirazlar get-gedə böyüyərək, şənbə və bazar günləri zirvə nöqtəsinə çatmış və geniş şəkildə yüzlərcə şəhərdə və ölkənin 31 əyalətindən 29 əyalətində davam etmişdir. Eyni zamanda o, bu etirazları İslam rejiminin 40 illik hakimiyyəti sürəsində onun böyüklüyü və genişliyi ilə bağlı taysız və misilsiz olduğunu söyləmişdir."

Bəsic komandanının əməliyyat işləri üzrə müavini Salar Abnuş, Həmədanda çıxış edərək etirazların yatırılmasını "möcüzə" adlandıraraq belə demişdir;

“Son etirazlar İran İslam Cümhuriyyətinə qarşı bir anlıq bütün ölkəni bürüyən geniş miqyaslı dünya savaşı idi. Bizi bu savaşdan yalnız tanrı qorudu."

Lakin bütün bu açıq və aydın etiraflara rəğmən çox gülünc olaraq ölkə prezidenti Həsən Ruhani, etirazçıların sayının çox az olduğunu iddia etmişdi.

Bu etirazlar, qan, qorxu, cəhalət, xurafat, mövhumat, yalan, riya və eyni zamanda Fars şüubiyyəçiliyi və qatı Fars irqçılığı əsasında qurulan faşist İran İslam rejiminin 41 illik qanlı-qadalı hakimiyyəti sürəsində istər geniş xalq kütlələrinin qatılımı baxımından, istərsədə bu cani rejimin bütövlüyünün bir başa hədəf alınması baxımından bir dönüm nöqtəsi olaraq, olduqca böyük siyasi önəmə malik olmuşdur.  

Çünki 1999-cu (1388-ci) ildə baş verən "Yaşıl" hərəkatı və bir az ondan fərqli olsada 2017-ci (1396-cı) ildə baş verən "Dey" hərəkatı, əsasən bu cinayətkar rejimin öz içində olan çəkişmələr və sözdə islahatçılarla üsuliyyətçilər arasında olan qüdrət və hakimiyyət uğrunda gedən davadan başqa bir şey deyildir. 1388-ci ildəki "Yaşıl" hərəkatında əsasən orta siniflərdən olan etirazçılar, yalnız islahatçılıq şüarlarıyla sadəcə Tehran və böyük fars şəhərlərində küçələrə çıxıb, Prezident seçkilərində Əhmədi Nəjadın xeyrinə oğurlanan səslərilə bağlı olan saxtakarlıqlara qarşı öz etirazlarını bildirmişlər.

2017-ci ildə baş verən "Dey" hərəkatıyla "Yaşıl" hərəkatın fərqli bir cəhəti də, onun böyük şəhərlərdə və orta siniflər tərəfindən olan etirazların əksinə, "Dey" hərəkatının kiçik şəhərlərdə və tamamilə iqtisadi və siyasi səbəblərdən dolayı yoxsulların və orta sinifinin bir bölümünün küçələrə çıxaraq etiraz hərəkatına qatılmaları və islam hakimiyyətinin bütövlüyünün sorğu altına aparılmasıdır.  

Şahid olduğumuz kimi ümumiyyətlə bu etirazlara nə yoxsul və aşağı siniflər, nədə kiçik şəhərlər, hətta İslam rejiminin neçə qat zülmlərinə məruz qalan qeyri-fars millətlərin heç birisi də qatılmamışdır. Bu əsasi və gözə çarpan səbəblərdən dolayı, Aban hərəkatı tamamilə onlardan fərqlənməkdədir.

Bu etirazlar, əli qanlı rejimin 41 il boyunca gecə-gündüz və durmadan apardığı yalan təbliğatlarını puça çıxararaq onun düyaya car çəkib və özəlliklə islam ölkələrində ictimai və siyasi şüurdan yoxsul olan əvam müsəlmanlar içində şüubiyyəçi Fars-İran islam rejiminin iyrənc və çirkin üzünü üzə çıxararaq insanların azad, xoşbaxt və rifah içində İran cənnətində yaşadıqlarının tamamilə yalan olduğunu ortaya qoymuşdur. Eləcə də bu etirazlar, İran İslam rejiminin necə qəddar, nə qədər cani və nə dərəcədə irqçı və faşist bir rejim olduğunu bütün çılpaqlığıyla gözlər önünə sərərək dünyaya göstərdi.

