Azərbaycanlı milli-mədəni fəal Əkbər Cahangiri  Əhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

fəal oktyabrın 5-də Əhər Şəhər Məhkəməsinin qərarı ilə istintaq şöbəsinə aparıldıqdan sonra zəmanətə buraxılıb.

Hazırda əsgərlik xidmətini yerinə yetirməkdə olan azərbaycanlı fəal, “Qüds” gününə bir gün qalmış (iyulun 1-i) uyğur türklərinə dəstək nümayiş etdirməklə əlaqədar polis əməkdaşları tərəfindən yaxalanıb, 24 saat saxlandıqdan sonra azad edilib.

Ə.Cahangiri 2015-ci ilin noyabr ayında İran televiziyasının yaydığı məlum “Fitilə” verilişinə etiraz etdiyi üçün Əhər şəhərində saxlanılmışdır.

 1358456462 vayfdyvlafed