2-Türk milləti, Türk dili

Bəllidir ki, Məmməd bəy Azadgər bu gün Güney Azərbaycanda Türk millətinin çox çiddi şəkildə kimlik bir mücadiləsi verdiyinin nə dərəcədə önəmli və onun nə anlamda olduğunu əsla anlamamış və bu haq davanın hər bir insan və hər bir millət üçün ən ilkin doğal istək və bu yolda atılan ilk addım olduğu halda onun tanınmasının gərəkli olduğunu əsla dərk edə bilməmişdir.

Bu səbəbdən də Məmməd bəy, Mehran bəy və onun simasında bu gün Güney Azərbaycan və İran deyilən yerdə milyonlarla insanın Türk olduqlarını dönə-dönə vurğulamalarını dəfələrlə İrqçılıdla ittiham edərək ona qarşı çıxıb və heç utanıb çəkinmədən belə yazır və həm də öz düşüncəsini Azərbaycan Türk milləti və milli-mədəni fəalların adıyla ortaya qoyur.

"Azərbaycan cəmaəti və onun milli mədəni fəalları və eləcə də sol parti və qurumların Azərbaycandaki üzvləri hər cürə irqçılığa nifrət edib və haqlıdırlar ki, hər nəyi irq və kimliklə dəyərləndirən irqçı Türklərdən qorxsunlar, çünki bu yol birbaşa Holakosta gedir......"

Məmməd bəy, keçmişdəki və günmüzdəki bir çox sol Azərbaycanlı Türklərin adını sırayla yazaraq bu insanların istər hayatda olanları, istərsədə aramızdan köçənlərin heç birinin "İrq"və belə bir iyrənc məsələlərə inamı olmamış və olmuyacaqdır....."

"İrqdan yapışıb və onun üzərindən qəzavət edib və dəyər vermək irqçılığın özüdür. İnsanları İrq və milli kimlikləri əsasında bölməyin sonu Holakost və insanları yaxan kürəxanalar olur. Bu əsasda Mehran Baharlı bir İrqçı pantürkistdir. Hər kəs ki, insanları İrq və kimlik əsasında bölür, tamamən yazıq bir irqçıdan başqa bir şey deyildir......və ya yazısının başqa bir yerində, "Milli kimlikçiliyin sonu təbii olaraq rasizm və faşizmə doğru gedir."

Burada Məmməd bəy, Mehran bəyi əsasız yerə və həm də gərçəkləri heçdə yansıtmayaraq dəfələrlə yazısının fərqli bölümlərində belə bir ifadələri işlədərək arzu etdiyi nəticələri çıxarıb və beləliklədə fars ictimaiyyətində və Fars-İran siyasi parti və qurumları, eləcə də Kürdlər içində Mehran bəy Baharlının simasında Azərbaycan Milli azadlıq və qurtuluş hərəkatına qarşı nifrət, kinə və düşmənçiliyə dahada böyük bir zəmin yaradır.

Dünya da mövcud olan bütün millətlər istisnasız kim olduqlarını və gərçək kimliklərini heç düşünmədən və qürurla söylədikləri zaman yaxud hər hansı bir millətə mənsub olduqlarını yazıb və onu vuğulayan hərkəs, əcəba irqçı olub və yaxud qan-qan deyib başqa millətlərə qarşımı olurlar.

Osmanlı imperiasının Türk olmasına rəğmən Erməni, Kürd və Ərəb və başqalarının hər birisi haqqında sadiq, nəcib və başqa gözəl sözlər və ləqəblər verildiyi halda yazıqlar olsun ki, Türklər şüursuz ləqəbi ilə tanınırdı. Osmanlı dövləti yıxılıb və 1923-cü ildə Türkiyə çümhuriyyəti dövləti qurulduqdan sonra böyük Atatürk, 500 ilə yaxın uzun bir sürədə islam və yaxud Osmanlı kimliyi altında tapdalanan Türk millətini dirçəldərək onun qürurlu, başuca və böyük bir millət olduğunu onlara aşılamaq məqsədi ilə "Nə mutlu Türküm diyənə" sözünü ortaya qoymuşdur. Burada Atatürkün Türk kimliyi, Türk varlığ və onun Türklüyünü dönə-dönə vurğulamasından amacı öz gərçək adı və həqiqi milli kimlyini tanıtdırmaq olmuş və burada da gördüyümüz kimi onun irqçılıqla heç bir ilgisi olmamış və onun Türk kimliyini tanıtdırıb vuğulaması heç bir Holakostlara da yol açmamışdır.    

Biz Türk olduğumuzu yazıb və söylədimizdə təkcə fars şovinistləri tərəfindən yox, həm də öz manqurtlarımız və eləcə də bir çox iddialı solçu azərbaycanlı Türklər tərəfindən də irqçı və pantürkist kimi göstərilirik.

