Azərbaycanlı milli-mədəni fəallar Əli Həmzəzadə və Milad Əkbəri hər biri 4 ay həbs cəzasına məhkum edilib. Fəalların məhkəmə iclası Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsində keçirilib.

Məlumata görə, azərbaycanlı fəallar iyunun 30-da təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və bir müddət Təbriz ETTELAAT Şöbəsinin təcridxanasında saxlandıqdan sonra iyulun 16-da Milad Əkbəri, iyulun 17-də isə Əli Həmzəzadə Təbriz Həbsxanasının Karantin bölümünə intiqal edilib. Onlar nəhayət 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

Fəallar ETTELAAT Şöbəsinin təcridxanasında saxlandıqları müddətdə təhlükəsizlik qüvvələrinin qeyri-insani davranışlarına etiraz olaraq aclıq aksiyası keçiriblər.

Adını çəkdiyimiz fəallar bundan öncə də Azərbaycan türk millətinin milli və mədəni hüquqları uğrunda apardıqları dinc mübarizəyə görə dəfəllərlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.