Yarı Hənək - yarı dəyənək

Hər zaman bir şey azaldı , küçəmizdən keçəndə sən

Böhtan ələ bir saz aldı , küçəmizdən keçəndə sən

Sildin yerə burnunu , tüpürdün divara tamam

Lat , lüt işvə naz aldı , küçəmizdən keçəndə sən

təpik vurdun güldana sən , səpdin yerə zibili

təxribatlar fazlandı , küçəmizdən keçəndə sən  

plastiklər tulladın sən , hər yerə könlün istədi

xəstə ruhun lab sazaldı , küçəmizdən keçəndə sən

Anqırdın çox ucadan sən , ancaq Eşşəkdən iraq

əmniyət millətə azaldı , küçəmizdən keçəndə sən

Bilməz idin nə edirsən , yüz qram vuranda belə

Kulturda səviyyə azaldı , küçəmizdən keçəndə sən  

Insaflı iş görmədın ömründə heç bir zaman belə

sərçə veribsə qaz aldı , küçəmizdən keçəndə sən

zəiflə məzlumu döydün fəxr edib qürur duydun

heif ki ah nalə uzandı küçəmizdən keçəndə sən

sevgi ilə sayqı uduzdu , alim , ziyalı yoxda meydanda

hər nə haramdı qazandı küçəmizdən keçəndə sən

tığladı ərdəm öldü , çıxartdılar igidliyin gözlərini

naşılıq göyə qovzandı küçəmizdən keçəndə sən

əvəz olmaz ey Eşilbax , diqqət eylə dəyişil bax

vurma balta əski qazandı , küçəmizdən keçəndə sən

Eşilbax     0 8.12.2002

هرزامان بیر شئی آزالدئ ,کوچه میزدن کئچنده سن

بهتان اَلَه بیر ساز آلدئ ,کوچه میزدن کئچنده سن

سیلدین یئره بورنونو توپوردون دیوارا تامام

لات , لوُت , عشوه ناز آلدئ ,کوچه میزدن کئچنده سن

تَپیک واوردون گوُلدانا سن , سَپدین یئره زبیلی

تخریباتلار فازلاندئ ,کوچه میزدن کئچنده سن

پلاستیکلر تواولادئن سن , هر یئره کونلون ایستَدی

خسته روحون لاب سازالدئ کوچه میزدن کئچنده سن

آنقئردن لاب اوجادان سن , آنجاق اِششکدن اِراق

اَمنیت ملّته آزالدئ ,کوچه میزدن کئچنده سن

بیلمَز ایدین نه اِدیرسن یوز گرم واوراندا بیله

   کوُلتوردا سَویّه آزالدئ ,کوچه میزدن کئچنده سن

انصافلئ ایش گوُرمَدین عُمرونده هئچ بیر زامان بیله

سئرچه وئریبسه قاز آلدئ ,کوچه میزدن کئچنده سن

ضعیفله مظلومو دُویدین , فَخر اِدیب غُرور دویدون

حیف کی آه , ناله اوزاندئ ,کوچه میزدن کئچنده سن

سئوگی ایله سایقئ اودوزدو عالیم , ضیالئ یوخ دا میداندا

هر نه حارامدئ قازاندئ ,کوچه میزدن کئچنده سن

تئغلادئ اَردم اوُلدُو , چئخارتدئلار اِیتلین گوزلرینی

ناشئلئق گُویَه قاوزاندئ ,کوچه میزدن کئچنده سن

عوض اولماز ای اِشیلباخ ! دقّت ایله دَیشیل باخ

بالتا واورما اَسکی قازاندئ ,کوچه میزدن کئچنده سن

08.12.2002   إشیلباخ