ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (20-ci bölüm)

7-Güney Azərbaycan Türklərinin qurtarıcısı və yardıma gələn müstəmləkəçi Türk Osmanlı dövlətinin işğalçı ordusu!!??

Məmməd bəy Azadgər, Mehran bəyin Türk qoşunlarının millətimizin yardıma gəlməsini düzgün dəyərləndirərək bu haqda tamamən haqlı olmasına rəğmən və bu bölgələrdə baş verən dəhşətli faciələrlə bağlı bir çox fakt və bəlgələrin əldə olduğu halda Mehran bəy və bu tarixi gərçəkləri qəbul edənləri təhqir edərək belə yazır: "Quyun Mehran Baharilər nə qədər istəyirlər ulasınlar."

O, Bolşevilkərin bir başa təsiri altında olan İran Komunist partisinin azərbaycanlı mənsublarından Tağı Şahinin yazdıqlarına dayanaraq, Osmanlı Türk qoşunlarının Güney Azərbaycana gəlməsini böyük fəlakətlərin və qıtlıqların qaynağı və bunların əsas amili kimi göstərərək, bir daha aydıncasına öz Türk düşmənçiliyini göstərməkdədir.

Ancaq əldə olan bütün tarixi faktlar, onların tamamilə yalan, qərəzli və bir tərəfli olmasını göstərməkdədir. Burada qeyd olunması gərəkən məsələ budur ki, Güney Azərbaycan birinci dünya savaşı illərində həm Çar Rusiyası, həm də ingiltərə dövlətinin işğalına məruz qalmışdır. Birinci dünya savaşı illərində uzun bir sürə Azərbaycanın işğalı və torpaqlarımızda savaşın bütün şiddətilə getdiyi bir dövürdə, böyük iqtisadi fəlakətlər, sıxıntılar, aclıq və qıtlıqların olması tamamilə normal və təbii bir haldır və bu fəlakətlərin olmasını Osmanlı Türk qoşunlarına və onların gəlməsinə bağlamaq hər kəsin tərəfindən olursa-olsun qərəzli və bir tərəfli qəzavət sayılır.

Hətta, Türk qoşunlarının millətimizin nacisi yəni qurtarıcı olmasını belə görməməzlikdən gəlsəkdə, onlara işğalçı və Osmanlı dövlətinə müstəmləkəçi adını vermək gərçəkdən çox insafsızlıq olur. Əgər Türk qoşunları, Çar Rusiyasının qoşunları kimi uzun bir zaman Azərbaycanı işğal edib və onun əsgərləri kimi şəhərin çarəsiz əhalisini qarət etsəydi, həm də yüz minlərlə insanımızın qətliam olmasında bir başa iştirak etsəydi çox təbii ki, o zaman müstəmləkəçi dövlətin işğalçı qoşunları olardı.

Ancaq əldə olan bütün bəlgələr Məmməd bəyin iddialarının tam əksinə olaraq göstərir ki, Osmanlı dövləti və Türk qoşunlarının məqsədi heç bir zaman Məmalike Məhruseye Qacar torpaqlarını işğal etmək olmamışdır. Çünki birinci dünya savaşı illərində Osmanı dövlətinin bir çox bölgələri, örnəyin Van, Qars, Ərzurum, Ardahan və onun doğusunun böyük bir bölümü Rusiya dövləti və geniş bir ərazisi İngilis və Fransa dövlətləri tərəfindən işğal edilmişdir. Bu zaman Türk qoşunları bəzən bu dövlətlərin maşaları olan Erməni və Asuri çətələrinə qarşı savaşdığı zaman və yaxud Rusiya qoşunlarına qarşı əks hücuma keçərək, Güney Azərbaycan torpaqlarına keçmək məcburiyyətində qalmışdır. Ancaq buralarda çox qalmadan qısa bir sürədən sonra yenədə öz ölkələrinə geri qayıtmışlar.

Hər bir insanın vicdanı onun ədalət tərəzisidir. Vicdanlı, insaflı və ədalətli olan hər bir insan heç bir zaman və hər hansı bir şərtlər altında olursa olsun haqlını haqsız və haqsızı haqlı göstərməz. Özəlliklədə belə bir həssas və olduqca önəmli bir tarixi məsələ ilə bağlı hər bir insanın siyasi düşüncə, əqidə və ideolojisindən asılı olmayaraq hər kəsin ədalət, insaf və vicdanla davranıb qəzavət etməsi çox vacib və lazım olan bir məsələ, həm də onun insani görəvidir.

