Azərbaycanlı milli-mədəni fəal Qüdrətulla Yusifi Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq azadlığa buraxılıb.

30 milyon tümənlik mülki vəsiqə qarşılığında zəmanətə buraxılan fəal noyabrın 9-da azad edilib.

Oktyabrın 30 və 31-də Təbrizdə 5 azərbaycanlı fəal İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) əməkdaşları tərəfindən saxlanılıb və dindirildikdən sonra Təbriz zindanına aparılıb.

Oktyabrın 30-u, bazar günü Qüdrətulla Yusifi azərbaycanlı fəallar Əsgər Fərəci, Həsən Heydəriyan və Mehdi Ziraəti ilə birlikdə yaxalanıb və həbsxanaya aparılıb. Onlardan bir gün öncə isə Səccad Budaqinin Təbriz zindanına aparıldığı bildirilir.

Tutulan fəalların 5-i də son günlərdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilən və hazırda aclıq aksiya keçirməkdə olan Rəsul Rəzəviyə dəstək verməkdə günahlandırılır.

 report