Yarı Hənək - Yarı Dəyənək

qaz ver sökəcəksən nəki var yolda traxtor

qoyma qala manqurt belə sağ solda traxtur

izn vermə tükənsin əməkim qolda traxtur

sər keyfiyətini biz görək hər yanda traxtur

qat coşquya coşqu belə meydanda traxtur

yüz ildi tamam varlığını sildi ha sildi

var olduğunu ! sən yox olub böylə bəlirdi

bir qərn sora olmıyacaq ! olmazı bildi

car çək qadasın aldığım sən rəhbərimizsən

bir sıx duralım , dirçələyim hər nəyimiz sən

sayqı bilənə can fəda , sayqı qoyacaqsan

na-mərdi dizə çökdürüb gözlər oyacaqsan

sülh istəyərək dinc yaşamqla doyacaqsan

qat-qat dəyərin eşq , səfalar sənin olsun

özgür yaşıyaq öz yaşamaq goy dərin olsun

şəhid elədi sülh quşunu ırqıçı cahil

minlərcə söyüş tohin eylə onlara daxil

yaşamın olub təhqir ilə zəhr həlahil

hönkür buğa tək söylə sözün nazlı traxtur

qalx bir çuxa tək təhlil eylə qazlı traxtur

sənətdi qalır , oldu şəhid sülhə göyərcin

artıq daha çox səbr eylədim dərd ola çin-çin

yetişdi hasıl gəldi zaman harda biçinçin

ver təhlilini gəldi zaman hayla traxtur

oyun-arası rəmz sözün , payla traxtur

bir cəbhəsən səndə yaranır güllü naxışlar

çeşitli fikirlərdə olaraq hər yana axışlar

məqsəd elə bir , fərqlidir düzdü baxışlar

tətbiq elə tak-tiklərini telli traxtur

dərinlət onu tufanımız , yelli traxtur

bir mücüzəsən həmdə o qeyb təşkilatımsan

yer göydə çapan nağda-nağıl , yallı atımsan

kultur həmi çevrə nəki var qat ba qatımsan

hayla ki o dusdaqda balan , son qolu vursun

qışqır belə qəflətlə yatan , diksinib dursun

çevrə sahibi gəlsə sənə yox deməzsən

kültur üzərə çalışqanla heç inciməzsən

açmaz qalacaq boş politik burda deməzsən

düşmanla rəqib öyrənəcək şanlı traxtur

ya inki uduzmuş , gedəcək qanlı traxtur

AZOH yazacaq gəl , gələcəklərdə bizimdir

iradə bizim bil , biləcəklərdə bizimdir

tirmə tabağın , ləllə , leçəklərdə bizimdir

hay ver gəlirəm qurtuluşa hayla traxtur

tarix səni o başda yazıb , sayla traxtur

günlər keçiri diqqət ilə tarixə bir bax

bayrağı qızıl , sancaq eylə sinəmizə tax

gəl bir sürəcə şahid olaq mənlə Eşilbax

xod ver irəli get qabağa , canlı traxtur

pərçinlə , şoxum eylə alağ , şanlı traxtur

Eşilbax   10.05.2019