Yuxarıda deyilən bu gərçəkləri əldə olan bir çox tarixi bəlgələr təsdiq etməkdədir.

Aşağıda qeyd olunan bu tarixi fakt, Güney Azərbaycanda yaşanan iqtisadi fəlakətlərin və yuxarıda deyilənlərin sübutuna tutarlı bir faktıdır.

"Birinci dünya savaşı illərində Urmu öz siyasi və istratejik mövqeyinə görə Rusların ən önəmli hərbi mərkəzlərindən biri olmuşdur. Urmu və Salmas Türk əhalisinin böyük qatillərindən biri olan Çar Rusiyanın Urmudakı baş konsulu Bazil Nikitin,in yazdığına görə birinci dünya savaşı illərində Rusların Urmuda 80 min nəfərlik bir ordusu olmuşdur. Rus ordusu Urmu əhalisinin hesabına yaxşı yeyib-içib istirahət etmişdir. O, yazır ki, Rus əsgərləri gündə 3 dəfə şəhrin bazarını qarət edib və hətta 14 tir 1296-cı ildə (4 Juni 1918) Urmu bazarını tamamilə qarat etdikdən sonra yaxmış və kimsənin də oraya getməsinə izin verməmişlər və bazar bir gün yandıqdan sonra təmamən külə dönmüşdür." (bax. "Urmu Soyqırımı" Əhməd Urmuoğlu 16.03.2003)

Rus ordusunun əhaliyə qarşı etdiyi zülümləri saysız hesabsız olmuşdur.

Rəhmətollah Xan Mötəmədolvüzare,nin şahid olduğu və "Urmu Dünyani Yaxan Savaşda"ki kitabında bu dönəmin bütün qanlı olaylarını və Urmu soyqırımını bütün təfərrüatilə anladaraq, Osmanlı Türk qoşunlarının Urmu şəhərinə girməsi haqda belə yazır:

"Osmanlı ordusunun süvariləri Yurdşah dərvazasından şəhərə vardılar. Şəhərin çarəsiz və yazıq müsəlmanlarının halı bu zaman olduqca acınacaqlı olmuşdur. Urmunun möhtərəm və əəyan ailələri hədsiz olan sevinc və şadlıqlarından dolayı göz yaşlarını tökərək ağlayır və 6 ay içində o qədər böyük təhlükələrdən qurtulduqlarına görə səcdə edib şükürlərini yerinə gətirirdilər. Şəhərin çoxu matəmə bürünmüş və ümumiyyətlə zülümlərə məruz qalaraq qarət edilmiş başqa siniflərindən olan əhalisi ağlaya-ağlaya və olduqca pərişan və bərbad olan vəziyyətlərilə Türk qoşunlarını qarşılamağa qaçaraq, özlərini süvarilərin atlarının ayaqları altına atırdılar. Hər tərəfdən hünkür-hünkür ağlaşmaq səsləri ucalmışdı.......(bax. həmən əsər, s.195-196)

Hətta Əhməd Kəsrəvi kimi Türk düşməni olan bir qatı paniranist, Osmanlı Türk qoşunlarının Təbrizə gəlib və burada tam sevinc və coşğuyla kütlə tərəfindən qarşılandığını belə gizlədə bilməmişdir.

9 yanvar 1915-ci ildə Hacı Mirza Ağa Buluri və Hüseyn Ağa Fişəngçi və bir çox azərbaycanlı mübarizlərində içində olduğu Osmanlı Türk qoşunları, Əhməd Muxtar Şəmxal komandanlığında Təbrizə varmışdır.

Əhməd Kəsrəvi o günləri Təbrizdə olub və şəhər sakinlərinin əhval- ruhiyyəsini belə tosif etmişdir.

"Şəhərdə inanılmaz və xariqə bir durum vardı və 5 ildən sonra o qədər qəm, kədər, dərd və təhqirlədən sonra birinci dəfə olaraq insanların içində böyük bir sevinc, coşğu və şuruha görünürdü. Nəzərə elə gəlirdi ki, Rus qoşunları heç bir zaman Təbrizdən çıxmayacaq. Ancaq bu zaman Təbriz mücahidləri, Kürd dəstələri və Osmanlı qoşunları Marağadan çıxaraq Təbrizə doğru hərəkət edib və əhali bu xəbəri eşitdiyində onun Rusların qaçmasına yol açacağını görürdü.

