Əhməd Urmuoğlu

Aban Hərəkatı, onun səbəbləri və Qərb dövlətlərinin tutduğu mövqe                                                                                           (3-cü bölüm-son)

Avropa Birliyi və bütün Qərb dövlətlərinə gəldiyimizdə onlar, İran İslam rejimini bu gündə olduğu kimi, ilk hakimiyyətə gətirdikləri gündən etibarən onu hər tərəfli və hər zaman qeyd-şərtsiz dəstəkləmişlər.

Bu dövlətlər, hətta bu əli qanlı və qatil rejimin 1367-ci ildə (1988) yəni Mir Hüseyn Musəvinin Baş nazir olduğu dönəmdə, cəllad Xumeyninin bir başa əmrilə İran sol parti və qurumlarına mənsub və bu rejimə qarşı olan 7 minə yaxın dustağın vəhşicəsinə qətiamına belə göz yumaraq, insanlıq və bütün bəşəriyyətə qarşı törədilən bu cinayətləridə tamamilə görməməzlikdən gəlmişlər. Yerdən göyə demokrasi, insan haqları, hüquq dövləti və bütün insanların ilkin haq və hüquqlarının müdafəçisi iddiasında olan Qərb dövlətləri, hər zaman və sadəcə öz iqtisadi çıxar və mənfəətlərini hər nədən üstün tutaraq bütün bu iddialarını, hətta insanlıqlarını belə çox rahatlıqla ayaqları altına alaraq insan olduqlarını da unudurlar.

Elə bu düşüncə əsasındadır ki, Avropa Birliyi başda olmaq üzrə Qərb dövlətləri, İran İslam rejiminin noyabrın 15-dən etibarən əli yalın dinc etirazçılara qarşı törətdiyi bütün cinayətlərini və vəhşiliklərini bir daha görməməzlikdən gələrək, belə bir böyük və kütləvi etirazların xəbərlərini ilk günlərdə tamamilə baykot edərək onlara səssiz qalmış, lakin xəbərlərin geniş şəkildə yayılmasından 4-5 gün sonra bəzi xəbərləri yayaraq yumuşaq şəkildə rejimi qınamaq məcburiyyətində qalmışlar.

Avropa Birliyinin xarici siyasət və əmniyyəti üzrə sorumlu və ali komiser olan Federika Moqerini, İranda rejimə qarşı olan etirazlara öz mövqeyini bildirərək, bu dəhşətli faciələrin baş verməsi və etirazçıların vəhşicəsinə basdırılmasıyla bağlı bağımsız bir araşdırmanın olmasını istəmişdir. Olduqca təəccübli olan budur ki, F. Moqerini utanmazcasına və çox alçaqcasına İranda etirazçıların qətliam edilməsinin Bərcama bağlamasına qarşı çıxaraq, bu etirazlarda kimsənin əsla öldürülmədiyini və bunların hamısının şayiə olduğunu söyləmişdir.

Eyni zaman maraqlı burasıdır ki, bu qanlı etirazlar zamanı İsveçrədə Cavad Zəriflə, İran üzrə Amerikanın özəl nümayəndəsi olan Brayan Huk arasında neçə girovla bağlı danışıqlar gedərək, onların mübadiləsilə əlaqədə razılığın əldə edilməsi olmuşdur. Onların belə bir əxlaqsız davranışı və neçə üzlülüyü aydıncasına göstərir ki, Amerika və Avropa Birliyi başda olmaq üzrə Qərb dövlətləri, heç bir zaman belə bir qatil və əli qanlı rejimin yıxılmasından yana olmayıb və hətta Amerika sözdə və üzdə atom və teror məsələsilə bağlı İslam rejiminə qarşı olsada, Donald Trampın açıqcasına söylədiyi kimi, "onlar bu rejimin devrilməsindən deyil, bəlkə sadəcə onun rəftarının dəyişilməsini istəyirlər."

Yəni əgər bu gün faşist İran İslam rejimi atom məsələsindən vaz keçib, teror və terorizmlə bağlı müzakirə masasına oturub bu dövlətlərlə anlaşırsa, ortada olan bütün sorunlar tamamilə çözülmüş olur.

