Çərşənbə günü Ərdəbildə təhlükəsilik qüvvələri tərəfindən nəzarət altına alınan Əli və Rza Vasiqi qardaşlarının iş yerində axtarış aparıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, məmurlar Vasiqi qardaşlarını iyunun 10-da axşam saatlarında saxlayıb. Fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilib.

“Vasiqi qardaşları həbs orderi göstərməyən məmurlara qarşı müqavimət göstəriblər. Məmurlar isə onları ağır şəkildə döyərək həbs edib. Qonşular məmurların davranışına etiraz bildirib. Etirazçıları sakitləşdirmək üçün iğtişaş polisinin 4 avtomobili bölgəyə göndərilib,” HRA-nın xəbərində dərc edilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ertəsi gün yenidən fəalların iş yeri “Araz Reklam” mağazasına gedib və təqribən yarım saat axtarış aparıblar. İş yerindəki bəzi əşyalar və kompüterin müsadirə edildiyi bildirilir.

Əli Vasiqi daha əvvəl də Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar həbs və mühakimə edilib.

VOA

BBC Turkish - Haberler, Son Dakika Haberleri, Haber-Analiz, Video

14 مرداد 1400