"Yol Press" xəbər və təhlil saytı və "Açıq Yol" dərgisinin fəaliyyətinə və yayımına qadağa qoyulub.

"Yol Press" saytının verdiyi açıqlamada bildirilib ki, həmin sayt və Açıq Yol dərgisinin yayımına Ali Milli Təhlükəsizlik Şurası tərəfindən cinayət işi elan edilməsi üzrə Urmiyə prokurorluğunun ikinci şöbəsi qadağa qoyub.

"Yol Media Qrupu"-nun redaksiya heyəti bildirib ki bu qrupun bütün fəaliyyətləri dayandırılacaq. Bildirişdə Yol Media Qrupu həmçinin oxucularının və özünün qanuni haqlarını müdafiə etməyə çalışacağını bildirib.

Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari “İranın türk bölgələrinin xəbər və təhlil saytı "Yol Press"-in məsul redaktoru Bəhram Cavadi haqda yalan xəbər yayma ittihamı ilə məhkəməyə şikayət vermişdi.

"Yol Press" yaydığı xəbərdə Şəhriyarinin bir toplantıda Birinci Dünya Müharibəsi dönəmində Qərbi Azərbaycan vilayətində “Ciloluq” adı ilə tanınan böyük qətliamın baş vermədiyini iddia etdiyi haqda məlumat vermiş, ancaq vali bu xəbərdə qeyd olunan məlumatın yalan olduğunu irəli sürərək, saytın məsul redaktorundan şikayət etmişdi.

Yol media qrupu qadın bölümündə qadın haqları və İranda qadınların problemlərini əks etdirən, eləcə də Azərbaycan türkcəsində xəbər və material yayımlayaraq, İranın Azərbaycan türklərinin yaşadığı bölgələrinin mediası kimi tanınır.