URMU SOYQIRIMI (4-cü bölüm)

                                                                         ƏHMƏD URMUOĞLU        

17-18 mart erməni daşnakları və asuri quduzlarının Azərbaycan Türklərinə qarşı başlatdıqları dəhşətli 159 günlük soyqırım, onların cinayətkarlıq, qəddarlıq və vəhşiliyinin ən zirvəsi idi. 159 ağır, qorxulu, acınacaqlı, fəlakətli və dözülməz gün ki, onun hər bir günü bizim əli yalın, köməksiz və məzlum millətimizə illər kimi keçmişdir.

Maraqlı burasıdır ki, erməni-asuri qatilləri bu gün günahsız dinc şəhər əhalisini qətliam edib evlərini qarət etmək üçün, ailələrilə birlikdə gəlmiş və onlar, qətl etdiyi insanların evlərini taladıqdan sonra yandırmışlar.

Olduqca təəccübli və eyni zamanda maraqlı burasıdır ki, şəhərdə belə bir kütləvi qətliam və qırğının getdiyi zaman və 50 min şəhər əhalisinin harayı göylərə qalxdığı bir şərayitdə Rusiya, Amerika, Fransa və İngiltərə dövlətlərinin baş konsulları və məzhəbi misiyonerlərinin təmsilçıləri tam soyuq qanlılıq və laqeydiklə bu vəhşilıyə və ağla sığmayan cinayətlərə nə inki tamaşaçı olurlar, bəlkə onları törətdiyi bu cinayətlərində dahada qızışdırıb və Azərbaycan Türklərinin öz doğma ata-baba torpaqlarından tamamilə təmizlənib yox edilməsi üçün heç bir cinayət, alçaqlıq və rəzalətdən əsirgəməmişlər.

Daha acınacaqlı burasıdır ki, Amerikanın baş konsulu olan Vilyam Şed, erməni-asurilərin törətdikləri bu cinayət və vəhşiliklərinin izlərini həmən silmək üçün, qətliam edilən ailələrin sağ qalanlarını hədə qorxu və təhdidlə öldürülən insanların cənazələrini küçələrdən yığıb və kütləvi şəkildə qazdıqları xəndəklərdə basdırmağa zorlamışlar.

Erməni-asurilər əlbəttə ki, arxalarını bu dövlətlər və onların məzhəbi misiyonerlərinə dayıyaraq dahada cürətlənib quduzlaşaraq belə bir cinayətləri törətməyə qalxmışlar. Nəcəfqulu Pesyan bu gün Urmuda törədilən bu cinayətlər haqqında belə yazır: ”Atam o vaxt Urmu şəhərinin tanımmış və hörmtli əəyanlarından olaraq Amerikanın məzhəbi misiyonunun rəhbəri və sonraki bu dövlətin Urmu konsulu olan Vilyam Şed ilə şəhərdə inanılmaz və şiddətli qırğınların getdiyi bir vaxtda onunla görüşə gedir və öz etirazını bildirərək günahsız dinc insanların qətliamının qarşısının alınmasını istəyir. O, tam soyuq qanlılıq və etinasızlıqla iyrənc bir şəkildə belə deyir: ”qoyun siqaretimi rahatcasına cəkib qurtarım sonra danışarıq"!!??

Bu qədər laqeydlik dözülməziydi.... və təəccübli burasıdır ki, Fransa katolik kilsəsi və Roma Papasının təmsilçisi olan Munsiniyor Sontaq bu qətliamın qarşısını almaq istədiyi zaman Vilyam Şed ona qarşı çıxaraq deyir ki, ”Urmu və Salmas əhalisinin yox edilməsilə asurilər həmişəlik didərginlikdən qurtarıb və bu bölgəni özlərinə vətən edə biləcəklər!??” (bax. Nəcəfqulu Pesyan və Xosrov Mötəzed, Əz Səvad kuh ta Johansburg, s.189).

Urmu çevrəsində olan sayisız kəndlərin yalnız bir neçəsinin möhkəm qalaya malik olması və Urmu şəhəri kimi, kəndlərdə də silahların tamamilə əhalidən zorla alınmasından dolayı, kəndlərin çoxunda güclü müqavimət ola bilmirdi.

Əlbəttə, belə bir qəddar və rəhimsiz qoşun qarşısında və umudnu hər yandan kəsən yardımsız, əli yalın kəndlilrimiz necə müqavimət göstərə bilərdi ki!? Bu səbəbdən də kəndlərimiz qeyd olunduğu kimi elə 1916-17-ci illərdən etibarən talanaraq qarət edilmiş, günahsız əhalisidə qətliamlara məruz qalmış və canlarını qurtarıb sağ qalanlar da öz evlərini tərk edib qaçmaq zorunda qalmışlar.

