2-Türk milləti, Türk dili

Qeyd edildiyi kimi bizim vətənimizin tarixi adı Azərbaycan və millətimizin adı Türk, dilimizdə Türk dili ailəsinə mənsub olaraq onun qərb yaxud oğuz qoluna bağlı olan Azərbaycan Türkcəsidir.

Məmməd bəy Azadgər, ümumiyyətlə Türk milləti və Türk dili və sözünə bir çox solçu azərbaycanlı Türklər kimi qarşı olduğundan dolayı, Türk milləti və dili yerinə Azərbaycan milləti və dili ifadəsini tərcih edib və onu müdafiə edir.

Yer üzündə bir çox müstəmləkə həyatı yaşayan və yaxud başqa millətlərin işğalı altında olan millətlər var, lakin bizim qədər ağır və dəhşətli basqılara, zülmlərə, təhqir və tohinlərə məruz qalan və hətta öz tarixi adını olduğu kimi adlanması belə yasaq olan ikinci bir millət bəlkədə dünyanın heç yerdə olmamışdır.

Gərçək budur ki, İran adlanan ölkədə bizi azərbaycanlı və Türk olduğumuz üçün və eyni zamanda böyük Türk millətinə mənsub olduğumuz üçün öz kökümüzdən, kimliyimizdən və varlığımızdan yəni öz Türklüyümüzdən uzaqlaşdırıb və bəlli bir sürədə bir dəfəlik yox etmək istəyirlər.  

Türk dili və Türk milləti sözü ilə bağlı Quzey Azərbaycanda 1937-ci ildən etibarən Sovetlər Birliyinin qatı Türk düşmənçiliyindən dolayı İstalinin əmri və göstərişi ilə bu sözlər Azərbaycan dili və milləti ifadəsi ilə və onun Latin alfabetinin Kiril alfabeti ilə dəyişdirilmişdir.      

Ümumiyyətlə Qərb dövlətləri, Rusiya və xristian dünyasının bütün Türklərə olan düşmənçiliyi tamamən siyasi səbəblərdən qaynaqlanmışdır. Ancaq bu dövlətlərin son 100-150 ildə apardığı bu düşmənçilik siyasəti gizlicə yox, bəlkə özünü çox açıq şəkildə göstərməkdədir.

Hələ birinci dünya savaşından illər öncə bu məsələ gündəmdə olub və Qərb dövlətləri və Rusiyanın bu savaşdan əsas amacları Osmanlı Türk dövlətini yox edib və bütün Türklərində Anadolu torpaqlardan sürünmələrinə qərar vermişlər. Bununlə yanaşı İngiltərə Qacar Türk dövlətini aradan qaldırıb onun yerinə ona bağlı olan mariyonet bir Fars dövlətinin gətirməsini planlaşdırır.

Amerikanın Prezidenti Voodrov Vilson, birici dünya savaşından sonra 26 iyun 1919-cü ildə Paris barış konfransında öz danışığında belə deyir. "Türklərin Avropadan dəf edilməsi yönündə vermiş olduğum qərar hər gün bir az daha gücləndi......Türklərin evlərinə dönmələri çox yaxşı olacaqdır."

Bu tarixi fakt, sadəcə bütün Qərb dövlətləri və xristian dünyasının Azərbaycan Türk millətidə daxil olmaqla bütün Türklərə olan tarixi nifrətini göstərib, onlara olan dərin bir tarixi düşmənçilikdən xəbər verməkdədir. Əlbəttə bunun kimi bir çox tarixi faktlar var, ancaq bu yazıyla ilgili olmadığ üçün bu faktın onların Türklərə olan münasibəti aydıncasına göstərib və bununda Türk milləti və Türk sözü ilə bağlı yetərli olduğunu düşünürəm.

Türklərə olan nifrət və Türk düşmənçiliyinin Avropada olduğu kimi bu cöğrafiyada da var olması, tarixin dərinliklərinə gedib çatır və Ərəblərə qarşı başlanan fars şüubiyyəçilərinin düşmənçiliyi, sonra Türklərə qarşı yönəlmişdir. Ancaq bu günki İran coğrafiyasında bu nifrət və düşmənçiliyi daha da güclü şəkildə farslara aşılayıb və onu həyata keçirən Qərb dövlətləri tarixi saxtalaşdıraraq, gərçək olmayan yalan bir tarixi onlara yazdığı halda, Türk milləti və onun şanlı tarixi və mədəniyyətini təhqir edərək Türklərin yox edilməsi və bütün tarixi izlərinin siliməsini üçün var gücləri ilə çalışmaqdadırlar.      

