Səkkiz həftədir Təbriz Mərkəzi Zindanında aclıq aksiyası keçirən siyasi məhbus Murtaza Muradpura dəstək mitinqinə qatılan azı 10 türk fəal, o cümlədən məhbusun qardaşı Fərdin Muradpur nəzarət altına alınıb.

Fərdin Muradpur, Adil Boğçaçı, Mustafa Əvəzpur, Vəhid Faizpur, Siyamək Mərdani, Sadullah Sasani, Məhəmməd Mərdi, Milad Əkbəri və Hüseyn Məhəmmədiyan həmçinin adları bəlli olmayan bir neçə digər fəalın hazırda Təbrizin Saib küçəsində yerləşən təhlükəsizlik qurumuna məxsus həbsxanada saxlanıldığı bildirilir.

Mitinqə qatılanlardan Rəhman Əkbəri, Aliyə Novruzi və Murtazanın atası Həsən Muradpurun isə nəzarət altına alındıqdan bir neçə saat sonra sərbəst buraxıldıqlarına dair məlumat yayılıb.

Murtaza Muradpurun durumu Türkiyə mediasının gündəmindədir

Murtaza Muradpurun durumu Türkiyə mediasının gündəmindədir

Hüquq müdafiəçiləri 8 həftədir azadlıq tələbi ilə aclıq aksiyası keçirən Murtaza Muradpurun ölüm təhlükəsi ilə üzləşdiyini yazırlar. Ailəsinə istinadən yayılan məlumata görə, o keçən günlərdə bir neçə dəfə huşunu itirib.

Muradpurun durumu bir neçə gündür İran Azərbaycanından əlavə Türkiyə və Azərbaycan Respublikasında media və siyasi-ictimai fəalların gündəmində geniş yer alıb.

Türkiyənin Anadolu xəbər agentliyinin “İranda tutuklu Türk aktivist 56 gündür aclıq aksiyasın” başlıqlı reportajı ölkənin bir çox önəmli qəzet və internet portallarında da əks edilib. Reportajda Muradpurun həyatının təhlükədə olduğu vurğulanır.

 1358456462 vayfdyvlafed