پس از جنگ ۱۲‌ روزه میان اسرائیل و رژیم جمهوری اسلامی ایران، به‌ویژه در روزهای اخیر، حملات رسانه‌ای و سیاسی جریان‌های نژادپرست فارس - چه در مراکز قدرت رژیم و چه در به اصطلاح اپوزیسیون - علیه جمهوری آذربایجان به اوج خود رسیده و جنبه‌ای معنادار به خود گرفته است.

این در حالی است که ریاست محترم جمهوری آذربایجان، جناب الهام علی‌یف، و دیگر مقامات رسمی این کشور بارها و به‌صورت شفاف این اتهامات را رد کرده‌اند و تأکید نموده‌اند که از خاک و حریم هوایی آذربایجان هیچ اقدامی علیه ایران صورت نگرفته است. با این وجود، رسانه‌های وابسته به جریان‌های فارس‌گرا همچنان به انتشار اتهامات بی‌ پایه و اساس علیه جمهوری آذربایجان ادامه می‌دهند.

سازمان‌ها و رسانه‌های حرکت ملی آذربایجان جنوبی نیز بارها اعلام کرده‌اند که آذربایجان جنوبی و ملت ترک ساکن در مناطق مختلف ایران، طرف این جنگ نیستند و این جنگ توسط رژیم جمهوری اسلامی بر ملت ما تحمیل شده است. عامل اصلی آغاز این جنگ نیز، رژیم تروریستی ایران است که برخلاف تمامی اصول حقوق بین‌الملل در پی نابودی یک کشور به رسمیت شناخته‌شده در سازمان ملل بوده، شبکه‌های تروریستی را در سراسر جهان گسترانده و به همه‌ی ملت‌های ساکن ایران ظلم می‌کند.

متأسفانه مشاهده می‌شود که این رژیم و جریان‌های شونیست فارس نه تنها به جمهوری آذربایجان شمالی حمله می‌کنند، بلکه نیروهای سیاسی آذربایجان جنوبی نیز هدف قرار داده و در پی حذف آن‌ها هستند. همچنانکه در روزهای اخیر بار دیگر فعالان ترک آذربایجان جنوبی توسط نیروهای رژیم دستگیر و توسط دادگاه‌های نمایشی و غیرعادلانه به احکام سنگین محکوم شده‌اند.

این حوادث به‌روشنی نشان می‌دهد که جریانهای نژادپرست فارس، چه در حاکمیت و چه در اپوزیسیون، ملت ترک و آذربایجان را به طور یکپارچه رقیب و حتی دشمن خود تلقی کرده و با چنین دیدگاهی رفتار می‌کنند.

رژیم جمهوری اسلامی ایران، که در دو سال گذشته تمامی مواضع خود را از دست داده و در جنگ ۱۲ روزه نیز عملاً شکست خورده است، اکنون دیگر توان مقابله با ائتلاف اسرائیل–آمریکا–اتحادیه اروپا را ندارد. از سوی دیگر، چون از کشورهایی که متحد خود می‌انگارد نیز حمایتی دریافت نمی‌کند، طبق عادت همیشگی خود به دنبال اهدافی می‌گردد که توان مقابله با آن‌ها را داشته باشد. اگر این رژیم چنین دیدگاهی نسبت به آذربایجان و ملت ترک دارد، باید بداند که این بزرگ‌ترین اشتباه حیاتش خواهد بود. تمامی جهان میداند آذربایجان شمالی و آذربایجان جنوبی امروز دیگر آذربایجان دهه ۱۹۹۰ نیست. اکنون یک واقعیت جدید از اقتدار ملت ترک آذربایجان و البته جهان ترک وجود دارد.

ما،‌ اعضای شورای همکاری تشکیلات‌های آذربایجان جنوبی، به رژیم جمهوری اسلامی ایران هشدار می‌دهیم که اگر با بهانه‌هایی مانند کریدور زنگه‌زور یا اتهامات بی‌اساس مرتبط با جنگ ۱۲‌روزه، دست به هرگونه خرابکاری علیه جمهوری آذربایجان بزند، همانند جنگ قاراباغ، با واکنش شدید ملت ترک در آذربایجان جنوبی و تمامی شهروندان ترک‌تبار ایران مواجه خواهد شد. همچنین اگر با سو استفاده از شرایط موجود، در صدد ضربه زدن به نیروهای سیاسی آذربایجان جنوبی و سرکوب حرکت ملی آذربایجان برآید، باز هم پاسخ درخوری از سوی ملت ترک دریافت خواهد کرد.

