Yarı Hənək – Yarı Dəyənək

+++++++++++++++++

Tərs ya Avand ( dördüncü bölüm )

Birsi it oldu , birsi pişik

Karakter bambaşqa , tamam dəyişik

Öküz hürdü , it hönkürdü ağladı

Siçan durdu , filin yolun bağladı

Ceyranlar ovladı yırtıcı aslanı

Bu işə qaraldı tülkünün qanı

Adət , sünnət , qayda , qanunlar

Öz ziddinə bir birini anlıyar !

Keçəlin adını , telli qoydular !

Qəzil əkib , dərisini soydular

Şirin-əli acı oldu zəhərdən betər

Xoşqədəm gətirdi həmişə xətər  

Nə deyim nə deyim qurtulmaz nağıl

Fərdiyyət hökm-edir topluma dağıl !

Bireysəl olanda , insanda fikir

Toplumun bağına yenilik əkir

Nağdalı nağıldı bu başdan başa

İstəklər bir biri ilə əgər toq-qaşa

Hirs-lə qalxdı öz yerindən arzular

Çolaq lalı , lal-da koru yansılar

Savadsız alimi lağa goymuşdu

Varlı yolda dilənçini soymuşdu

Humanist qayıtdı bir faşist oldu

Faşist öz işi ilə kommunist oldu

Faşistlər qırdılar yəhudiləri

Yəhudlar qırdılar filistinliləri

Səddam kürdü , kürd türkməni qırdı

Erməni daşnakı ,qara-bağı cırdı

Hər kəs zorlu idi , zəifi çaldı

Fəqirlər tam ayaq altında qaldı

Baş alıb gediri bu gün yasaqlıq

Cinayət özünə qazandı haqlıq

İnsanı eyləyir maşın kontrol

Məchuldu haraya gedəcək bu yol

Bu gün dünyamızda bir cızha-cızdı

savaşla narkotik , satılan qızdı

Oldu yalan , bu gün qardaş əfəndi

Zəhər reklam oldu , ağlatdı qəndi

Səbir ! iztirab-dan iflicə düşdü

Bir təlqin eylədi dedi-bəs üçdü

Yirmi razı olmadı , yirmiliyindən

Rüşvət qoxu verdi öz iliyindən

Rizayət ölürdü , ölüm halında

Ədaləl gizləndi pislik dalında

Məhkəmə sıx durdu zorun dalında

Avıqatın gözləri yetim malında

Hakim gicəlmiş idi məhkəmələrdən

O yersiz , dəyərsiz bol istəklərdən

Qaralar istəyirdi ağ-apbağ olsun

Ağlar istəyirdi rəngləri qaralsın

Xırda narazı idi , xırdalığından

Hündür əsəbli idi , ucalığından

Hökmən Fil istəyirdi olsun bir şiçan

Siçan çalışırdı olsun bir filcan

Özünü sevməzdi o ağ yumurta

Ölçü deyildi çün mizanla , orta

Aşırı oldular əməl-də sözlər

Baxar-kor oldular o yazıq gözlər

Tazı qaçdı dovşan onun dalısıcan

Quzular qurt sevən ! qoyun hamısıcan

İt eşşəkə dedi yük çəkəbilməz !

Pişik dedi aslan ovsunu bilməz !

Tülkü toyuğa dedi ağzın qoxuyur

Bax Xoruza ! çaqqala duva oxuyur

Keçi buynuzladı çobanın dəyənəyin

Dəyənək öldürdü balasını iynəyin

Məfhumla qavramlar bir bir dəyişdi

qanadı sınmış sözün yeri bərkişdi

Qərarlar pozuldu , qaydalar getdi

Anlam yetirən söz bir başa itdi

Hər kəs yaxdı bir birinə qaranı

Nə əlac tapdılar ! nədə çaranı ?

