31 Mart 2020

Hörmətli BMT baş katibi Antonio Guterres

Hörmətli BMT-nin İnsan Haqları Şurasının üzvləri

Hörmətli beynəlxalq insan hüquqları təşkilatlarının rəsmiləri

Dünya ölkələri Korona virusu ilə mübarizə apararıb bu virusun yayılmasına qarşı tədbirlər almaqda olsalar də, təəssüf ki, İran rəhbərlərinin irrasional siyasətləri və qərarları nəticəsində ölkədə çox sayda insanın həyatını itirməsinə şahid oluruq. Profilaktika tədbirlərinin İran İslam Respublikası rəsmiləri tərəfindən gec alınması və görülən tədbirlərin isə yetərli olmadığı nəticəsində, bir çox şəhər və rayonlarda virusun yayılması nəzarətdən çıxaraq hər kəsin ciddi narahatlığına səbəb olmuşdur.

İranın səhiyyə sisteminin acınacaqlı vəziyyəti, ölkənin həbsxanalarında çox sayda məhbusun saxlanılması və virusun həbsxanalarda yayılma xəbərləri səbəbindən, hal-hazırda həbsxanalar insanların həyatı və sağlamlığı üçün ən təhlükəli mərkəzlərdən birinə çevrilibdir. İranda müxtəlif beynəlxalq insan hüquqları müdafiə qurumlarının bildirdiyinə görə, Təəssüf ki, alınan ciddi təhlükəsizlik tələblərindən dolayı siyasi məhbusların durumundan xəbərdar olmaq çox çətindir və bu şəraitdə siyasi məhbusların taleyi ailələri və xalq arasında ciddi narahatlıq yaradıb.

İran İslam Respublikası, keçmişdə müxtəlif xəstəlik bəhanələr ilə siyasi məhbusların öldürməsi ilə bağlı faktlar və dəlillərin aşkarlanması, İran həbsxanalarında saxlanılan siyasi məhbusların taleyi ilə bağlı narahatlıqları intensivləşdirir.

Təəssüf ki, Korona virusu epidemiyasının yaratdığı xüsusi vəziyyətdə, İran məhkəmələri və təhlükəsizlik qurumları tərəfindən yalnız öz kimlik və vətəndaş hüquqlarını tələb edən Azərbaycanlı türk məhbusların taleyi ilə bağlı qeyri-müəyyənliklər davam etməkdə və həmin vətəndaş fəalları saxlayan və həbs edən qurumlar onların sərbəst buraxılmasına ciddi mane olur.

Biz, “(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması” olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş katibini və BMT İnsan Haqları Şurasının hörmətli üzvlərini və dünyanın insan haqları fəallarını İran İslam Respublikasına mövcud böhranda siyasi məhbusların sərbəst buraxması üçün təzyiq göstərməyə çağırır, Azərbaycan xalqına və siyasi məhbusların ailələrinə kömək etmələrini tələb edirik. İran İslam Respublikasının idarəçiliyində olan həbsxanalarda və istintaq mərkəzlərində saxlanılan Azərbaycanlı siyasi məhbusların həyatı təhlükə altındadır. Sərbəst buraxılmayan bütün Azərbaycanlı siyasi məhbusların sağlamlığı və həyatı ilə əlaqədar İran dövlətinin rəhbərləri bilavasitə məsuliyyət daşıyır.

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması

•        Azərbaycan Öyrənci Hərəkatı

•        Azərbaycan Milli Dirəniş Təşkilatı

•        Güney Azərbaycan Demokrat Partiyası

************************

Koronavirüs Salgını Döneminde İran'daki Siyasi Mahpusların Durumu ile bağlı "Azerbaycan Siyasi Kuruluşlarının Emektaşlık Platformu"ndan Birleşmiş Milletler’e Açık Mektup

31 Mart 2020

BM Genel Sekreteri değerli Antonio Guterres

Birleşmiş Milletler İnsan Hakları Konseyi Değerli Üyeleri

Uluslararası insan hakları örgütlerinin saygın yetkilileri

Dünya ülkeleri Korona virüsü ile mücadele ederken, ve bu virüsün daha da yayılmasına karşı tedbirler uygularken, ne yazık ki İran liderlerinin irrasyonel politikaları ve gerçekçi olmayan kararlarının bir sonucu olan insanların çok sayıda hayatlarının kaybetmesine tanık olmaktayız. İran İslam Cumhuriyeti yetkilileri tarafından önleyici tedbirlerin geç alınması ve alınan tedbirlerin ise yetersiz olduğu nedeniyle virüs bir çok şehir ve illerde kontrol edilemez hale gelmesi herkesi endişelendirmektedir.

İran'daki sağlık sisteminin acınacaklı durumu ve ülke hapishanelerinde çok sayıda mahkum saklanılması nedeniyle, hapishaneler Koronavirüsü salgınının insanların hayatına en tehlikeli merkezlerden biri haline gelmekte ve ne yazık ki, çeşitli uluslararası insan hakları kurumları tarafından bildirildiği gibi son derece sıkı güvenlik şartların uygulanması, İran'da siyasi mahpusların durumundan haberdar olmayı zor duruma getirmiştir ve siyasi mahpusların kaderi, şimdiki sağlık durumu aileleri ve toplum için bir endişe kaynağı haline gelmiştir.

İran İslam Cumhuriyeti'nin geçmişinde, çeşitli bahaneler altında gözaltına alınan veya siyasi mahkumların öldürülmesiyle ilgili kanıtların bulunmasından dolayı, İran'daki siyasi mahkumların akıbetine ilişkin ciddi endişeler ortaya çıkmıştır.

Ne yazık ki, Korona virüsü salgınından dolayı gerçekleşen özel durumda, İran mahkemeleri ve güvenlik kurumları tarafından yalnızca vatandaşlık haklarını mahkemeler ve yetkililer tarafından savunmaktan ağır hapse mahkum edilen Azerbaycanlı Türk sivil eylemcilerin kaderi konusunda belirsizlikler devam etmekte ve İran İslam Cumhuriyeti'nin güvenlik yetkilileri, Azerbaycanlı Türk siyasi mahpusların serbest bırakılmasını ciddi şekilde engelliyor.

Biz “(Güney) Azerbaycan Siyasi Kuruluşları Emektaşlık Platformu” olarak, Birleşmiş Milletler Genel Sekreteri'ne ve BM İnsan Hakları Konseyi'nin saygın üyelerine ve dünyadaki insan hakları eylemcilerinden İran İslam Cumhuriyeti'ne mevcut krizde siyasi mahkumları serbest bırakması konusunda baskı yapmaya çağırır siyasi mahpusların aileleri ve Azerbaycan halkına yardımcı olmalarını talep ediyoruz. İran İslam Cumhuriyeti'nin yönetimi altında olan İran'da, Azerbaycanlı siyasi mahpusların yaşamları hapishanelerde ve gözaltı merkezlerinde tehlikededir. Tüm Azerbaycan siyasi mahkumlarının sağlığı ve hayatının sorumluluğu İran hükümeti yetkililerine aittir.

Saygılarla

(Güney) Azerbaycan Siyasi Kuruluşları Emektaşlık Platformu

•        Azerbaycan Öğrenci Hareketi

•        Azerbaycan Milli Direniş Teşkilatı

•        Güney Azerbaycan Demokrat Partisi