Demək, bu iddialı Qərb dövlətləri üçün bir cinayətkar və qəddar rejimin qanlı çəkmələri altında on milyonlarla insanın vəhşicəsinə əzilib bütün ilkin insani haqlarından məhrum edilərək, basqılar altına alınması və onların siyasi əqidə, düşüncə, fikir və fərqli dini inanclara sahib olduqları üçün ağır cəzalar alaraq həbslərə atılması, eləcə də İslam rejiminin düşüncələrilə eyni olmayan bütün siyasi parti və qurumların yasaqlanması tamamilə normal sayılır.

Eyni zamanda ölkə nüfüsunun ən azı 70 faizinin qeyri-fars millətlər olaraq, onların asimilə siyasətinə məruz qalıb bütün insani və ilkin milli haqlarından məhrum edilməsi, ana dillərinin yasaqlanması və onlara qarşı dəhşətli bir külürel soyqırımının uyğulanması, İslam rejiminin tamamilə fasid və korrupt bir rejim olaraq dövlət səviyyəsində, həm də Hizbullah və PKK kimi teror təşkilatları vasitəsilə bütün dünyaya narkotik maddələrinin ixrac etməsi və başqa cinayət işləri, Amerika başda olmaq üzrə bütün Qərb dövlətlətlərini maraqlandırmır və onlar tərəfindən tamamilə görməməzlikdən gəlməkdədir.

Amerika və Avropa Birliyi başda olmaq üzrə Qərb dövlətlərinin belə bir iyrənc və qeyri-insani davranışları açıqcasına göstərir ki, bu dövlətlər İslam rejiminin devrilməsi təqdirdə onların arzu etdiyi və ölkəni idarə edə biləcək gücə malik olan güclü bir Fars altenativinin olmadığı üçün onun yıxılmasından qorxub və bu səbəbdən də hələlik bu rejimi təhəmmül etmək məcburiyyətində olmuşlar. Çünki, onlar yaxşı bilirlər ki, bu rejimin yıxılması təqdirdə, onların hər tərəfli yardım və dəstəklərilə 100 ilə yaxın Fars hakimiyyəti altında olan qondarma İran dövləti, onun müstəmləkəçiliyinə məruz qalaraq dəhşətli zülmlər altında yaşayan Türk, Türkmən, Ərəb, Bəluç, Kürd, Lor və başqa qeri-fars millətlər, İslam rejiminin devrilməsilə İran adlanan dövlətin hakimiyyəti altında müstəmləkə olaraq yaşamaqdan imtina edib və buda onun bir dəfəlik sonu deməkdir.

Bütün bunlar bir daha bu gərçəyi göstərir ki, 20-ci yüzilin başlarında İngiltərə, Fransa başda olmaqla Qərb dövlətləri, qatı Türk düşməni olduqlarından dolayı Türk-Qacar dövlətini yıxıb, tam azlıqda olan və hər zaman onların oyuncağı və maşası olan mason Fars elitəsi, eləcə də sapı özümüzdən olan baltalar və mason olan bəzi Türk rəcalələrinin vasitəsilə farsları hakimiyyətə gətirmişlər. Beləliklə də bu dövrün ən böyük əbər gücü olan İngiltərə və başqa Qərb dövlətləri, öz yeraltı-yerüstü qaynaqlarıyla olduqca zəngin, həm də böyük stratejik önəmə malik olan bu həssas bölgədə öz hədəflərinə çatıb, həm də öz qısa və uzun vədəli çıxarlarını qoruyub saxlamaq üçün, Farsların hakimiyyətə gətirilməsi birinci şərt sayılırdı. Qərb dövlətləri, Farsların özəlliklə Türklər başda olmaqla qeyri-fars millətlərə öz heqemoniyasını təmin etmək məqsədilə tam saxtakarlıqla onlara yalan tarix yazıb və kökündən saxta olan bu yalan tarıxi öz şarlatan və fırıldaqçı olan masonlar vasitəsilə hər kəsə və bütün millətlərə aşılamağa çalışmışlar.

Onlar, digər tərəfdən qəhrəmanlıqla dolu olub və böyük mədəniyyətlər yaradan, eyni zamada 18 imperiya və 128 dövlətin qurucuları olan Türkləri və onun şanlı-şərəfli tarixini tam saxtakarlıqla təhrif və təhqir edərək onları köçəri vəhşı və çapavulçu olaraq göstərməyə çalışmaqdadırlar.    

Qərb dövlətləri, öz əlaltıları olan bu masonların əlilə ilk növbədə ölkənin bütün kontrolunu ələ keçirib və onların vasitəsilə Azərbaycanın və bu coğrafiyada yaşayan bütün Türklərin, eyni zamanda qeyri-fars millətlərin yox edilməsini hədəf alaraq, onları öz asimilə siyasətilə farsların içində əridib və vahid bir İran, daha döğrusu fars millətini yaratmağa çalışmışlar. Bununla da tarixin heç bir dönəmində özəlliklə də islamdan sonra bu bölgədə heç bir siyasi gücü və ağırlığı olmayan Fars etnosunu güclü bir millətə çevirməklə, öz zəngin neft qaynaqlarıyla böyük stratejik önəmə malik olan bu coğrafiyada onların üzərində olan kontrolları vasitəsilə uzun vədəli olaraq, bütün bu bölgəni qarət etmək niyyətində olmuşlar. Beləliklədə İngiltərə və başqa Qərb dövlətləri, Fars-İran dövlətini yeni qurulmuş Türkiyə dövləti, Anadolu Türkləri və Ərəblərə qarşı qullanaraq onların bölgədə siyasi və hərbi üstünlüyünü təmin edib və dəngələri onların xeyrinə çevirməklə güclü bir Fars-İran dövlətinin yaradılmasnı hədəf almışlar.

Bu əsasdadır ki, Qərb dövlətləri dünən olduğu kimi, bu gündə Fars-İran dövlətini öz stratejik müttəfiqləri olaraq görüb və gələcəkdə də öz iqtisadi, siyasi və hərbi çıxar və mənfəətlərini qorumaq üçün bu dövləti bölgədə bir böyük və ən yaxın müttəfiqləri kimi saxlamaq istəyirlər.

Bunun üçündə, millətlər dustağı olan bu ölkəni və 70 faizindən çoxunu qeyri-fars və örnəyin 40 faizindən çoxu Türklərdən ibarət olan bu qondarma dövləti hər zaman mövcud şəkildə və ancaq bir Fars-İran dövləti kimi qalmasına çalışırlar. Onlar, necə ki bütün gücləri və tam israrla bu qondarma dövləti nə bahasına olursa-olsun, eyni zamanda başında kimin oturduğundan asılı olmayaraq, üzərinə kiçik bir cızığın düşməsinə kəsinliklə qarşı olduqları kimi, həmin israr və qətiyyətlə Türkiyənin tamamilə dağılıb yox olmasından yana olmuşlar. Bir halda ki, Türkiyə dövlətidə onların ən yaxın müttəfiqi olmasıyla yanaşı, eyni zamanda NATO,nun ən güclü orduya malik olan dövləti sayılır.

Burada belə bir sorğu ortaya gəlir, əcəba nədən Amerika başda olmaq üzrə Qərb dövlətləri bütün insanlara və özəlliklədə qeyri-fars millətlərə qan udduran və öz 41 illik hakimiyyəti sürəsində onlara qarşı ağıla sığmayan heç bir cinayətlərdən əsirgəmiyən, eləcə də bütün insan və insanığın düşməni olub bəşəriyyətin üz qarası olan İran İslam rejimi kimi bir cani və qatil rejimin bütün bu vəhşiliklərini görməməzlikdən gələrək, nəinki onlara səssiz qalırlar, hətta tam əksinə olaraq, həm də onu qoruyub və hər tərəfli dəstəkləmişlər. Eyni zamanda İran kimi terorist, həm də 41 il boyunca terorizmi dəstəkləyən və bütün dünyada terorçu qruplar eyitib və onlara hər cürə mali yardım etəməklə dünyanın, özəlliklə də İraq, Suriya, Yəmən, Lübnan və başqa ölkələrin əmniyyətini pozaraq, onların iç işlərinə qarışıb şiələri, sünnilərə və ələvilərə qarşı qışqırdaraq qardaşı-qardaşa qırdırmaqla qanlı iç və məzhəb savaşları salan belə bir cinayətkar dövləti, əcəba nədən Qərb dövlətləri dəstəkləyirlər.!?

