“Urmu gölü üçün ayrılmış büdcə vəsaiti təmin edilməzsə, gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin icrası dayandırılacaq”.

Bu sözləri Urmu Gölünü Canlandırma Mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Xəlil Sai bildirib. “Urmu Gölünü Canlandırılma Mərkəzi cari ildə 1700 milyard tümən məbləğində vəsait tələb etmişdir, lakin Nazirlər Kabineti bir sıra araşdırmalardan sonra Urmu gölü üçün  sadəcə 300 milyard tümən vəsait ayırdı. Təəssüflər olsun ki, günümüzə kimi bu məbləğ də ödənilməyib və əgər ilin sonuna kimi vəziyyət dəyişməsə, gölün canlandırılması ilə bağlı layihələrin icrası təmami ilə dayandırılacaq”- deyə o qeyd edib.

X.Sai əlavə edib ki, Urmu gölündə suyun hündürlüyü ötən ilə nisbətən 20-30 santimetr artıb. “Lakin gölün canlandırılması istiqamətində görülən işlər davam etdirilməsə, göl keçmişdəki vəziyyətə qayıdacaq”- deyə Mərkəzin Şərqi Azərbaycan nümayəndəsi xəbərdarlıq edib.

Ötən günlərdə Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi İsa Kəlantəri də oxşar açıqlama ilə çıxış edərək maliyyə baxımından gölün canlandırılması prosesinin dayandırıldığını bildirmişdir. O, Büdcə və Planlaşdıra Təşkilatını öz öhdəliyini yerinə yetirməməkdə günahlandıraraq bu barədə ölkə prezidenti Həsən Ruhaniyə məlumat verildiyini diqqətə çatdırıb.

 1358456462 vayfdyvlafed