Dünya da Türklərdən başqa ikinci bir millət yaxdur ki, onların kimliyi danılaraq hansı bir millətə mənsub olduqları sorğu-suala çəkilib, kim olduğu şübhə altına alınsın. Nədən kimsə Fars, Kürd, Ərəb, Əfqan, Fransız, Çex və yaxud hansısa başqa bir millətin kim və hansı bir irqa, soya mənsub olduğunu və hansı bir adı daşıdığını və dilinin necə və nə zaman gəldiyini şübhə altına alıb onların keçmişdə başqa bir millətlər olduqlarını iddia edib məqlələr və kitablar yazmır. Lakin Azərbaycan Türk milləti başda olmaq üzrə dünya da yaşayan bir çox Türk millətinin bəlli bir tarixi səbəblərdən dolayı, Qərb dövlətlərinin nifrətinə tuş gələrək, uzun illərdən bəri intiqam məqsədi ilə gərçək varlığı və həqiqi kimliyi, həm də şanlı-şərəfli tarixi danılıb saxtalaşdırılaraq onun doğrultusunda yüzlərlə kitab və məqalələr yazılmşdır. Türk tarxi və Türk varlığının Qərb dövlətləri tərəfindən, həm də iddialı yüksək elm ocaqları və akademisiyən tarixçiləri tərəfindən yazılan kitablarında, tarixdə yaradılan böyük Türk imperia və dövlətlərinin bir çoxunun kimliyi ilə bağlı ya susub, yaxud onların gərçək kimliklərini danaraq istədikləri kimi təqdim etmişlər. Məsəla bu günki İran deyilən coğrafiya və onun həndivərində istər Azərbaycan Türkləri, istərsədə başqa Türklərin tərəfindən yaradılan Qəznəlilər, Səlcuqlar, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa böyük Türk imperia və dövlətləri çox hallarda Fars imperia və dövlətləri kimi göstərilməkdədirlər.

Türklərin danılması və onların tarixinin saxtalaşdırılmasıyla bağlı daha da gülünc olub Təəcüb doğuran bir gərçəkdə, Özbək Türkü Zəhirəddin Babur tərəfindən Hidistanda yaradılan və 300 ildən çox sürən Türk Baburilər imperiasıdır ki, bütün Qərb dünyası eləcə də fars şovinistəri tərəfində Moğul və fars dili hakim olan bir imperia olaraq göstərilir. Bu İmperianın varisləri Tacməhəl kimi dünya şöhrətli böyük bir memarlıq şah əsərini tikdirmişlər.

Bu gün İran adlanan ölkədə hər kəsin və hətta bir çox öz keçmişi və

tarixindən xəbərsiz və eyni halda milli şüurdan tamami ilə yoxsun olan azərbaycanlıların da ağzında saqqız olan həm də İngilis dövləti və intelecent servisi tərəfindən kəşf edilən qondarma Azəri sözü hər kəsin və özəlliklədə Türk düşmənləri tərəfindən durmadan deyilib və təbliğ olan bu söz, Azərbaycan Türk milləti üçün böyük bir həqarət, tohin və ona qarşı böyük bir sayqısılıq sayılır.

Maraqlıdır ki, 1358-ci ildə Tudə partisinin başqanı olan Nurəddin Kiyanuri Tehranda keçirdiyi "Porseş və Pasox" iclaslarının birində Türk və Azəri sözü ilə bağlı bir sorunun cəvabında heç utanmadan bu gərçəyin tam əksini söylüyərək bildirir ki, azərbaycanlılar Türk yox, Azəridirlər və Türk demək onlar üçün böyük bir həqarət sayılır. Burada bilinməsi gərəkən budur ki, əcəba nədən Azəri olmaq qürur verici və fəxr sayılır, lakin Türk olmaq böyük qəbahət, həqarət və tohin sayılır.!!!

Bu iyrənc ifadə fars şovinistlərinin gərçək üzlərini və Azərbaycan Türk milləti başda olmaq üzrə bütün Türklərə irqçılıq əsasında olan münasibətini aydıncasına ortaya qoymuşdur. İran adına olduqca iddialı olan bir sol partinin başqanından bu təhqir dolu ifadəsindən ağlı başında olan və bir azca da siyasi şüuru olan hər bir insan yalnız Türkün vəhşi, bərbər, geri qalmış və qanmaz biri olduğunu anlaya bilər.!?  

Hər halda bizim Türk olub və böyük Türk millətinə mənsub olduğumuz bu tarixi gərçəyi nə Fars-İran dövləti, nə Rusiya və nədə İngiltərə, Amerika başda olmaq üzrə Qərb dövlətləri, eyni halda dünyanın belə heç bir süper gücü dəyişdirə bilmiyəcəkdir.

11.09.2018

Ardı var