Kərəcin Rəcayişəhr zindanında aclıq edən azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun aclıq aksiyası 40-cı günə daxil olub.

Fəal dekabrın 1-də ailəsi ilə telefon əlaqəsi saxlayaraq soyuq təknəfərlik məhbəsdə saxlandığını deyib. “Hər şeydən çox adyalın (pətu) olmaması və soyuqdan əziyyət çəkirəm. Həkim bu barədə xüsusi təkid etsə də, bu günə kimi mənə adyal verilməyib. Məsullar siyasi məhbusla davranma tərzini riayət etmir. Bilmirəm səbəbi nədir, ama saxlandığım otağın hətta balaca gözlük yerini də arxadan tutublar. İçməli suya bir başa əlim çatmır, lakin nadir halda isti su verirlər. həbsxana məsulları şəkər və duz verməkdən də imtina edir”- deyə siyasi məhbus qardaşı ilə danışıqda bildirib.

Murtazanın qardaşı fəalın halsız vəziyyətdə olduğunu bildirərək onun qan təzyiqinin hər gün iki dəfə həkim tərəfindən kontrol edildiyini deyib.

Azərbaycanlı fəal qanuni tələbi təmin olunanadək aclıq aksiyasını davam etdirəcəyinə təkid edib.

M.Muradpurun anası xanım Məsumə Əmani isə oğlunun dosyesi və son vəziyyəti ilə bağlı dekabrın 1-də Təbriz prokuroru və Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 4-cü Şöbəsinə məktub təqdim edərək onun Kərəcin Rəcayişəhr zindanından Təbrizə köçürülməsini istəyib. Məlumata görə, prokuror siyasi məhbusun anasının irəli sürdüyü tələbi rədd edərək bildirib ki, Murtaza Təbrizə qaytarılsa da, aclıq aksiyasını davam etdirəcəyi təqdirdə yenidən gəldiyi yerə intiqal ediləcək.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. O, noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.

 1358456462 vayfdyvlafed