1-Mehr yeni dərs ilinin başlanması və təhsil ocaqlarının açılışıyla bağlı 8 təşkilatın ortaq bildirisi

Dəyərli yurddaşlar

Əziz öyrəncilər

Ana dilində ilk məktəbdən tutmuş universitetə qədər yaşadığı coğrafiya və ölkələrdə ana dilində təhsil və eyitim hər bir insan, etnik qrup və hər bir millətin təməl və eyni zamanda ən təbii və ilkin haqlarından biri sayılır.

Əfsuslar olsun ki, bu vaz keçilməz ilkin və təməl haq, bu gün dünyanın bir çox ölkələrində totaliter və irqçı hakimiyyətlərin şovinisti və onların apardıqları müstəmləkəçi siyasətləri nəticəsində ayaqlar altına alınaraq vəhşicəsinə çeynənməkdədir.

Bu ölkələrdə hakim olan millətlərin dili rəsmi dövlət dili elan edilərək təhsil və eyitim də icbari şəkildə ancaq bu dildə aparılıb və başqa millət və etniklərin ana dilində təhsil tamamilə yasaqlanmışdır.  

Bu gün İran adlanan ölkədə milyonlarla türk, türkmən, ərəb, bəluç, kürd, lor və başqa qeyri-fars millətlərin günahsız uşaqları hər il olduğu kimi bu ildə, Fars-İran dövlətinin müstəmləkəçi siyasətinə dayanan asimilə və farslaşdırma  siyasətinin qurbabı olaraq dəhşətli bir kültürel soyqırıma məruz qalmışlar.

İran dövlətinin qeyri-fars millətlərə qarşı yürütdüyü bu iyrənc siyasət, elə bir halda həyata keçirilir ki, dövlət məsullarının dediyinə görə farslar, ölkə nüfusunun sadəcə 30 faizini təşkil edib və qalan 70 faizini qeyri-fars millətlər təşkil etməkdədirlər. Gərçək budur ki, Azərbaycan türkləri başda olmaq üzrə bu ölkədə yaşayan türklər, say baxımından çoxluq təşkil edirlər.

Belə bir qeyri-insani siyasət elə bir şərayitdə baş verir ki, İran isalm rejimi hətta özünün yazdığı və sözdə öz parlamentində təsdiq etdiyi anayasasının 15-ci maddəsində hər millətin öz ana dilində təhsil alma haqqını tanımasına rəğmən 38 ildir ki, bu ilkin haqqı kobudcasına çeyniyərək onu göz ardı etmiş və onun həyata keçirilməsinə həyasızcasına maneələr yaradaraq qadağa qoymuşdur.   

Bu gün Güney Azərbaycanda Türk millətinin fars şovinizmi və İran dövlətinin müstəmləkəçilik siyasətinə qarşı apardığı milli qurtuluş mücadiləsində ana dilimizin azad edilməsi əsas istəklərindən biri olub və zaman-zaman keçirilən kütləvi etirazlarda özəlliklə Traxtor futbal komandasının yarışlarında yüzminlərlə insan "Türk dilində mədrəsə, olmalıdı hər kəsə" şüari ilə, türk dilinin məktəblərdə və universitetlərdə oxunmasını istəməkdədirlər.

Maraqlıdır ki, Güney Azərbaycanda məktəblərin əksəriyyəti bərbad bir durumda olduğu halda, həm də məktəb çatışmamazlığına rəğmən irqçı İran islam rejimi son illərdə türk uşaqlarını tamamilə asimilə etmək məqsədilə sürətlə körpə uşaqlara belə yeni bağçalar açmaqdadır.

Hazırda Fars-İran dövlətinin Türk millətinə qarşı yürütdüyü belə bir vəhşi siyasətinə dur demənin artıq zəmanı gəlib çatmışdır. Yetər susub və belə bir cinayətə sadəcə seyrici olmaq. Bu gün İran islam rejiminin belə bir qeyri-insani siyasətinə qarşı bütün insanlarımız fərqli siyasi düşüncə, görüş, əqidə və sinfi mənsubiyyətlərinə rəğmən bir olub və hamı birlikdə əl-ələ, çiyin-çiyinə öz etirazlarını hayqıraraq uca səslə bildirməlidirlər.

Biz, Güney Azərbaycanın siyasi parti və qurumları fars dilinin vətənimiz Azərbaycanda Türk millətimizin yox edilməsində əsasi və böyük rolu olduğuna görə bu dili, İran müstəmləkəçiliyinin simgəsi olaraq görürük. Eyni zamanda onun ana dilimizin pozulub və millətimizin asimilə olaraq farsların içində əriməsində  başlıca rolu olduğundan dolayı, bu dilin bir dəfəlik Güney Azərbaycan həyatından kəsilib atılmasını istəyirik.           

Biz, vətənimizin azadlığı və qurtuluşu uğrunda mücadilə etdiyimiz halda, eyni zaman ana dilimiz olan türk dilində təhsil və eyitimin olmasını millətimizin ən təbii və vaz keçilməz haqqı olduğunu vurğulayaraq hər zaman və hər şərayitdə onu müdafiə edib və milli varlığımızın təməli sayılan ana dilimizi göz bəbəyimiz kimi qorumalıyıq.

Yaşasın Azərbaycan

Yaşasın birlik və bərabərliyimiz

Güney Azərbaycan Demokrat Partisi- GADP

Güney Azərbaycan Qurtuluş Partisi- GAQP

Vahid Müstəqil Azərbaycan Cəbhəsi- VMAC

Güney Azərbaycan Sosial Demokrat Partisi- GASDP

Güney Azərbaycan Liberal Demokrat Partisi- GALDP

Dünya Azərbaycanlıları Konqerəsi- DAK

Azərbaycan Öyrənci Hərəkatı- AZOH

Azərbaycan Kültür Ocaqı- Köln

19.09.2016

1-مئهر یئنی درس ایلی‌نین باشلانماسی و تحصیل اوجاق‌لاری‌نین آچیلیشییلا باغلی 8 تشکیلاتین اورتاق بیل‌دیری سی

دیرلی یوردداش‌لار

عزیز اؤیرنجی‌لر

آنا دیلینده ایلک مکتب‌دن توتموش اونیوئرسیتئته قدر یاشادیغی جوغرافیا و اؤلکه‌لرده آنا دیلینده تحصیل و ائییتیم هر بیر اینسان، ائتنیک قروپ و هر بیر میللتین تمل و آینی زاماندا ان طبیعی و ایلکین هاقلاریندان‌ بیری ساییلیر.

افسوس‌لار اولسون کی، بو واز کئچیلمز ایلکین و تمل حاق، بو گون دونیانین بیر چوخ اؤلکه‌لرینده توتالیتئر و ایرقچی حاکمیت‌لرین شووینیستی و اونلارین آپاردیق‌لاری موستملکچی سیاست‌لری نتیجه‌سینده آیاق‌لار آلتینا آلینا‌راق وحشیجه‌سینه چئیننمکده‌دیر.

بو اؤلکه‌لرده حاکم اولان میللت‌لرین دیلی رسمی دؤولت دیلی اعلان ائدیله‌رک تحصیل و ائییتیم ده ایجباری شکیلده آنجاق بو دیلده آپاریلیب و باشقا میللت و ائتنیک‌لرین آنا دیلینده تحصیل تامامیله یاساقلانمیش‌دیر.  

بو گون ایران آدلانان اؤلکه‌ده میلیون‌لارلا تورک، تورکمن، عرب، بلوچ، کورد، لور و باشقا قئیری-فارس میللت‌لرین گوناه‌سیز اوشاق‌لاری هر ایل اولدوغو کیمی بو ایلده، فارس-ایران دؤولتی‌نین موستملکچی سیاستینه دایانان آسیمیله و فارسلاشدیرما  سیاستی‌نین قوربابی اولا‌راق دهشت‌لی بیر کولتورئل سویقیریما معروض قالمیش‌لار.

ایران دؤولتی‌نین قئیری-فارس میللت‌لره قارشی یوروتدوگو بو ایرنج سیاست، ائله بیر حالدا حیاتا کئچیریلیر کی، دؤولت مسئول‌لاری‌نین دئدیگینه گؤره فارس‌لار، اؤلکه نوفوسونون ساده‌جه 30 فایزینی تشکیل ائدیب و قالان 70 فایزینی قئیری-فارس میللت‌لر تشکیل ائتمکده‌دیرلر. گرچک بودور کی، آذربایجان تورک‌لری باشدا اولماق عوذره بو اؤلکه‌ده یاشایان تورک‌لر، سای باخیمین‌دان چوخلوق تشکیل ائدیرلر.

بئله بیر قئیری-اینسانی سیاست ائله بیر شرایطده باش وئریر کی، ایران ایسلام رئژیمی حتی اؤزونون یازدیغی و سؤزده اؤز پارلامئنتینده تصدیق ائتدیگی آنایاساسی‌نین 15-جی مادده‌سینده هر میللتین اؤز آنا دیلینده تحصیل آلما حاقینی تانیماسینا رغمن 38 ایلدیر کی، بو ایلکین حاقی کوبودجاسینا چئینییه‌رک اونو گؤز آردی ائتمیش و اونون حیاتا کئچیریلمه‌سینه هیا‌سیزجاسینا مانعه‌لر یارادا‌راق قاداغا قویموش‌دور.   

