ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (13-ci bölüm)

5-Sulduzun qanlı faciəsi və Kürdüstan Demokrat partisinin bu şəhərdə törətdiyi cinayətlərlə bağlı Məmməd bəyin tutduğu mövqe

Məmməd bəy Azadgər və onun kimi bir çox İran mərkəzli solçu azərbaycanlılar, bir çox məsələlərdə olduğu kimi Sulduz faciəsilə bağlı Azərbaycan Türk milləti və milli azadlıq və qurtuluş hərəkatının qırmızı çizgilərini heç utanmadan ayaqları altına alaraq, burada vəhşicəsinə törədilən cinayətlərlə bağı Azərbaycan və Türk millətinin deyil, bəlkə çox açıq və aydın şəkildə Kürdüstan Demokrat partisi və Əbdülrəhman Qasımlının yanında yer alamaqdadır. O, Sulduz faciəsilə bağlı Çəmranın söylədilkərini gəçəkdən uzaq və birtərəfli, lakin Kürdüstan Demokrat partisinin keçmiş başqanı olan Əbdullah Həsənzadənin söylədiklərinin gərçək olduğunu iddia edərək belə yazır.

"Çəmran, qəddar bir dövlətin təmsilçisi olduğu üçün onun söylədikləri birtərəfli və etibarsız sayılır. Əbdülrəhman Qasımlının məqsədi qan tökmək, savaş və Türk əhalini öz yurdlarından qaçırmaq olmamışdır."

Məmməd bəy Azadgər yazdığ bu sözlərlə Kürdüstan Demokrat partisi və Əbdülrəhman Qasımlının cinayətlərinə bəraət qazandımaq istədiyi halda, Mehran bəyi bir kürd düşməni kimi göstərərək, ona qarşı ittihamlar yağdırır. Ancaq Mehran bəy Sulduz faciəsilə bağlı söylədiklərində tamamilə haqlı olaraq, həm də toxunduğu çox önəmli və hazırda Güney Azərbaycana böyük bir təhlükə qaynağı sayılan və hər kəsi düşündürən məsələrədən biridə kürd parti və qurumların torpaqlarımıza olan yersiz iddiaları məsələsidir.  

Keçən sayda yazıldığı kimi, kürd təşkilalarının uzun illərdən bəri Azərbaycanın tarixi torpaqlarına olan iddiaları yalnız sözdə qalmamış və onlar bu iddia və xəyallarını gərçəkləşdirmək məqsədilə zaman-zaman şəhər və kəndlərimizə silahlı hücumlar və basqınlar edərək ciddi şəkildə onları işğal etməyə çalışmışlar. Kürdüstan Demokrat partisi bu iddialı patrilərin ən güclülərindən biri olaraq, Azərbaycan torpaqlarına olan öz iddialarını həyata keçirmək üçün, olduqca hazırlıqlı şəkildə hərəkətə keçmişdir. Demokrat partisinin çağrışı əsasında Kürdüstanın hər yerindən mitinq bəhanəsilə gələn 20,000 nəfərlik silalahlı dəstənin Sulduz şəhərinə hücumu, əslində kürd təşkilatlarının bu iddiaları və qarşlarına qoyduqları planlarının sadəcə bir parçası olaraq, bu hədəfin doğrultusunda baş tutmuşdur.

Sulduz şəhərinə olan bu hücum, bütün gərginliklərdən uzaq və uzun bir aradan sonra, yəni Qazi Məhəmməd öndərliyində olan Mahabad cümhuriyyətinin yıxılmasından etibarən, kürdlər tərəfindən ilk planlı və böyük hazırlıqlarla başlanan bir saldırı olaraq, İki millət arasında olan barışı pozub və bir daha keçmişdə olan gərginlik və düşmənçiliyə zəmin yaratmışdır. Əslində Sulduza olan bu qeyri-insani hüçum, çox net və açıq şıkildə Azərbaycana və Türk millətinə qarşı bir savaş elanı sayılır.                                