Əlbəttə, bu məsələni başa düşmək heçdə çətin deyil, çünki Amerika başda olmaqla Qərb dövlətlərinin "Böyük Orta Doğu Projəsi" əsasında bu bölgələrdə həyata keçirdikləri dəhşətli cinayətlərin başında din və məzhəb savaşlarıyla yanaşı, fərqli millətlər və etnik qruplar arasında çatışmalar və davaların qızışdırılması olmuşdur. Bu əsasda, Qərb dövlətlərilə İran İslam rejiminin bu qeyri-insani siyasəti tamamilə üst-üstə düşməkdədir.  

Faşist İran İslam rejiminin törətdiyi bütün vəhşiliklərinin, eləcə də onun terorçu bir dövlət olaraq bütün dünyada teroru dəstəkləyib və ona mali yardımların etməsinin, narkotik maddələrinin qaçaqçılığı və bütün hüquqa zidd olan başqa yasa xaricində olan cinayət işlərinin yüzdə birini yox, mində birini belə Türkiyə, Azərbaycan və yaxud Qərb dövlətlərinin sevmədiyi və düşmən bəllətdiyi başqa hər hansı bir dövlət etsəydi əcəba, onlar bu ölkəyə qarşı necə davranıb və hansı cəzaları kəsərdilər!?

Qərb dövlətlərinin neçə üzlülüyünü və bu əsasda onların hər zaman uyğuladıqları ikili standardlarını nəzərə alaraq, şübhəsiz və tam yəqinliklə deyə bilərik ki, eyni Türkiyə dövlətinin tamamilə haqlı olmasına rəğmən "Barış Pınarı" əməliyyatında olduğu kimi, bu dövlətlər gecə-gündüz və durmadan öz medyasında ona qarşı qara propaqandalar aparıb və onu savaş suçlusu elan edərək onun dünya xəritəsindən silməyə belə qərar verə bilərlər.

Eyni zamanda, iddialı olan bu dövlətlər bütün bəşəriyyətin düşməni olan bu cinayətkar, cani, yüzmilərlə insanın qatili, tamamən fasid və dövlət səviyyəsində narkotik maddələrin qaçaqçılığıyla məşğul olan əli qanlı bir rejimin, eləcə də qatı irqçı və ölkədə apartayd bir sistemi uyğulayan faşist bir dövlətin bu qədər vəhşiliklərinə və cinayət işlərinə necə göz yumaraq onlara səssiz qala bilər!!  

Bütün bunlar bir daha bu gərçəyi göstərir ki, bu müstəmləkəçi və imperiyalist Qərb dövlətlərinə umud bağlayıb və onlardan islam rejiminin yixılmasına yardım gözləmək tamamilə əbəs və yersiz bir gözləntidir.

Əcəba bu dövlətlər, uzun illərdən bəri özlərinin yetirib təlim verdiyi və hakimiyyətə gətirdiyi bir rejimin yıxılmasına nədən yardım etsinlər ki!? Bu gərçəyi heç nə dəyişə bilməz. Aşağıdaki bu tarixi fakt bütün bu deyilənlərin sübutudur.

70-ci illərin sonu və 80-ci illərin başlarında Amerika prezidenti olan Cimi Karter, iranlılara xitabən öz xatirələrində belə yazır:"Mənə yaman deməyin. Söyüş və pis sözlərdə deməyin.

İslamdan heç nə bilmirdiz, islam hökumətinə bəli dediz. Biz Şahı dəyişmək istədik. İngiltərə Orta Doğuda yalnız məzhəb yoluyla dəyişikliklərin olmasını söylədi." İngiltərə dedi:"HƏR ÖLKƏNİN DİNİ RƏHBƏRLƏRİ BİZİM ADAMLARIMIZDIR."

İranlılar Xumeynini ayda gördükləri gün, İngiltərənin düz söylədiyini və onun haqlı olduğunu gördüm....."