Odur ki hər adam bir-cür narazı

Haman o narazı ! böyük bir qazı

Başlanqıcla o sonucun davası

Yaratdı duyğular meydan , havası

İstəklər fəalsa ! canlar dinc olmaz

Dinc olmayan cana rahatlıq dolmaz

Bəs dincliyin qulağını , istək dişləyir

Elə arzular səbəb ! insan işləyir

Eşilbax 20.08.1998

یارئ هَنَک – یارئ دَیَنک

بیرسی اِیت اولدو بیرسی پبشیک

کاراکتر بام- باشقا تامام دیشیک

اُکوُز هوُردوُ اِیت هُنکوردو آغلادئ

سیچان دوردو فیلین یولون باغلادئ

جئرانلار اولادئ یئرتئجئ اَسلانئ

بو ایشه قارالدئ تولکونون قانئ

عادت, سُنت , قایدا , قانونلار

اوُز ضدّینه بیر بیرینی آنلایار

کِچَلین آدئنی تللی قویدولار

قَزیل اَکیب دریسینی سویدولار

شیرین علی آجئ اولدو زهردن بَتَر

خوش قدم گتیردی همیشه خطر

نه دیم نه دیم قورتارماز ناغئل

فردیت حکم اِدیر توپلوما داغئل

بیریسل اولاندا انساندا فکیر

توپلومون باغئندا یئنیلیک اَکیر

ناغدالئ ناغئلدئ بو باشدان باشا

اِستکلر بیر بیری ایله اگر توققاشا

حیرسله قالخدئ اُوز یئریندن آرزولار

چولاق لالئ ,لالدا کورو یانسئلار

ساوادسئز عالمی لاغا قویموشدو

وارلئ یولدا دیلنچنی سویموشدو

هومانیست قایتدئ بیر فاشیست اولدو

فاسیشت اوز ایشیله کُمونست اولدو

فاشستلر قئردئلار یهودی لری

یهودلار قئردئلار فیلستن لیلری

صدام کُردو کُرد ترکمنی قئردئ

اَرمنی داشناکئ قاراباغئ چئردئ

هر کس زورلو ایدی ضعیفی چالدئ

فقیرلر تام آیاق آلتئندا قالدئ

باش آلئب گئدیری بو گون یاساقلئق

جنایت اُوزونه قازاندئ حاقلئق

انسانئ ایلَیر ماشئن کُنترول

مجهولدو! هارایا گئدجک بو یول ؟

بو گون دنیامئزدا بیر چئز ها چئزدئ

ساواشلا نارکوتیک , ساتئلان قئزدئ

اولدو یالان بو گون قارداش اَفندی

زَهَر رکلام اولو آغلاتدئ قندی

صبیر اظطرابدان ایفلجه دوشدو !

بیر, تلقین ایلَدی , دِدی بس اُوچدو

یرمی راضی اولمادئ یرملیندن

رشوت قوخو وئردی اوز اِیلییندن

رضایت اولوردو ! اولوم حالئندا

عدالت گیزلندی پسلیک دالئندا

محکمه سئخ دوردو زورون دالئندا

آوقاتئن گوزلری یتیم مالئندا

حاکیم گیجَلمش ایدی محکمه لردن

اُو یئرسیز دَیرسیز بول ایستکلردن

قارالار ایستردی آغ آبباغ اولسون

آغلار ایسته یردی رنگلری قارالسئن

خئردا ناراضئ ایدی خئردالئغئندان

هوندور عصبلی ایدی اوجالئغئندان

حوکمَن فیل استیردی اولسون بیر سئچان

سئچان چالئشئردئ اولسون بیر فیلجان

هئچ اوزونو سئومزدی او آغ یومورتا

اولچو دَیلدی چون ! میزانلا , اورتا

آشئرئ اولدولار عملده سوزلر

باخار کور اولدولار او یازئق گوزلر

تازئ قاچدئ دوشان اونون دالئسئجان

قوزولار قورت سئون ! قویون هامئسئجان

ایت اِششکه دِدی یوک چِکه بیلمز

پیشیک دِدی اَصلان اووسونو بیلمز

تولکو تویوغا دِدی آغزئن قوخویور

خوروزا باخ ! چاققالا دووا اوخویور

کئچی بوینوزلادئ چوبانئن دَیَنَین

دَیَنَک اولدوردو بالاسئن اِینَین

مفهوملا قاوراملار بیر بیر دَیشدی

قانادئ سئنمئش سوزون یئری برکیشدی

قرارلار پوزولدو قایدالار گئتدی

آنلام یئتیرن سوز بیر باشا ایتدی

هر کس یاخدئ بیر بیرینه قارانئ

نه آلاج تاپدئلار نه ده چارانئ

اودور کی هر آدام بیر جوُر ناراضی

هامان او ناراضی بویوک بیر قاضی

باشلانقئجلا اُو سونوجون داواسئ

یاراتدئ دویغولار میدان هاواسئ

اِستَکلر فعّالسا جانلار دینج اولماز

دینج اولمایان جانا راحاتلئق دولماز

بس دینجین قولاغغئنی اِستَک دیشلَیر

ای له ! آرزولاردئ سبب انسان ایشلیر

اِشیلباخ 20/08/1998