بو گون گونئی آذربایجاندا تورک میللتی‌نین فارس شووینیزمی و ایران دؤولتی‌نین موستملکچی‌لیک سیاستینه قارشی آپاردیغی میللی قورتولوش موجادیله‌سینده آنا دیلیمیزین آزاد ائدیلمه‌سی اساس ایستک‌لرین‌دن بیری اولوب و زامان-زامان کئچیریلن کوتلوی اعتراضلاردا اؤزل‌لیکله تراختور فوتبال کومانداسی‌نین یاریش‌لاریندا یوزمین‌لرله اینسان "تورک دیلینده مدرهسه، اولما‌لیدی هر کسه" شوعاری ایله، تورک دیلی‌نین مکتب‌لرده و اونیوئرسیتئت‌لرده اوخونماسینی ایستمکده‌دیرلر.

ماراق‌لی‌دیر کی، گونئی آذربایجاندا مکتب‌لرین اکثریتی برباد بیر دورومدا اولدوغو حالدا، هم ده مکتب چاتیشمامازلیغینا رغمن ایرقچی ایران ایسلام رئژیمی سون ایللرده تورک اوشاق‌لارینی تامامیله آسیمیله ائتمک مقصدیله سرعتله کؤرپه اوشاق‌لارا بئله یئنی باغچا‌لار آچماقدا‌دیر.

حاضریدا فارس-ایران دؤولتی‌نین تورک میللتینه قارشی یوروتدوگو بئله بیر وحشی سیاستینه دور دئمه‌نین آرتیق زمانی گلیب چاتمیش‌دیر. یئتر سوسوب و بئله بیر جینایته ساده‌جه سئیریجی اولماق. بو گون ایران ایسلام رئژیمی‌نین بئله بیر قئیری-اینسانی سیاستینه قارشی بوتون اینسان‌لاریمیز فرق‌لی سیاسی دوشونجه، گؤروش، عقیده و سینفی منسوبیت‌لرینه رغمن بیر اولوب و هامی بیرلیکده ال-اله، چیگین-چیگینه اؤز اعتراضلارینی هایقیرا‌راق اوجا سسله بیلدیرمه‌لی‌دیرلر.

بیز، گونئی آزربایجانین سیاسی پارتی و قوروم‌لاری فارس دیلی‌نین وطنیمیز آذربایجاندا تورک میللتیمیزین یوخ ائدیلمه‌سینده اساسی و بؤیوک رولو اولدوغونا گؤره بو دیلی، ایران موستملکچی‌لیگی‌نین سیمگه‌سی اولا‌راق گؤروروک. عینی زاماندا اونون آنا دیلیمیزین پوزولوب و میللتیمیزین آسیمیله اولا‌راق فارس‌لارین ایچینده اریمه‌سینده باش‌لیجا رولو اولدوغون‌دان دولایی، بو دیلین بیر دفعه‌لیک گونئی آذربایجان حیاتین‌دان کسیلیب آتیلماسینی ایستییریک.

بیز، وطنیمیزین آزادلیغی و قورتولوشو اوغروندا موجادیله ائتدیگیمیز حالدا، عینی زامان آنا دیلیمیز اولان تورک دیلینده تحصیل و ائییتیمین اولماسینی میللتیمیزین ان طبیعی و واز کئچیلمز حاقی اولدوغونو وورغولایا‌راق هر زامان و هر شرایطده اونو مدافعه ائدیب و میللی وارلیغیمیزین تمه‌لی ساییلان آنا دیلیمیزی گؤز ببییمیز کیمی قورومالیییق.

یاشاسین آذربایجان

یاشاسین بیرلیک و برابرلیگیمیز

گونئی آذربایجان دئموکرات پارتی‌سی- گادپ

گونئی آذربایجان قورتولوش پارتی‌سی- گاقپ

واهید موستقیل آذربایجان جبهه‌سی

گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی- گاسدپ

گونئی آذربایجان لیبئرال دئموکرات پارتی‌سی- گالدپ

دونیا آذربایجان‌لی‌لاری کونقئره‌سی- داک

آذربایجان اؤیرنجی حرکاتی- آذوح

آذربایجان کولتور اوجاقی- کؤلن

19.09.2016

 1358456462 vayfdyvlafed