İngiltərə başda olmaq üzrə Qərb dövlətlərinin yüz illərdən bəri şərq və özəlliklədə dünya malı, sərvət və məqam düşgünləri olan islam ölkələrinin dini və siyasi rəhbərlərinin satın alaraq xüsusilə ruhanilərin əvam, cahil və tamamilə geri qalmış insanların içində olan mənəvi nüfuzundan faydalanaraq, onların vasitəsilə işğal etdikləri ölkələri öz müstəmləkələrinə çevirmışlar. Onlar, bu qeyri-insani siyasətlərinin doğrultusunda özlərinə bağlı mariyonetlər olan folul-kravatlı və əmmaməli masonlar hazırlayaraq, hər zaman onların qulluqçusu olan iradəsiz və ixtiyarsız siyasi kölələr yetişdirib hakimiyyətə gətirməklə, hər zaman bu ölkələri sömürüb və beləliklə də uzun vədəli olaraq öz iqtisadi, siyasi və hərbi mənfəət və çıxarlarının təmin edilməsini bacarmışlar.

Bu gün şiə və islam dini adı altında öz murdar üzünü gizlətməklə yanaşı, islam dünyası və bütün müsəlmanların rəhbərlik iddiasında olub, lakin əslində Fars şiə-şüubiyyəçiləri və Fars faşizminin gərçək təmsilçisi olan İran İslam rejimi, onun dəhşətli zülmləri altında əzilmiş bütün insanların azadlığı, həm də onun müstəmləkəçi siyasətinə məruz qalan qeyri-fars millətlərin istiqlaliyyəti uğrunda apardıqları öz qutsal mücadilədə ən böyük manə sayılır.  

Bu səbəblərdən dolayı islam hakimiyyətinin yıxılıb, aradan qaldırılması ilk növbədə onun inanılmaz basqı və zülmlərinə məruz qalaraq bütün insani və ilkin haqlarının kobudcasına pozulmuş bu insanların, eyni zamanda bu rejimin vəhşiliklərinə məruz qalan qeyri-fars millətlərin üzərinə düşərək, onların ən böyük və qutsal bir tarixi görəvi sayılır.    

Çünki İran İslam rejiminin ən yaxın müttəfiqi olan Rusiya və Çin kimi güclü dövlətlərlə yanaşı, Avropa Birliyi başda olmaq üzrə Qərb dövlətləri də heç çəkinib gizlətmədən, həm də aralarında olan bütün gərginliklərə rəğmən onunla oyunu oynayan və dolayılı yolla islam rejimini dəstəkləyən Amerika dövləti də İran İslam rejimini yıxmaq niyyətində deyillər. Bu səbəbdən də kimsəyə bel bağlamadan və kimsədən umud gözləmədən özümüz öz işimizi görmək zorundayiq. Babalarımızın da söylədiyi kimi qonşuya umud olan ac qalar.

Lakin belə bir qəddar, rəhimsiz və qan içən bir rejimin yıxılmasının birinci və başlıca şərti, bütün qeyri-fars millətlərin islam rejiminə qarşı birləşmələrilə yanaşı, eyni zamanda ölkə çapında rejimə qarşı olan bütün siyasi parti və qurumların bir çatı altında həm də demokratik bir platform əsasında birləşərək, bir yumuruq kimi ona qarşı mübarizə aparmalarıdır. Ancaq hamının ortaq hədəfi İslam rejiminin yıxılması olduğundan dolayı, Xamneyə ölüm və İslam rejiminə ölüm də hamının ortaq şüarı ola bilər, bunların xaricində hərkəs və örnəyin Azərbaycanda öz milli haqlarıyla bağlı öz milli şüarlarıyla ümumi hərəkata qatılmalıdır.  

Lakin bu qəddar rejimin yıxılıb devrilməsindən sonra hər millət istədiyi və arzu etdiyi əsasda öz yolunu getməli və özü öz taleyini həll etməlidir.

Güney Azərbaycan və Türk millətinində təkcə qurtuluş yolu ancaq və ancaq onun Fars-İran dövlətinin işğalından qurtulub və öz istiqlaliyyətinə qovuşmasıdır.

07.01.2020

Son