Yarı Hənək – Yarı Dəyənək

+++++++++++++++++

Tərs ya Avand ( beşinci bölüm )

Camaat böylədir durum bizlərə

İstək çox verərsə qüvvət dizlərə

Uşağı olmayan uşaq istəyir

Çox uşaqlı uşaqları pisləyir

Şişman adam istər arıq olaydı

Arıq arzulardı bir az dolaydı

Molla dini buraxdı xanlığa çıxdı

Rəiys olmaq ücün saqqalın qırxdı

Mənbəri tərk etdi taxt üçün molla

Rəngini dəyişdi tez-tez o valla

Molla çoban oldu millət sürü tək

Zırnıxdan saqqalı oldu gül , ipək

Bir şair rədd etdi , tamam şerləri

Ölmüş şerləri yox ! hətta diriləri

Mən , mən diyərək , mənanı dandı

Təkəbbür edərək özüdə yandı

Yalnış bir qaydıya qulp qoyarsan ?

Günü gələr , sən özündə yanarsan !

Şairə yaraşmaz şairi çırpsın

Çimdik-çimdik söküb onu dağıtsın

Şair tacir deyil , dəllal , siyasi

Nə bilim , diktator , qatil o birsi

Şair barışçıdı , sevdalı aşiq

Dünya olur olsun nə-təhər pırtlaşıq

Tacir alar , siyasətçinin işini !    

Yamanlayar babasının dişini

Para girər tamahkarın gözünə

Tüpürcəyi yaxar tamam üzünə

Karakter məhv oldu pul qabağında

Haram-xor yeyəcək özgə tabağında

Rüşvət qapdı bir qudurmuş it təkin

Daladı belimi , bir ac bit təkin

Rüşvətin adını hörmət qoydular

Əxlaqın dərisini ! dərin soydular !

İstər , istəməzsən , belədir durum

Bələşib zibilə , təşkilat , qurum

Göstərir bu sistim bir realitet-di

Versən işin keçər , yoxsa o getdi

Bazarda səviyyə aşağıya düşdü

Səviyyəsiz millətin canı üşüdü

Şüurdan kasıblar depotat oldu !

Eşşəklər birbəbir məclisə doldu

Tövlə ilə parlament , yerini dəyişdi

Orada görülən , canım hər işdi !

Dəllallıq etdilər numayəndələr

Xəbərsiz qalıbdır o oy verənlər

Görün , görün bir qəribə dünyadı

Ağıllı başbakan göstərin hanı ?

Hərnə varsa mafiyanın əlində

Qurandan ayələr onun dilində

Rüşvəti görmədən , ayə gətirir

Rüşvəti görən tək işi bitirir

Eşilbax 20.08.1998

یارئ هَنَک - یارئ دَیَنَک

جَماعت بوُیله دیر دوروم بیزلَرَه

اِستک چوخ وئرَرسه قووت دیزلَرَه

اوشاقئ اولمایان اوشاق اِستَیر

چوخ اوشاقلئ , اوشاقلارئ پیسلیر

شیشمان آدام اِیستر آرئق اولایدئ

آرئق آرزولایدئ بیر آز دولایدئ

موللا دینی بوراخدئ خانلئغا چئخدئ

راَئیس اولماق ایچون ساققالئ قئرخدئ

منبری ترک اِتدی , تاخت ایچون موللا

رنگنی دَیشدی تئز تئز او واللا

موللا چوبان اولدو , ملّت سوُرُو تَک

زئرنئخدان ساققالئ اولدو گُوُل , ایپک

بیر شاعیر ردد اِتدی تامام شعرلری

اُلموُش شعرلری یوخ ! حتتا دیریلَری !

من , من دییرک معنانئ داندئ

تَکبرُ اِدرک اُوزوده یاندئ

یالنئش بیر قایدئیا قولپ قویارسان ؟

گونو گَلر سن اوزونده یانارسان

شاعیره یاراشماز , شاعیری چئرپسن

چیمدیک چمدیک سوُکوُب اونو داغئتسن

شاعیر تاجیر دَیل , دللال , سیاسی ؟

نه بیلیم , دکتاتور , قاتیل , او بیرسی

شاعیر بارئشچئدئر , سِودالئ عاشق

دنیا نه اولور اولسون نه طحر پئتلاشئق

تاجیر آلار , سیاستچینین ایشنی

یامانلئیار باباسئنئن دیشینی

پارا ! گیریر طاماحکارئن گوزونه

توپورجیی یاخار تامام اوزونه

کاراکتر محو اولدو پول قاباغئندا

حارامخور ییجک اوزگه تاباغئندا

رشوت قاپدئ بیر قودورموش ایت تکی

دالادئ بِلیمی بیر آج بیت تکی

رٌشوتین آدئنئ حورمت قویدولار

اًخلاقئن دریسین , درین سویدولار

ایستر- استمزسن بیله دیر دوروم

بَلَشیب زبیله تشکیلات , قوروم

گوستریر بو سیستیم بیر رئالیتتدیر

وئرسن ایشین کِچَر ! یوخسا او گئتدی

بازاردا سوییه آشاغا دوشدو

سوییه سیز ملّتین جانئ اوشودو

شعوردان کاسئبلار دِپوتات اولدو

اِششکلر بیر به بیر مجلیسه دولدو

تووله , پارلمنت ایله یئرنی دَیشدی

اورادا گورولن , جانئم هر ایشدی

دللالئق اِتدیلر! نُماینده لر

خبرسیز قالئبدئر او اوی وئرنلر

گورون گورون بیر غریبه دنیادئ

آغئلئ باشباخان گوسترین هائ ؟

هر نه وارسا مافیانئن اَلینده

قران آییه لری اونون دیلینده

رُشوتی گورمَدن آییه گَتیریر

رُشوتی گورَن تک ایشی بیتریر

اِشیلباخ   20.08.1998