ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (14-cü bölüm)

5-Sulduzun qanlı faciəsi və Kürdüstan Demokrat partisinin bu şəhərdə törətdiyi cinayətlərlə bağlı Məmməd bəyin tutduğu mövqe

Sulduzun Türk əhalisinin Kürdüstan Demokrat partisi tərəfindən bu şəhərdə keçiriləcək mitinqilə bağlı onun ləğv edilməsi üçün ona müraciəti və onların bu haqlı istəyinin rədd edilməsinin ardından 20 aprel 1979-cu ildə (31 fərvərdin1358) təxminən 20,000 nəfər və əsasən silahlı olan kürd dəstələri bu şəhərə gəlib və onun idman stadiyonunda toplaşırlar. Təpədən dırnağa qədər silahlanan bu kürd dəstələri, Kürdüstanın bütün bölgələrindən, eləcə də İraq, Türkiyə və Suriyədən gələn bəzi kürdlərlə birlikdə sözdə siyasi bir mitinq keçirmək bəhanəsilə gəlsələrdə, lakin əsas niyyətləri Sulduzu işğal edib onu mənimsəmək olmuşdur. Hər halda Kürdüstan Demokrat partisi öz cinayətlərini ört-basdır edib və başqalarını günahkar göstərmək məqsədilə bu zaman verdiyi bildirilərində, eləcə də Əbdülrəhman Qasımlı və başqa parti mənsublarının daxili və xarici jurnalistlərə verdiyi müsahibələrdə Sulduzda bu partinin mərkəzi dəftərinin açılması elan edilir.

Bu qədər silahlı kürdün Sulduz kimi kiçik bir Türk və Azərbaycan şəhərinə gəlməsi hər ad və hər ünvanla olursa olsun, öz-özlüyündə böyük bir vəhşilik, həm də insan və insanlığa, qonşuluğa və özünün iddia etdiyi qardaşlığa qarşı bağışlanmaz bir xəyanət və cinayət sayılır. Belə bir durum çox təbii ki, əhali arasında böyük bir iztirab, panik və gərginliyə yol açıb və onlar olduqca dəhşətli və qorxulu anlar keçirərək hər an böyük və ağıla sığmayan qanlı olaylar və faciələrin baş verəcəyini gözləyirlər, çünki kiçik bir qığılcım belə, hər yanı yaxıb yandıra bilirdi.

Kürdüstan Demokrat partisinin Sulduzda törətdiyi dəhşətli cinayətlər və aldığı böyük və inanılmaz bu məğlubiyyətdən sonra burada keçirdiyi mitinqin amacının güya sözdə Kürd-Azəri qardaşlıq münasibətlərinin davamı və iki millət arasında işbirliyinin vurğulanması olmuşdur!!??

Əcəba dünyada belə bir qardaşlıq və belə bir işbirliyi olarmı!!??

Olduqca təəcübli və eyni halda düşündürücü budur ki, Sulduzda sözdə belə bir silahlı mitinqin keçirildiyi zaman, Kürdüstanın mərkəzi sayılan Sənəndəcdə də (sinandej) möhtəşəm bir mitinq keçirilmişdir, ancaq burada nə bir silah və nədə silahlı dəstələrdən heç bir əsər və əlamət olmamışdır.  

Kürdüstan Demokrat partisinin silahlı dəstələləri gəldikləri gündən etibarən, şəhərin Türk əhalisi arasında hədə-qorxu yaratmaqla onları öz əzəli və əbədi ata-baba doğma yurdlarından qovub çıxarmağa çalışmışlar.

Kürd yaraqlıları, umudları hər yerdən kəsilmiş şəhərin silahsız Türk əhalisinə qarşı hücum etmək üçün kiçik bir bəhanə axtarırdı. Buda oldu və bəlli olmayan istiqamətdən bir neçə güllə atıldığında sözdə bu demokratlar, şəhərin küçələrinə axın edərək əhaliyə göz dağı verib, onların içində dəhşət yaratmaq məqsədilə hədəfsiz olaraq hər tərəfi silah atəşinə tutaraq günahsız insanları tam vəhşicəsinə öldürməyə başlayırlar.

