İndiki kürəsəlləşmə çağında öz gələcəyini təyin etmək uğrunda çeşidli bölgə və ölkələrdə görüş ayrılıqları mövcuddur.

Birləşmiş millətlər təşkilatının millətlərin öz gələcəklərini özlərinin mənşurunda təyin etmələri haqda olan içtənliyi möhtəvasi açıq- aydın və çərçivəsi göstərildiyi halda bir sira ölkələr tərəfindən mənimsənir, və başqaları tərəfindən keçərli sayılmır, yaxud çeşidli şərtlər ortaya atılır.

Biz Güney - Azərbaycan Türkləri bunu bilməliyik ki, müstəqilliyimizi əldə etmək yolunda aparılan savaşmın başarılı olması üçün dünya dövlətlərinin və eləcə bölgəsəl güclərinin görüşlərini bu haqda,qazanmaq,əsas şərtlərdən biri dir.

Örnək olaraq, Afrika ölkəsi olan Sudanda əsas neçə millət yaşayır. Bu ölkənin quzey bölümündə ərəb dillilər, güneyində xristianlar və sairə inanclara,malık olan insanlar yaşayırlar. Onlar keçmiş zamanlarda batı ölkələrinin himayəsini qazanmışlar. Onlar bu günkü çağda çox zəngin yer altı sərvətə malık olaraq, iç savaşı nədəni ilə milyonlarca insan öz bölgələrində zorla köçəri düşüb, sərmayələri ğarət olaraq , çoxkarı da aclıq çəkirlər.

Əski Yugusıaviyaya ölkəsinə gəldikdə, O ölkə batı gücləri tərəfindən bölünərək, çoxlu insanı və maddi ziyan görərək, bu gün çox rahatcasına qonşuluqda yaşayırlar.

Çekslovakiya millətləri insan kimi,mədəni millətlər kimi, bir insanın burnundan qan gəlmiyərək, ayrılaraq, barışda və qonşuluqda rahatcasına yaşayaraq, gediş- gəlirləri də azaddır.

İki ölkə arasında bölünən Keşmirdə iki ölkə atasında silahli qarşı durmayan gəlib, çixsalarda , bu bölünmüş millətdən himayət olunmur. Və hər iki tərəf onları əzir. Çin dövləti də uyğur türklərini öz müstəqillik uğrunda aparan savaşəmlarını qirğin edərək, onlardan kimsə himayət etmir.İraq kürdüstanında , o ölkəninin sərhədləri içində Amerika, İsrail yardımları əsaslnda onlara muxtariyyıt verilir.

Hətta Avropanın və dünyanın demokrasısınin göbəyində olan guzey İrlandiya müstəqil olub, güney İrlandiya ilə birləşməsinə icazə verilmir. İspaniya da korzikalılar və Katalanlar eləcə də İspaniya və Fransa Basqılara onları istiqlaliyyət uğrunda savaşların terrorçuluq damğası vururlar. Onların başçıları İspaniya və Fransada dustaqlara atılır.

Bu sahədə çoxlu nümunələr mövcuddur.

Burada bir ana sorğu ortaya çixir:

Nədən öz gələcəyini təyin haqqı bir sira ölkələrdə keçərli və mümkün olur, amma başqa yerlərdə , O cümlədən Avropanın göbəyində də və başqa yerlərdə bu haqdan vaz keçilir?!

Xatırlatmaq yerində olar ki, bu ölkələr Birləşmiş millətlər təşkilatına üzv olduqları anda , Birləşmiş millətlər təşkilatının qətnamələrinidə qəbul etmişlər.

B.M.T insan haqları mənşurunda deyilir:

Hər millət öz siyasi istatusu haqda qərar vərmə haqqı var. Bu mənşurun içində millətlər özlərini siyasi orqanızə etmə , öz müstəqil dövlətlərini yaratma , ayrılma, başqa bir dövlətlə birləşmə həqqi qeyd olunur. Başqa sözlə desək, hər bir millət öz gələcəyini təyin etmək əsasında ,öz müstəqil dövlətini qurma haqqına malıkdlr. Bu haqq hər bir millətə tanınmış özünə xas olan ana bir haqqdır. Yəni millət özü hər hansı bir basqı olmadan , özü bu haqqda,qərar verir. Lakın onun möhtəva və içtənliyi qanun və hüquq baxımından , mən bir millətəm, öz dövlətimi yaratmaq qərarını almışam demək öz gələcəyini təyin etmə açısından yetərli deyildir. Çünki bu haqda təbii olaraq, dünya dövlətləri bir ölkəni dövlət kimi tanınmasının qarşılığında çoxlu şərtlər qoymuşdur:

-insan haqlarını qorumaq

- azlıqları əzməmək

-,başqa ölkələrin torpaqlarına,göz tikməmək

- zorakılıqdan uzaq durmaq

-,beynəlxalq düzənin qaydalarına uymaq

- və sairə

Bu usulların qəbulu ilə məsul qurumıar, güclü dövlətlər də bu yeni ölkənin müstəqilliyini zəmanət edərlər.

Bunuda burada qeyd etmək məqsəd yönlü dür ki, bir yeni müstəqil olan dövlətin isti sulara, dənizlərə, akt yazıya, yeni texnologiya və sairə imkanlara malık olmalıdırlar və eləcədə kürəsəl və bölgəsəl diplomasısınuyğun ikdiğuvda önəmli şərtlərdən sayılır.

Nəhayətdə ana sözü danışan millətlərin öz qırarlarıdır.

Belə və eləcə də başqa amillərdən asılı olaraq, tutulan yola inam , müqavimət və ardıcıllıqla istənilən hədəfə çatmaq mümkünləşir.

Ən sonunda beynəlxalq əl xalq ictimaiyyəti də belə reallıqları tez və gec menimsəməlidir.

Bir daha məqsəd yönlü olaraq, deməliyəm ki, öz gələcəyini təyin etmək ( İstiqlal) yolunda aparılan mücadilə və savaşırları öz iradələri ilə yanaşı xarici amillərin də təsiri böyük oynasada, , ən sonda qərari alan millətd və onun mütəşəkkil olan demokratik , sivil təşkilatları , çeşidli patiyaları və millətin özüdür