Urmu çevrəsindəki nisbətən möhkəm qalaya malik olan, yaxud stratejik mövqələrinə görə bir neçə kənd müqavimət mərkəzlərinə çevirilmiş və əmniyyəti heç olmayan ətraf kəndlərdən də qaçan insanlar və bəzi silahlı döyüşçülərdə bu kəndlərə sığınmışlar.

Müqavimət göstərən kəndlərin başında Urmu vilayətinin quzeyində və Urmu gölünün sahilində yerləşən Ənzəl mahalının mərkəzi olan Quşçu kəndi dayanırdı. (bu gün şəhər sayılır)

Urmu vilayətinin quzeyində, Urmu gölünün kənarında yerləşən Ənzəl mahalının müqavimətinin başında Kazım Xan Quşçu dayanırdı.

O, Ənzəl mahalının Quşçu, Qarabağ, Qalqaçı, Muğatel, Göyərçin Qala, Barı, Nəcəfabad və başqa kəndlərin ağsaqqalları tərəfindən başçı təyin olunur. Kazım XanQuşçu, Azərbaycanın yetişdirdiyi böyük oğulladlarından biri olmuş və Xalq içindən çıxan sadə, savadsız bir kəndli olmasına baxmayaraq Xalqın sevimli bir qəhramanına çevrilmişdir.

Kazım Xan olduqca qoçaq, döyüşçül, cəsur, iradəli, həm də istedadlı, bacarıqlı və böyük bir hərbi sərkərdə olmuşdur. O, Urmu və çevrə kəndlərində qırğınlar və qətliamların başlandığından etibarən İsmayıl Ağa Simitqonun başçılığında kürdlərin Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımına qədər, Ənzəl mahalının adları çəkilən kəndlərin əhalisini Göyərçin Qala kəndinin yanında və Urmu gölünün sahilinə yaxın olduqca önəmli stratejik bir mövqeyə malik olan Qırxlar qalasında (Kazım daşı) öz başına topluyaraq, onların içindən silahlı müqavimət dəstələri yaratmış və beləliklədə əhalini erməni-asuri və sonrada kürdlərin qətliamından qoruyaraq qurtarmışdır.

Kazım Xan Quşçunun göstərişilə Qırxlar qalasında silah və savaşa lazım olan sursat və hətta top, həm də Təbriz və gölünün doğu tərəfi ilə əlaqə saxlamaq üçün burada kiçik qayıqlar da istehsal edilidi. Qeyd etmək lazımdır ki, onun yaradığı döyüşçü dəstələri erməni-asuri silahlı dəstələrinə qarşı istər öz partizani hücumlarıyla, istərsədə üz-üzə apardıqları döyüşlərdə düşmənə çox ağır zərbələr vurmuş və onların içində böyük qorxular yaratmışdır. Urmu soyqırımından qurtulan kəndlər yalnız Kazım Xanın qoruyub saxladığı bu kəndlər olmuşdur.

Kazım Xanın düşmənə qarşı hərəkətinin başlanğıcı, asurilərin dini rəhbəri olan Marşimunun İsmayıl Ağa Simitqo əlilə öldürülməsindən sonra, erməni-asurilərin Salmasdan Urmuya qaçdıqları zaman Kazım Xanın onların 40 nəfərlik bir silahlı dəstəsini Quşçu kəndində məhv edərək, onların silahlarının alınmasıyla olmuşdur.

Bu hadisədən sonra erməni-asurilərin rəhbərlərindən olan Petros Ağa 27 mart 1918-ci ildə (fərvərdin ayının 7-sində) böyük bir ordu və ağır silahlarla Quşçu kəndi başda olmaq üzrə Ənzəl mahalına hücum edir. Quşçu əhahisi tam qeyrət və qəhrəmanlıqla bu quduzların qarşısında müqavimət göstərib, qorxuya yol vermədən şərəf mücadıləsi vermşilər. Umudları hər yerdən kəsilən və heç bir yandan yardım gəlmədiyini bilən müqavimət dəstəsi, bütün əhalini kənddən çıxararaq onları təhlükədən qurtarmış və sonrada dağlara çəkilərək Qarabağ kəndinə gedirlər. Bu zaman düşmən Qarabağ kəndinə hücum edir, lakin əhalinin müqaviməti çox sürə bilmir və əhalinin bir bölümü Göyərçin Qalaya doğru yəni Qırxlar qalasına gedir, bir bölümüdə dağlara qaçmaq zorunda qalır. Salmasa qaçanlar yolda erməni- asuri silalıları tərəfindən tamamən qətlə yetırilib, yaxud əsir düşürlər.