Ancaq bu vəhşiliklər Sulduzun qeyrətli, şərəfli, qoçaq və vətən sevər əhalisini qorxutmur və onların silah-sursatının çox az olmasına rəğmən, iradələri sarsılmadan gecə-gündüz demədən üç gün boyunca 20,000 silahlı kürdün qarşısında Türk millətinə yaraşan sayaqda öz şərəf, namus və vətənlərini bu təcavüzkarlara qarşı müdafiə edirlər.

Sulduzda say və silah baxımından kürd yaraqlılarıyla əsla müqayisə olunmaz dərəcədə kiçik bir silahlı qrup, şəhərin hər tərəfinə hakim və böyük bir stratejik önəmə malik olan "Qala Başı" deyilən mərkəzi təpəsində mövqe tutaraq öz doğma şəhərlərini müdafiə edib onların bu buraya hakim olmalarının qarşısını almışlar.    

Ancaq onların Azərbaycanın başqa şəhərlərində olan öz bacı-qardaşlarından belə bir alçaq və namərdcəsinə saldırının qarşısında həmən və tezliklə dəstək və yardımların gəlməsini gözləyirdilər.

Amir Mardani, [30.11.18 15:41]

Çünki üç gün boyunca və hər anı belə günlər kimi keçdiyi bir nabərabər savaşda, həm də silah və sursatın az olduğu daha doğrusu tükəndiyi bir şərayitdə və uşaq, qadın və qocaların dəhşət içində çarəsiz qalaraq qorxulu anların keçirdiyi bir zamanda, dövlətdən bu üç gün içində heç bir yardım hələ gəlməmişdir.

Əslində İslam rejimi Sulduzun Türk əhalisinə yardım üçün heç bir hərbi qüvvə və silahlı dəstə göndərmək istəmirdi, lakin Molla Həsəninin bu məsələ ilə bağlı durmadan və dəfələrlə Xumeyninin dəftərinə müraciəti və hərbi yardım haqda israrı olmasaydı, bəlkədə bu iş baş tutmuyacaqdı. Faşist İran İslam rejiminin bu il, yəni Sulduz faciəsinin 39-cu ildönümündə şəhid ailələrinin öz şəhidlərinə yas tutub anmalarına belə qadağa qoyması, yuxarıda sölənənlərə bir sübutdur. Hər halda Sulduzun Türk əhalisinin umudları hər yandan kəsildiyi bir şərayitdə, Urmuda Molla Həsəninin Urmu radiyosunun vasitəsilə onun çağırışına cavab verən 600 nəfərlik könüllü dəstəsi olmuşdur.

Bir anlıqda olsa, insan o qorxulu günləri və dəhşətli anları gözləri qarşısına gətirib bu haqda düşünməsi belə, inanılmaz şəkildə dəhşətlidir. 20,000 nəfərlik bir böyük ordu və 2500-3000 nəfəri kürd olan 20,000 nəfər əhalisi olan kiçik bir şəhərə hücum edir, yəni hər bir silahlının qarşısında bir əli yalın silahsız insan dayanır. Necə acınacaqlı, necə ədalətsiz, necə bərabərsiz, necə dəhşətli və necə qorxulu bir savaş deyilmi!!??

Nəhayət üç gündən sonra Urmudan dəstək gəlir.

Məmməd bəy siz Türk millətinə və Azərbaycana qarşı törədilən bu dəhşətli cinayətlərə, bu vəhşiliklərə göz yumub və insan qılığında olan belə bir caniləri alçaqcasına dəstəkləyərək nədən və necə onlara bəraət qazandırmaq istəyirsiz. Üstəlik heçdə utanmadan bütün insani, əxlaqi və milli dəyərləri ayaqlarınızın altına qoyub, həm də vətən uğrunda şərəflə canlarını fəda edən və vəhşicəsinə öldürülən bu dəyərli insanların qanları üzərindən keçməyə cəsarət edib və onları günahkar göstərərək qatillərin yanında yer alırsız.

Maraqlıdır ki, qatı Azərbaycan və Türk düşməni olan və hər zaman fars şovinizmi və irqçı paniranistlərin eyni zamanda kürd teror təşkilatlarının yanında yer alıb və onların təbliğatçısı sayılan BBC radiyosu elə Sulduz şəhərinə hücum ərəfəsində, onun Kürdüstan torpaqlarının birləşməsi qarşısında böyük bir maneə olduğunu söyləyirdi. Elə bu əsasda da Əbdülrəhman Qasmlı, Sulduz şəhərinin tamami ilə yerli Türk əhalisindən təmizlənməsinin əmrini vermişdir.