Bu səbəbdən də həmişəlik olaraq Rusların buradan getməsini düşünüb və bir daha geri dönmələrini təsəvvür etmirdilər. Onun üçün də həbsdən azad olan insanlar kimi bir-birilərinə muştuluq verərək şadlıq edirdilər."  

Bu tarixi faktlar Məmməd bəy və onun kimi qərəzli və paniranizm mövqeyindən çıxış edənlərin iddialarını tamamən əsassız və yalan olduğunu göstərməkdədir. Məmməd bəy və onun kimi bütün paniranist solçu azərbaycanlılardan soruşmaq lazımdır ki, əcəba dünyanın hər bir yerində müstəmləkəçi bir dövlətin işğalçı ordusunun əsgərlərini göz yaşları, böyük sevinc və belə təntənəiləmi qarşlayarlar!!??

Əgər işğalçı qoşun budursa və millətimizi qurtarmağa gəlirsə eşq olsun belə işğalçı orduya.

Ancaq tam arxayınlıqla deyə bilərik ki, əgər Türk millətimizin qurtarıcıları Türk əsgərləri deyil, Rusiya və yaxud hər hansı başqa bir dövlətin əsgərləri olsaydı, o zaman bütün paniranistlərin qəhrəmanı olub və onlar bu qurtarıcı dövlət və naci qoşunlara hər zaman minnətdar olduqlarını bildirib və alqışlar yağdırmağı özlərinin şərəf borcu sayacaqdılar.

Məmməd bəy və onun düşüncəsində olan sözdə bütün solçu, eləcə də sağçı paniranist azərbaycanlı Türklərin iddialarının tam əksinə olaraq tarixi faktlar əsasında qeyd edilməlidir ki, Türk ordusu gərçəkdən Güney Azərbaycanın qərbində olan Urmu Salmas, Xoy və başqa bölgələrindəki bütün Türklərin qurtarıcısı olmuşdur. Bu tarixi və danılmaz gərçəyi dönə-dönə vuğulamaq lazımdır ki, əgər Türk əsgərləri olmasydı tam arxayınlıqla deyə bilərik ki, bu gün eyni İrəvanda, Zəngəzurda, Göyçədə və indiki qondarma Ermənistanın hər yerində olduğu kimi, Güney Azərbaycanın da bu bölgələri tamamilə öz yerli Türk əhalisindən təmizlənərək, bir nəfərdə belə olsun Türk qalmayacaqdı və həm də bu torpaqlar Azərbaycan yox Ermənistan adlanacaqdı.

Osmanlı Türk ordusu bu bölgələri qurtarmaqla, Güney Azərbaycanın stratejik baxımından ən önəmli və eyni halda ən gözəl və verimli torpaqları olan qərb bölgələrini böyük bir təhlükədən qurtarmışdır. Beləliklədə Osmanlı dövləti və Türk qoşunları İngiltərə başda olmaq üzrə Qərb dövlətləri və Rusiyanın Azərbaycan torpaqlarında ikinci bir xristian Erməni-Asuri dövlətinin yaranmasının qarşısını alaraq, onların bu şeytani planlarını tamamilə pozub və bütün xuliya və yuxularını yoxa çıxarmışdır. Elə bunun üçündə Azərbaycan Türk milləti məhz qəhrəman Türk qoşunlarının öz qardaşlıq görəvlərini layiqincə yerinə gətirib və Azərbaycan Türklərinin qəddar,cani və qan içən düşmənlərinə qarşı göstərdikləri tarixi qəhrəmanlıq və fədakarlıqlarından dolayı, başda Türk əsgərləri olmaqla Türk millətinə və Osmanlı Türk dövlətinə sonsuza qədər minnətdar olmalıdır.

Qoy Türk düşmənləri olan bütün fars şovinistləri, paniranist parti və qurumları, eləcə də cinayətkar İran islam rejimi başda olmaq üzrə bütün fars faşistləri istədikləri qədər bağırıb, çağırıb hay-küy etsinlər, onların çarəsizlikləri üzündən apardıqları bu iyrənc hərəkətləri və gərçəkləri yansıtmayan yersiz iddiaları, heç bir zaman həqiqətləri dəyişdirməyə gücləri yetmiyəcəkdir.

08.02.2018

Ardı var