عزیز آزربایجان تورک میلتی

بوگون 28 ایل حسرتدن سونرا وطنیمیزین قلبی و مدنیت بئشیگی اولان شوشا شهری اشغالدان آزاد ائدیلمیشدیر.

بو گونو بؤیوک آزربایجان تورک میلتینه و بوتون تورک دونیاسینا تبریک دئییریک. میلتیمیزین گؤزو آیدین اولسون .

تانری رشادتلی و قهرمان آزربایجان اوردوسونو قوروسون و آزربایجان دؤولتینی ابده قدر گوجلو و مظفر قیلسین.

تانری قاراباغین آزادلیغی اوغروندا جانلرینی فدا ائدن بوتون شهیدلریمیزه رحمت ائله سین.

اوموروق شوشانین آزادلیغی نین آردیندان تبریزین ده آزادلیغی گلر.

یاشاسین آزربایجان

قاراباغ آزربایجاندیر

آزربایجان سیاسی قورولوشلاری نین امکداشلیق پلاتفرمو

(آذوح‌ - دیرینش – گآدپ)

Əziz Azərbaycan Türk Milləti

Bu gün 28 il həsrətdən sonra vətənimizin qəlbi və mədəniyyət beşiyi olan Şuşa şəhəri işğaldan azad edilmişdir.

Bu günü böyük Azərbaycan Türk Millətinə və bütün Türk Dünyasına təbrik deyirik. Millətimizin gözü aydın olsun.

Tanrı rəşadətli və qəhrəman Azərbaycan ordusunu qorusun və Azərbaycan dövəltini əbədə qədər güclü və müzəffər qılsın.

Tanrı Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizə rəhəmət eləsin.

Umuruq Şuşanın azadlığının ardından Təbrizin də azadlığı gələr.

Yaşasın Azərbaycan

Qarabağ Azərbaycandır

Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması

(AZOH - Dirəniş – GADP)