Burada hər nədən öncə qeyd edilməsi gərəkən məsələ budur ki, Azərbaycan Türk millətinin İran adlanan ölkədə fars faşizmi tərəfindən bizim kimi əzilmiş bütün qeyri-fars millətlərlə olduğu kimi, Kürd milləti ilə də heç bir məsələsi və sorunu yoxdur. Gərçək budur ki, Türk milləti həmişə onlarla səmimi dostluq və qonşuluq münasibətin olmasını və hər zaman hüzur və barış içində yaşamasını arzu etmişdir. Ancaq hər məsələdə olduğu kimi, bu məsələdə bir tərəfli yox, bəlkə iki tərəfli və qarşılıqlı dostluq, hörmət, həm də səmimi və insani münasibətlərin əsasında olmasını tələb edir. Lakin qılınclarını tam üstən bağlayaraq torpaqlarımıza yersiz iddiada olub və burada savaş havası əsdirərək Türk millətinə qarşı hədə qorxu gəlib və onları öz ata-baba yurdlarından qovmaqla hədələyən terorçu kürd təşkilatları, apardıqları belə bir düşmənçilik siyasətlərilə necə Türk millətinin dostu ola bilər!?

Azərbaycan Türk milləti əldə olan tarixi faktlara və öz tarixi təcrübələrinə dayanaraq son 150 ilə yaxın ilk başda kürd əşirətləri və sonraki dönəmlərdə kürd təşkilatlarının törətdiyi dəhşətli və ağıla sığmayan cinayətlərini nəzərə aldıqda, onlara heç bir güvənin olmamasında tamamilə haqlıdır.

Gərçək budur ki, Məmməd bəy Azadgər və onun kimi bir çox solçu azərbaycanlı Türklər, Güney Azərbaycanın stratejik baxımdan olduqca önəmli və eyni zamanda çox həssas olan qərb bölgələrində baş verən qanlı olayların gərçək tarixini heç öyrənməmış və yaxud fars şovinizminin mənafei və onun siyasi çıxarları əsasında olan fars qaynaqlarından öyrənmişdir. Ancaq görünür ki, Güney Azərbaycanın qərbində Urmu başda olmaq üzrə Salmas, Xoy, Sulduz, Qoşaçay və başqa bölgələrində özəlliklə son 100-150 ildə istər çeşitli kürd əşirətləri və trrorçu kürd təşkilatları, istərsədə Erməni-Asuri quduzları tərəfindən millətimizə qarşı sadəcə Türk olduqları üçün həyata keçirilən bu cinayətlərdən tamamilə xəbərsiz və daha doğrusu bu haqda heç bir bilgisi belə olmamışdır.

Məmməd bəy və onun kimi solçu azərbaycanlılar bilməlidir ki, çeşitli kürd əşirətlərinin bu bölgələrdə Türk millətinə qarşı həyata keçirdikləri dəhşətli qətiamların ardı heç bir zaman kəsilməmişdir.        

Qısada olsa deyilməsi lazım olan məsələ budur ki, 1880-ci ildə ilk olaraq Şeyx Ubeydullah Şəmdinli Osmanlı dövlətilə sərhəd bölgələrində olan bütün əşirətlərin başçısı və eyni zamanda Nəqşbəndiyyə təriqətinin seyxi 12,000 qoşunla Urmu, Qoşaçay, Məlik Kəndi, Binab və başqa şəhərlərə hücum edərək dəhşətli cinayətlər törədib, minlərlə günahsız azərbaycan Türkünü vəhçicəsinə qətiam etmişdir. 1918-ci ilin avqust ayında Urmu soyqırımının Türk qoşunlarının gəlməsilə sona çatmasının həmən ardından, yəni Türk qoşunlarının çəkilməsindən sonra, Salmasın Osmanlı dövləti ilə sərhəd bölgəsində olan Çəhri qalasında yaşayan Şəkak kürd əşirətinin başçısı İsmayıl Ağa Simitqo Urmu, Salmas və bunlara yaxın bölgələri işğal edərək minlərlə insanı vəhşicəsinə qətiam etmişdir.

