İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə  görə 5 aya yaxındır Tehranın Evin zindanında saxlanılan ərdəbilli fəal Siyamək Mirzayi, ona qarşı göstərilən ədalətsizliyə son qoyulmayacağı təqdirdə aclıq aksiyasına başlayacağını bildirib.

Siyamək Mirzayi ailəsinə vurduğu son telefon zəngində bildirib ki, onun durumu naməlum olaraq qalır və ETTELAAT-ın mülki geyimli əməkdaşlarının ona qarşı yeni iş (dosye) açılması ilə bağlı cəhdi dayandırılmasa və onun azadlığa buraxılması təmin edilməsi dekabrın 3-dən aclıq aksiyasına başlayacaq. Yayılan məlumatlara görə, dinc fəal həbsdə saxlanıldığı həmin müddətdə müxtəlif təzyiqlərə məruz qalıb. Onun səhhətinin qənaətbəxş olmadığı bildirilir.

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

Noyabrın 12-də ailəsinə zəng vuran ərdəbilli fəal, Evin zindanının 209-cu korpusunda dörd ay dindirildikdən sonra həbsxananın karantin bölməsinə köçürülməsindən xəbər verib. Fəalın son məhkəmə iclasında iştirak edən atası isə jurnalistlərə bildirib ki, oğlu əvvəlcə əcnəbilərlə əlaqə saxlamaqda günahlandırılsa da, bu ittiham artıq onun üstündən götürülüb və hazırda o, ölkənin təhlükəsiazliyini pozmaq məqsədilə qurum yaratmaqda və onu idarə etməkdə günahlandırılır.

 1358456462 vayfdyvlafed