Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvinin səhhətinin ağırlaşdığı barədə məlumat yayılıb.

aclıq aksiyasının 18-ci günündə olan R.Rəzəvinin ümumi vəziyyəti yaxşı deyil və səhhəti getdikcə ağırlaşır.

Fəalla eyni bölümdə saxlanılan məhbuslar, onun halsızlıq və şiddətli başgicəllənməsindən əziyyət çəkdiyini bildiriblər.

Rəsul Rəzəvi oktyabrın 4-dən Təbriz zindanında aclıq aksiyasına başlayıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlar və işgəncələrə məruz qaldığına etiraz olaraq aclığa başlayan fəal, azadlığa buraxılanadək aksiyanı davam etdirəcəyini bildirib.

Bundan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.

Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.

 1358456462 vayfdyvlafed