Eyni zamanda milyonlarla insanın 200-ə yaxın şəhərdə uca səslə Xamneiyə ölüm, diktatora ölüm və rejimə qarşı bunlara bənzər başqa şüarlarıyla, həm də bəzi şəhərlərdə 15-ə yaxın dini məktəbinə və bəzi imam cümələrin evlərinə hücum edərək onları yaxmaqla İslam rejiminə və mollalara olan öz sonsuz və dərin nifrətlərini aydıncasına göstərmişlər.

Gərçək budur ki, bu etirazlar İran İslam rejiminin bütün varlığını sarsıdaraq, onun uzun illər boyunca tam şarlatanlıqla panfarsizm və paniranizmin təməli sayılan və qatı irqçılıq əsasında olan Fars-şiə şüubiyyəçiliyinin islam aləmində möhkəmləndirilməsinə bütün gücü ilə çalışan bu qeyri-insani və faşisti ideologiyanın əsasını laxladaraq onu alt-üst etmişdir.

Beləliklə də bu etirazlar rejimin bütün dünyada özəlliklədə onun yalanlarına inanıb, onu özlərinə örnək göstərənlər içində olmayan şərəf, vicdan, namus, heysiyyət və insanlığını açıqcasına ortaya qoyaraq gərçək olan iyrənc və çirkin üzünü hər kəsə göstərmişdir.

Aban etirazlarında daha önəmli olan və rejimi dahada qarxuya salan, həm də onu "Yaşıl" və "Dey" hərəkələrindən fərqliləndirən başlıca məsələlərdən biridə, bu hərəkətlərə qatılmayan Ərəb və Türk milləti başda olmaq üzrə bütün qeyri-fars millətlərinin də geniş şəkildə bu etiraz hərəkətinə qatılmaları olmuşdur.

Aban hərəkətilə bağlı özəlliklə vurğulanması gərəkən çox önəmli və İslam rejiminə qarşı mübarizədə böyük rolu olan və onun devrilməsində öz damğasını vura biləcək əsas məsələlərdən biridə, dini inanclarına görə rejimin heç gözləmədiyi, ancaq olduqca ağır və çətin iqtisadi şərtlər altında ölüm-qalım və sadəcə ayaqda qalmaq mücadilələsi verən yoxsulların, aşağı siniflərin və aclıq sınırında olan insanların bu etirazların önündə olaraq ona qarşı ayaqlanmaları olmuşdur. Qeyd etmək lazımdır ki, cəllad Xumeyninin müstəzəf və ayaqların adlandırdığı bu məhrum və aşağı sinifə mənsub olan yoxsul insanlar, ümumiyyətlə fanatik dinçi olduqlarına görə ilk başdan etibarən rejimin yanında dayanmış və hər zaman onun əsas və aşırı dəstəkçilərindən olmuşlar.

Aban hərəkatıyla bağlı olduqca önəmli olan məsələlərdən biridə, keçən etiraz hərəkətlərinə qatılmayan və rejimlə muxaliflərin arasında məsafə saxlayan yaxud ortada qalan və bu zaman İslam rejimindən qopa bilməyib və umudlarını hələ ondan kəsməyən bir çox insanın, bu etirazlara qatılmaları olmuşdur.

Burada vurğulanması gərəkən ən önəmli bir məsələ, bu hərəkətin benzinin qimətinin artırılmasıyla bağlı anidən baş tutması və rəhbəriyyətinin olmaması və bəlli bir siyasi parti və qurmlar, yaxud şəxsiyyətlər tərəfindən yönəldilməməsi olmuşdur. Bu məsələ qəddar rejimə qarşı etirazlarda böyük bir zəf olaraq, hərəkətin bütün ölkəyə yayılmasına və milyonlarla insanın kütləvi şəkildə ona qatılmasına rəğmən güclü və ölkə çapında hər kəsi öz ətrafında toplaya biləcək bir demokratik cəbhə və ya milli şuranın olmaması onun ərkən və uzun sürmədən vəhşicəsinə basdırılmasına səbəb olmuşdur.

29.12.2019

Ardı var