Sulduz faciəsində 200-ə yaxın yurddaşımız tam vəhşicəsinə və çox qəddarlıqla öldürülmüş və yüzlərlədə insan yaralı olmuşdur. Kürdüstan Demokrat partisinin silahlıları Sulduzda elə bir cinayətlər törətmişlər ki, qələm onları yazmaqdan və dil onları söyləməkdən acizdir. Ancaq bu cinayətlər haqqında deyə bilərik ki, 1917-18-ci illərində Asuri və Erməni Daşnaklarının Türk millətinə qarşı Urmu, salma, köhnəşəhər, Xoy, eləcə də Quzey Azərbaycanda həmən illərdə Qarabağ, Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur və 1992-ci ildə təkrar Xocalı və başqa yerlərdə törətdiklən cinayətlər və vəhşiliklərlə eyni olmuşdur. Bu cinayətlərlə bağlı əgər desək ki, bunların hamısı eyni mərkəzdən yönəldilən insanların işi və eyni məktəbin törəmələri olmuşlar, yanılmamışıq.

Əldə olan bəzi bəlgələrə və bu cinayətlərin şahidi olan insanların söylədiklərinə dayanaraq, öldürülənlərin arasında üç yaşında bir qız uşağının başı kəsilərək bir şişlə 23 yaşında olan gənc anasının düşünə saplanmışdı. Başsız olan gənclərin bədənləri, anaların və uşaqların kəsilmiş başları şişlərlə əksinə bir-birinin bədənlərinə saplanmış vəziyyətdə yəni gənclərin və uşaqların başları analarının bədənləri və gənclərin uşaqların bədənləri analarının başına bağlanmış vəziyyətdə hər tərəfə səpələnmişdi. Bir başqa yerdə iplə edam edilmiş 22 nəfərin cənazərəri və başqa bir evdə bir gəncin baltayla parçalanmış bədəni atılmışdı. Ölənlərin içində yaşlı qadınlar və kişilərdə olmuşdur.

Amir Mardani, [30.11.18 15:41]

Sözdə demokrat olan bu kürd partisinin törətdiyi bu cinayətlər və etnik təmizləməsində təkcə Mirzə Əli Bədəlinin bütün 11 ailə üzvü südəmər körpədən tutmuş, gəlin cığaz gənc qızlar və yaşlı insanların başları və bədən üzvləri kəsilərək tam vəhşicəsinə və ağıla sığmayan bir şəkildə öldürülmüşlər.

Bir evdə bir çox Türk qadınını əsir tutataq saxlayırdılar.

Molla Həsəni, Urmudan olan 600 könüllü dəstəsilə birlikdə gecə çağı şəhərin quzey dərvazasından Sulduza girib və buraya gəldiklərindən etibarən çıxan ağır və qanlı çatışmalardan sonra 20,000 nəfərlik Demokrat silahlıları, könüllü bu azərbaycanlı Türklərin qarşısında dayana bilməyib, gəldikləri kimi şəhərin çevrəsində olan dağlara doğru qaçmağa çalışırlar.  

Məmməd bəy Azadgər, Demokrat partisinin həyata keçirdiyi bu cinayətlərin sadəcə kiçik bir bölümünə işarət edən Çəmranın yazdıqlarını, onun cinayətkar İslam hakimiyyətinin təmsilçisi olduğuna görə bir tərəfli və etibarsız göstərir. Lakin təəcübli olan budur ki, Çəmranın yazdıqlarının bir tərəfli və etibarsız olduğuna inanan Məmməd bəy, Kürdüstan Demokrat partisinin keçmiş başqanı olan Əbdullah Həsənzadənin tam saxtakarlıqla baş verənlərin tamamən əksini və yalan olan yazdıqlarını fakt kimi gətirərək, bunların gərçək olduğuna inanmaqdadır. O, utanmazcasına Qasımlı və Demokrat partisini müdafiə edərək onların məqsədinin çatışmamazlıq, qan tökməmək və Türk əhalisinin öz ata-baba yurdlarından qovulmamasını savunaraq onlara bəraət qazandırmaq niyyətində olmuşdur. Yəni burada heç bir suçu olmayan Sulduzun Türk əhalisini və Urmudan Molla Həsəninin başçılığında şəhərin günahsız əhalisini kürd yaraqlılarının zülm, cinayət və qətiamından qurtarmağa gedən könüllü dəstəsini günahkar göstərməyə çalışmaqdadır. Babalarımızın dediyi kimi, tülküdən soruşdular ki, şahidin kimdir, dedi quyruğum!!?? Təbiidir ki, ilk başdan öz nəhayi hökm və qərarını verən Məmməd bəy və onun kimi sözdə solçu azərbaycanlılar, Demokrat partisini müdafiə edərək onların bu vəhşi cinayətlərini ört-basdır etmək üçün, şahidləridə elə cinayətkarların özündən olacaqdır.

