Güney Azərbaycanda 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif mərasimlər keçirilir.

Məlumata görə, fevralın 22-i günorta saatlarında Marağa universitetinin fəcr amfiteatrında ana dili ilə bağlı böyük konfrans keçiriləcək.

21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə təşkil olunan konfrans yerli vaxtla saat 13:00-da başlayaraq 1.5 saat davam edəcək.

Konfransda tanınmış dilçi alim, araşdırmaçı Dr. Behruz Babayi xüsusi məruzə ilə çıxış edəcək.

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən sonra Güney Azərbaycan, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

Son 10 il ərzində Güney Azərbaycan və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

 report