Əlirza Quluncu

Milli fəal Əmir Mərdani hesab edir ki, “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələr arasında iş birliyi səviyyəsini artırmaq mövcud ixtilafların üstünü örtməklə deyil, əksinə ixtilafları danışmaqla mümkün olar.

Əmir Mərdani Amerikanın Səsinə müsahibədə həmçinin “Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması”nın fəaliyyətləri haqqında danışıb.

   Bu qənaətə gəldik ki, arada olan ixtilafları da nəzərə alaraq, yəni o ixtilafları yox saymadan, işlər və mövzular müəyyənləşdirib və o mövzular üzərində yavaş yavaş iş birliyinə başlayaq.

Platforma Əmir Mərdaninin nümayəndəsi olduğu “Azərbaycan Öyrənci Hərəkatı - AZOH”, “Azərbaycan Milli Dirəniş Təşkilatı” və “Güney Azərbaycan Demokrat Partiyası”nın iştirakı ilə təşkil olunub.

“Platforma keçən ilin aprel ayında Bakıda bir seminar keçirərək rəsmən işə başladı və indiyə qədər fəaliyyətini davam etdirə bilib,” türk fəal bildirir.

Milli Hərəkata mənsub qüvvələr arasında birlik və əməkdaşlıq mövzusuna diqqət çəkən Mərdaninin dediklərinə görə, “fərdlər və ya təşkilatlar arasında iş birliyi mexanizmləri və ya sadə desək, birlik məsələsini çözmək üçün zaman zaman cəhdlər olub. Amma heç biri nəticə verməyib. Nəhayət, təşkilatlar düşünürlər ki, bəlkə biz yeni formatlar və yeni mexanizmlərə baxmalıyıq. Platformanın fikri də oradan çıxdı.”

Milli fəalın fikrincə, siyasi təşkilatlar arasında birlik və əməkdaşlıq platformalarının qurulması tədricən və tərəflər arasında etimadın artması ilə mümkündür:

   Açıq söhbət edəndə, milli hərəkatda deyilir ki, amandır, belə açıq danışmayaq. Təhqir və həqarət hesab edilər. Bir insanın siyasi düşüncəsini mən tənqid edirəmsə və ya onun yanlışlarını deyirəmsə, bu təhqir sayılmaz.

“Milli Hərəkatda birlik məsələsinə belə baxılıb ki, birliyi biz fiziki olaraq şəxslərin və qrupların bir araya toplaşması ilə yarada bilərik. Buna görə də, bütün çabalar buna sərf edilib ki, insanlar və ya təşkilatları razı salaq, bir yerə toplayaq və ona bir ad qoyaq. Cəhbə ya quruluş, adı hər nə olursa olsun. Ondan sonra başlayaq bu fərqli bəzən də, təzadlı fikirlərdə olan bu qrupları bir ad altında zorla iş birliyinə sövq edək. Bu birliklər hər zaman süni şəkildə və üstdən aşaığı yarandığı üçün nəticəyə çatmayıblar.”

Onun sözlərinə görə, “AZOH, Dirəniş və GADP keçmiş təcrübələrdən dərs alaraq bu qənaətə gəldilər ki, arada olan ixtilafları da nəzərə alaraq, yəni o ixtilafları yox saymadan, işlər və mövzular müəyyənləşdirib və o mövzular üzərində yavaş yavaş iş birliyinə başlasınlar. Və bu davam etdikcə, aralarında səmimiyyət çoxaldıqdan sonra, təşkilatlar arasında güvən problemi həll olunduqdan sonra yavaş yavaş irəliləsin.”

Mərdani mövcud ixtilafların üstünü örtmək yerinə, onları açıq şəkildə müzakirə etməyin, habelə tənqid və özünütənqidin daha yararlı olacağını vurğulayır.

Çox zamanlar açıq söhbət edəndə, milli hərəkatda deyilir ki, amandır, belə açıq danışmayaq. Təhqir və həqarət hesab edilər. Lakin bu tabu dağılmalıdır. Tənqid və özünütənqid olmasa biz heç zaman sağalmağa getməyəcəyik. Təhqir və həqarət o zaman olar ki, bir insanın şəxsi həyatı gündəmə gətirilib və müzakirə olunsun. Bəli bu təhqir sayıla bilər. Amma, bir insanın siyasi düşüncəsini mən tənqid edirəmsə və ya onun yanlışlarını deyirəmsə, bu təhqir sayılmaz. Ayrıca bunların gizlədilməsi demək olar ki milli hərəkata xiyanətdir,” Əmir Mərdani əlavə edir.

https://www.amerikaninsesi.org/a/emir-merdani/5552436.html

 

 

BBC Turkish - Haberler, Son Dakika Haberleri, Haber-Analiz, Video

02 آبان 1399