Bu qeyri-insani və şeytani amaclarının doğrultusunda 1921-ci ildə Türk düşməni olan Əhməd Kəsrəvi, ingiltərə dövlətinin göstərişi və tapşırığı əsasında "Azəri yaxud Əski Azərbaycan Dili" əsərini yazır.

Kəsrəvinin bu əsəri Türk dili və millətini yox etmək yolunda ilk addım olaraq Türkləri farslardan dönmə olan qondarma Azəri dili və milləti fikrini ortaya qoyub və bununlada tarixi gərçəkləri tamamən saxtalaşdırmağa çalışmışdır. Maraqlıdır ki, heç bir dilçilik bilgisi olmayan və bu haqda tamami ilə savadsız olan Kəsrəvinin uydurduğu bu əsər, hələ çap edilməmişdən öncə İngiltərə dövlətinin kırallıq ödülünü almışdır.   Əhməd Kəsrəvinin tam saxtakarlıqla ortaya qoyduğu uydurma Azəri dili və milləti fikiri, heç bir gərçəyi yansıtmayan və heç bir elmi və tarixi əsaslara dayanmayan, həm də Türk dilinə və millətinə zidd olan yalan bir teoridir.    

Ancaq bütün Azərbaycan və Türk düşmənləri bilməlidirlər ki, heç bir güc və heç bir qüvvə bu tarixi gərçəyi yəni azərbaycanlıların bir Türk milləti olduğu gərçəyi dəyişdirə bilmiyəcək və Türk milləti dünya durduqca yaşayacaq.

Burada vurğulanması gərəkən çox vacib və önəmli bir məsələ də bəzi paniranist azərbaycanlılar və özəlliklədə faşist İran İslam rejimi tərəfindən ortaya atılan İran Türkləri sözüdür ki, bu məsələdə Azərbaycan Türk milləti və onun ən azı 7000 illik şanlı və şərəfli tarixinə yönəlik bir saxtakarlıq və böyük bir tarixi xəyanət sayılır.

Bu gün Güney Azərbaycanda milyonlarla insanın uca səslə hayqırdıqları "Haray-Haray Mən Türkəm" şüarı, 100 ilə yaxın fars faşizmi və müstəmləkəçi Fars-İran dövlətinin Azərbaycanda Türk millətinin danılmasına, tarixinin saxtalaşdırılmasına, təqir və tohinlərinə və Türk varlığının yox etmək projəsinə kəskin bir cəvab olaraq, onun yenidən doğulması və dirilişinə bir sübutdur. Bu gün Güney Azərbaycanda öz milli varlığına və öz milli kimliyinə dönüş get-gedə güclənərək, Türk düşməni olan bütün fars şövinistləri və faşist İran İslam dövlətini ölüm qorxusuyla qarşı-qarşıya gətirərək, onların içində böyük bir təşvişin yaranmasına səbəb olmuşdur.

Eləcə də Türk olduğunu qürurla söyləmək və dönə-dönə onu vurğulamaq, qondarma iranlı kimliyindən uzaqlaşmaq və ondan qopuş anlamına gələrək fars faşizmi və qəddar İran İslam rejimi və onun şovinist opozisiyonuna qarşı gedən milli azadlıq və qurtuluş mücadiləmizdə böyük bir rolu olmuşdur.

Ancaq əsir bir millət olub və dayima dəhşətli basqılar, tohinlər və hədsiz zülmlər altında tamami ilə kimliyi tapdalanmış, varlığı danılmış və Türk olduğu üçün təhqir olunmuş bir millətin qeyrətli evladları tərəfindən bu gün öz gərçək Türk olduqlarını uca səslə süyləyib və onu dönə-dönə vurğulamaları şərəfli, namuslu və vicdanlı insanların işidir və onun nə qan, nə irq və nədə irqçılıqla heç bir ilgisi yoxdur və sadəcə Türkəm demək, heç bir millətə qarşı olmaq demək deyildir.