Bu qanlı olaylardan sonra Ənzəl mahalının adları gedən kəndlərinin əhalisi tamamən Qırxlar qalasına toplaşıb, Kazım Xanın başçılığında asuri-erməni daşnaklarına qarşı mübarizəni dəvam edirlər. Kazım Xan Quşçu erməni-asuri soyqırımından sonra İsmayıl Ağa Simitqonun başçılığında kürdlərin cinayətlərinə və onun Azərbaycan torpaqlarının işğalçı siyasətinə qarşı əhalini müdafiə etmişdir. Azərbaycanın böyük və sevimli qəhrəmanlarından biri olan Kazım Xan, bu qanlı-qadalı hadisələrdən sonra general Təhmasibinin komandanlığında olan quldur Rza Xan qoşunlarının təslim ol çağrısına yox deyərək, Rza Xan və Pəhləvi hökumətini tanımadığını və yalnız Qacar dövlətini tanıdığını bildirərək onların təslim ol çağırısına rədd cəvabi vermişdir. Kazım Xandan rədd cəvabı alan Rza Xan qoşununun komandirləri, Qırxlar Qalasında olan Kazım Xana qarşı böyük ölçüdə hücuma keçərək qalanı mühasirəyə alıb, lakin qüvvələrin müqayisə olunmaz dərəcədə bərabər olmadığından dolayı mühasirə get-gedə daralıb və nəhayət Kazım Xan, Rza Xanın qoşunlarına qarşı uzun sürən böyük müqavimətdən sonra 1922-ci ilin payızında özünün düzəltdiyi əl bombasının partlaması nəticəsində qəhramancasına şəhid olmuşdur.

Ənzəl mahalından başqa erməni-asuri silahlı dəstələrinə qarşı müqavimət göstərən önəmli müqavimət mərkəzlərindən biridə Urmunun Nazlı Çay mahalında yerləşən Qəhrəmanlı kəndi olmuşdur. Erməni-asuri silahlı qoşunları Nazlı Çay mahalında bir neçə kəndin nisbətən möhkəm qalaya malik olduğundan dolayı onların müqavivət mərkəzi olduğunu bilib və bu səbəbdən də onlar, bu müqavimət mərkəzlərinidə tamamən yox etmək istəyirlər. Urmu Gölündən çox uzaq olmayan və Nazlı çay mahalının erməni-asuri kəndlərindən uzaq olan Qəhramanlı (Qaramanlı) kəndidə onlardan biridi. Erməni-asurilər bu kənd də bəzi silahlıların olduğunu eşidib, 12 aprel 1918-ci ildə (11 fərvərdin 1297) toplar və ağır silahlarla hücuma keçirlər. Qəhrəmanlı kəndinin də möhkəm bir qalası olmuşdur və bu səbəbdən də qonşu kəndlərdən bəziləri qaçıb bura sığınmışlar. Ölümlə üz-üzə gələn bu kəndin əhalisi və bura sığınanlar, böyük müqavimət və qəhramanlıqlar göstərib və düşmən ağır itgilər verməklə onların hücumunu dəf edirlər. Erməni-asuri cinayətkarları durumu belə gördüyündə, bu kəndə yaxin olan Əli Pəncəsi, yaxud Bizov dağından kəndi toplar və ağır silahlarla atəşə tuturlar elə ki, topların səsi 20-25 kilometr məsafədə olan Urmu şəhərində də eşidilirdi. Kəndin qalası atılan yüzlərlə top gülləsi nəticəsində yıxıldıqdan sonra, kənd əhalisinin müqavimət gücü qırılıb və nəhayət düşmən kəndi alaraq 334 nəfər kənd əhalisini və buraya sığınan bütün insanları tam qəddarlıqla qətliam edirlər. Onlar, Qəhrəmanlı kəndinin heyvanlarına belə rəhm etmirlər. Qəhramanlı kəndinin əhalisindən yalnız bir neçə insan, özlərini ölənlərin içində gizlətdikləri nəticəsində canlarını qurtarmışlar.

Qeyd etmək lazımdır ki, Qəhrəmanlı kəndinin yalnız 10 nəfər silahlısı olmuşdur və bu qəhrəmanlar son güllələri və son nəfəslərinə qədər bu vəhşi və cani erməni və asurilərin qarşısında müqavimət göstərib və hamısıda qəhrəmancasına şəhid olmuşlar.

18.04.2019

Ardı var