Azərbaycanlı milli-mədəni fəal Nasir Məhdəvi Təvrizdə öz ata evində təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Noyabrın 26-da Təbriz ETTELAAT Şöbəsinin əməkdaşları N.Məhdəvinin ata evinə hücum edərək onu yaxalayıb və naməlum istiqamətə aparıblar.

Hələlik fəalın hansı səbəbdən yaxalandığı və harada saxlanıldığı ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, son zamanlar İranda Azərbaycan türk millətinin demokratik hüquqları uğrunda dinc mübarizə aparan milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Noyabrın 25-də Rey şəhərində “Məşrutə” hərəkatının böyük sərkərdəsi Milli Sərdar Səttarxanın vəfatının 102-ci ildönümü münasibətilə onun məzarı üstündə keçirilən toplantıya qatılan Rəsul İrəci də yaxalanmışdır.