Əcəba Məmməd bəy yüzlər və minlərlə Sulduzun Türk əhalisinin özəlliklədə qətiam edilən ailələrin, əsir tutulmuş qız, gəlin və qadınların demokrat silahlıları tərəfindən onlara qarşı vəhşicəsinə törədilən bu cinayətlərin canlı şahidləri olanların sözlərinidə heç duydumu!!??

Tam arxayınlıqla deyə bilərəm ki, yox belə bir şey olmamışdır və onun özü qərəzli və bir tərəfli qəzavət etməklə bütün gərçəkləri ayaqları altına alıb və sadəcə Kürdüstan Demokrat partisilə olan düşüncə və fikir yaxınlığını yəni ideolojini öz milləti və vətəninə üstün tutaraq belə bir qeri-insani və qeyri-əxlaqi hökm və qərarın verməsinə məcbur olmuşdur.  

Məmməd bəy Azadgər heçdə çəkinmədən Əbdülrəhman Qasımlı və Kürdüstan Demokrat partisinin Türk millətinə qarşı törətdiyi bu dəhşətli cinayətləri və bir çox günahsız insanın vəhşicəsinə ölürüldüyünü görməməzlikdən gələrək, onları müdafiə edib və bu qatillərin yanında yer almışdır. Qeyd etmək lazımdır ki, bu zaman İslam rejimininn solduz və onun çevrəsində heç bir hərbi qüvvəsi olmamışdır. İran islam rejimi qanlı olayların olacağını təxmin etsədə, töküləcək qanların qarşısını almaq üçün heç bir çaba və Türk əhalinin əmniyyəti üçün əsla qayğı göstərmir. İslam rejiminin bu önəmli məsələyə yəni öz yurddaşlarının hər cürə təhlükə qarşısında əmniyyətinə bu qədər laqeyd olması, Demokrat partisinin çağrışının öncədən yayılmasına rəğmən və üstəlik üç gün boyunca şəhərdə şiddətli çatışmalar və qanlı savaşın getməsi şərayitində olduqca təəcübli və düşündürücüdür.

Burada Məmməd bəy və onun kimi bütün İran mərkəzli solçu azərbaycanlı Türklərdən soruşmaq lazımdır ki, əcəba nədən Kürdüstan Demokrat partisi Sənəndəc, Saqqız, Kirmanşah və hətta Soyuq Bulaq kimi bir şəhərdə yox, məhz Azərbaycanda həm də nüfusunun ən azı 85 faizi Türklərdən ibarət olan Sulduz kimi həssas bir şəhərdə belə bir mitiqin keçirilməsini istəmişdir.

Amir Mardani, [30.11.18 15:41]

Burada heç bir ideoloji məsələsini araya gətirmədən vicdanlı və şərəfli olan bütün solçu azərbaycanlılardan soruşmaq lazımdır ki, əcəba hər hansı bir Azərbaycan təşkilatının çağırışı əsasında bir Kürd şəhərində, həm də təpədən dırnağa qədər silahlanaraq toplaşıb, mitinq keçirməinin nə anlamı var və bu məsələ Kürd milləti və yaxud hər hansı başqa bir tərəfsiz millət tərəfindən necə qarşılana bilər!!??

Düşünürəm ki, Kürdüstan Demokrat partisi və yüzlərlə azərbaycanlının qatili olan Əbdülrəhman Qasımlını müdafiə edən və onları demokratik və inqilabçı bir qüvvə kimi göstərməyə çalışan Məmməd bəy və onun kimi İran mərkəzli və paniranizmin güclü təsiri altında olan solçu azərbaycanlı Türklərin bu haqda deməyə heç bir sözü yoxdur.

25.11.2018

Ardı var