«شورای همکاری سازمان‌های آذربایجان جنوبی»

1تشکیلات مقاومت ملی آذربایجان   Dirəniş

2جنبش دانشجویی آذربایجان  AZOH

3حزب استقلال آذربایجان جنوبی GAİP

4حزب جمهوری آذربایجان جنوبی ACP

5حزب دموکرات آذربایجان جنوبی GADP

6حزب رهایی بخش آذربایجان جنوبی   GAQP

7حزب مرکزی آذربایجان  AMP

8شورای دولت‌گرایی ملی آذربایجان جنوبی MDŞ

9-  فرقه دموکرات آذربایجان  ADF

Fars İrqçilərinin Azərbaycana Qarşı Hərtərəfli Hücumu ilə Bağlı Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının Bəyanatı

İsrail ilə İran İslam rejiminin 12 günlük savaşından sonra, xüsusilə də son günlərdə istər İran İslam rejiminin güc mərkəzlərini əhatəsinə almış, istərsə də özünü rejim müxalifəti adlandıran Fars irqçilərinin Azərbaycana qarşı media və siyasi hücumları maksimum həddə çatmış və birmənalı hal almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və digər dövlət rəsmiləri bir çox dəfə açıq şəkildə bu ittihamları rədd edərək Azərbaycan ərazisi və havasından İrana qarşı heç bir təhdid olmadığı açıqlamalarına baxmayaraq, hər gün Fars yönlü mediada Azərbaycan Cümhuriyyətinə qarşı əsassız və yalan iddiaların səsləndirilməyə davam etməkdədir.

Eyni şəkildə Güney Azərbaycanın Milli Hərəkatının təşkilatları və mediaları dəfələrlə vurğulayıblar ki, Güney Azərbaycan və İranın müxtəlif bölgələrində yaşayan Türk milləti bu savaşın bir tərəfi deyil və bu savaş İran İslam rejimi tərəfindən millətimizə təhmil edilib. Necə ki, bu savaşın çıxmasının əsas səbəbkarı da bütün beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış bir dövləti yox etmək istəyən, bütün dünyaya terror şəbəkələri yayan və İranda yaşayan bütün millətlərə zülm edən İran terror rejiminin özüdür.

Amma nə yazıq ki, görürük bu rejim və ümumilikdə Fars şovenistləri yalnız Quzey Azərbaycana deyil, eyni zamanda Güney Azərbaycanda mövcud olan siyasi qüvvələrə də hücum etməkdə və onları sıradan çıxarmağa çalışmaqda davam edirlər. Necə ki, son günlərdə yenidən Güney Azərbaycanlı Türk fəallar rejim qüvvələri tərəfindən həbs olunmaqda və rejimin saxta məhkəmələri tərəfindən ağır cəzalara məhkum edilməkdədirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, İranın həm rejim hakimiyyətində, həm də müxalifətində olan Fars irqçiləri Azərbaycanı və ümumilikdə Türk millətini bütövlükdə özlərinə rəqib, hətta düşmən kimi görməkdə və bu yöndə davranmaqdadırlar.

Son iki ildə bütün mövqelərini bir-bir itirən və 12 günlük savaşla faktiki olaraq məğlub olan İran İslam rejimi artıq İsrail–ABŞ–AB ittifaqına qarşı durmaq gücündə olmadığını görür və digər tərəfdən, müttəfiq saydığı ölkələrdən də gözlədiyi dəstəyi ala bilmədiyinə görə hər zaman olduğu kimi, yenə də gücü çata biləcək hədəflər axtarır. Əgər rejim Azərbaycana və Türk millətinə bu gözlə baxırsa, bu, onun həyatındakı ən böyük səhv olacaqdır. Artıq bütün dünya bilir ki, nə Quzey Azərbaycan, nə də Güney Azərbaycan 1990-cı illərin Azərbaycanı deyildir. Bu gün dünyada tamam başqa bir Azərbaycan Türk milləti reallığı və əlbəttə Türk dünyası həqiqəti vardır.

Biz, Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasına üzv olan bütün qurumlar olaraq, İran İslam rejiminə xəbərdarlıq edirik ki, istər Zəngəzur dəhlizi, istərsə də 12 günlük savaşla bağlı əsassız iddiaları bəhanə edərək Azərbaycan Respublikasına qarşı hər hansı bir təxribata əl atarsa, Qarabağ Savaşında olduğu kimi, Güney Azərbaycan və İranın bütün Türk əsilli vətəndaşlarının kəskin reaksiyası ilə qarşılaşacaqdır. Eləcə də mövcud durumdan yararlanaraq əsassız ittihamlarla Güney Azərbaycanın siyasi qüvvələrini sıradan çıxarmağa və Azərbaycan Milli Hərəkatına divan tutmağa cəhd edərsə, yenə kəskin cavabını Türk millətindən alacaqdır.

"Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası"

1. Azərbaycan Demokrat Firqəsi – ADF

2. Azərbaycan Mərkəz Partiyası – AMP

3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH

5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP

6. Güney Azərbaycan Demokrat Partiyası – GADP

7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

8. Güney Azərbaycan Milli Dövlətçilik Şurası – MDŞ

9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP