İranda Azərbaycan türklərinin milli haqları uğrunda apardığı dinc mübarizəsinə görə Tehranın Evin zindanında saxlanılan fəal Siyamək Mirzayi və onun ailə üzvlərinə qarşı təzyiqlər gücləndirilib.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan Siyamək Mirzayi, ardıcıl olaraq ETTELAAT əməkdaşlarının təzyiqinə məruz qoyulur, onun valideynləri ilə telefon əlaqəsi saxlamasının qarşısı alınır. Bildirilir ki, oğlunun vəziyyətini öyrənmək məqsədilə Tehrana səfər edən azərbaycanlı fəalın atası, 4 dəfə Evin zindanına müraciət etsə də, onun oğlu il görüşünə icazə verilməyib və oğlunun durumu və saxlanma şəraiti barədə ona hər hansı bir məlumat verilməyib.

 Azərbaycanlı məhbusun atası jurnalistlərə açıqlamasında bildirib ki, onlar Siyaməkin səhhətinin gərgin olmasından və onun təzyiq altında saxlanılmasından nigaran qalıblar: “Oğlumun durumu barədə bizə hər hansı bir məlumat vermirlər. Bilmirəm ki, balam ölüb, yoxsa ki, sağdır. Bu fikirlər bizi incidir, nigaran edir”.

Siyamək Mirzayi iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığında, Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinin təcridxanasına aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

Siyamək, avqustun 24-də yoldaşına zəng vuraraq Evin zindanının 209-cu korpusunun 123-cü kamerasına köçürülməsindən xəbər verib.

14067657 1016389548414966 1422157904240636986 n