İyulun 2-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəaldan xəbərsizlik davam edir.

Araz News və HRA News saytlarının məlumatına əsasən, güneyli türk fəal Ruhullah Əhmədnəjad iyulun 2-də Təbrizdə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra, naməlum istiqamətə aparılıb.

Verilən məlumata görə, Ettelaat məmurları milli fəalı saxladıqdan sonra qardaşının evinə hücum edib, qanunsuz şəkildə evə girərək axtarış aparıblar.

Təhlükəsizlik qüvvələri həmçinin milli fəala aid kitabları, komputeri və fləş yaddaşları aparıblar.

Ruhullah Əhmədnəjada saxlanıldıqdan sonra sadəcə bir dəfə evinə zəng etmək icazəsi veilib. O, qısa bir telefon zəngi vasitəsi ilə təbrizin Ettelaat idarəsinin həbsxanasında olduğunu ailəsinə bildirib. Ancaq fəalın sağlıq durumu haqda məlumatın olmaması ailəsinin narahatlığına səbəb olub.

Saxlanılan türk fəalın ittihamı barədə təhlükəsizlik və məhkəmə orqanları tərəfindən ailəsinə heç bir məlumat verilmədiyi bildirilir.