Azərbaycanın şəhər və kəndlərinə bu hücumlar zaman-zaman davam edərək, 1945-46-cı illərdə yenə bəzi kürd əşirətləri tərəfindən örnəyin Zero bəyin başçılığında Urmu, Salmas və Xoy kimi şəhərlər işğal və yaxud hüçumlara məruz qalaraq, ancaq Azərbaycan Demokrat firqəsi və fədayilərin dirayəti və aldığı tədbirlər nəticəsində qan tökülmənin qarşısı alınmışdır.

Bu gün biz, keçmişdəki çeşitli kürd əşirətlərinin vəhşi cinayətlərinə şahid olmasaqda, ancaq Şah rejiminin devrilib və faşist İslam rejiminin hakimiyyətə gətirilməsindən sonra, bu dəfə Kürdüstan Demokrat partisi, Komelə və PEJAK kimi təşkilatların yenə Sulduz, Urmu, Salmas, Xoy, Makı və başqa şəhərlədə törətdikləri cinayətlər nəticəsində minlərlə günahsız Türkün vəhşicəsinə öldürülməsinin şahidi olmuşuq.

İnqilab ərəfəsinə qədər sakit olan bu bölgələr, bu zaman ölkənin hər bir yerində kaosun yaşandığı kimi, qərbi Azərbaycanın özəlliklədə kürdlərin yaşadığı güney bölgələrində böyük bir boşluqdan faydalanan siyasi kürd parti və qurumları, burada olan qarnizonlara hücum edərək onların bütün silah və sursatını ələ keçirirlər.

Öz dövrünün ən modern və eyni zamanda ağır və yüngül silahlarıyla təchiz olunan kürd təşkilatları, bölgədə yaranan bu yeni durumdan istifadə edib hər zaman olduğu kimi, Azərbaycan torpaqlarına olan öz iddialarını açıq şəkildə elan edərək, qarşılarına qoyduqları məqsəd üçün hərəkətə keçib və beləliklədə elan edilməmiş bir savaşı Türk millətinə təhmil edirlər.

Azərbaycanın dərvazası sayılan və onun qərbində böyük stratejik önəmə malik olan Sulduz şəhəri, Əbdülrəhman Qasımlının başçılığında olan Kürdüstan Demokrat Partisinin ilk hədəfi olmuşdur.

Bu zaman 20,000 nəfər nüfusa malik olan Sulduz şəhəri, əhalisinin təxminən 85 faizindən çoxunun Türk olmasına rəğmən, Kürdüstan Demokrat partisinin çağırışı əsasında və burada azlıqda olan kürdlərin razılığıyla bir mitinqin məhz burada keçirilməsinə qərar verilməsi, ancaq Azərbaycanın bu şəhərini işğal edib onu ələ keçirmək məqsədilə olmuşdur.

Şəhərin Türk əhalisi bu məsələ ilə bağlı gərginliyin və həssasiyətin qarşısını almaq üçün Demokrat partisinin başçılarına müraciət edərək   mitinqin başqa yerdə keçirilməsini istəyirlər. Ancaq onların istəyi nəinki qəbul edilmir, hətta Əbdülrəhman Qasımlı və bu zaman Sulduz kürdlərinin imam cüməsi olan "Molla Səlah", şəhərin ağsaqqallarıyla əlaqə yaradaraq Türk əhalidən şəhəri tərk etməsini və Sulduz şəhərinin onlara təslim ediləməsini ciddi şəkildə istəyirlər. Əlbəttə ki, onların bu qeyri-insani və qeyri-əxlaqi istəti şəhərin qəhrəman Türk əhalisi və şərəfli qoçaq ağsaqqalları tərəfindən tam kəskin şəkildə rədd edilir.

20.11.2018

Ardı var