چاپ

 

31 Dekabr Azərbaycan Dayanışma (Həmrəylik) Günü Qutlu Olsun!

1813-dən bu günədək düşmənlər tərəfindən parçalanmaya başlayan elimizin, yurdumuzun,1989-cu ildə həmrəylik və birlik günü, birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, Bu gün Azərbaycan öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Dünyada yaşayan 50 milyondan çox Azərbaycan dayanışma (həmrəylik) günü, hər il coşqu ilə qutlamaqda və aralarındaki bağlarının gücləndirilməsində, milli bilincin yüksəlməsində önəmli bir rol oynamaqdadır!

2020-ci ildə 44 günlük ikinci Qarabağ savaşında qazanılan zəfər Quzey Azərbaycanın torpaq bütünlüyü yolunda anlamlı və uğurlu addım sayılmaqla bərabər, həm də Azərbaycanın bütövlük məfkurəsində yeni bir ruh və gücün ortaya çıxmasının nədəni olmuşdur!

Güney Azərbaycanın bir çox şəhərində minlərcə vətəndaşımızın, Quzey Azərbaycanımızla həmrəylik və birlik göstərmələri, Fars şovinist rejiminin qəzəbləndirmiş, çox sayda vətəndaşımız bu nədənlə İran rejimi tərəfindən cəzalandırılmışdır!

Azərbaycan Milli Hərəkatın günü gündən say və keyfiyyət baxımından güclənməsi eyni halda Azərbaycan Cümhuriyyətimizin hər alanda özəlliklə də əsgəri alanda irəliləməsi bütöv Azərbaycan birliyinə dərin ümidlər yaratmışdır. İran Fars rejiminin isə bu gedişata qarşı apardığı siyasətlər, özəlliklə də əsgəri təlimləri boşa çıxmışdır.

Azərbaycanın dayanışma və həmrəyliyi Azərbaycanın bütövlük yolunun açarı olmaqla birlikdə, həm də Türk Dünyasının yeni ümidi olan Türk Dövlətlər Təşkilatının geopolitik və geostratejik baxımından önəmli bağıdır!

Bu vəsilə ilə Güney Azərbaycan Siyasi təşkilatları olaraq Azərbaycanın həmrəylik və birlik bayramını Dünya Azərbaycanlılarına təbrik edirik!

Bayramımız qutlu olsun!

Güney Azərbaycan Təşkilatlar İş Birliyi

1- Azadlıq Cəbhəsi (GAMAC)

2 - Azərbaycan Mərkəz Partiyası (AMP)

3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

4 - Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

5 - Güney Azərbaycan Demokrat Partiyası (GADP)

6 - Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

7 - Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

8 - Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

9- Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

۳۱ دسامبر روز همبستگی آزربایجانی های جهان مبارک

از ۱۸۱۳ تا به امروز و علیرغم تمامی تلاشهای دشمنان برای تکه تکه کردن سرزمین آزربایجان و ایجاد گسستگی بین ملت، حادثه عظیم روز همبستگی در سال۱۹۸۹ اولین قدم بزرگ در راه اتحاد ملی است. این روز، روزی است که آزربایجان حصارهای زده شده بر مسیر آراز را که مانند زنجیری بر تن این سرزمین بودند از میان برداشت و قدمی بزرگ در مسیر اتحاد ملی برداشت. روز مقاومت و اتحاد ملی همه ساله از طرف بیش از ۵۰ میلیون آزربایجانی با شور فراوان جشن گرفته شده و این روز تاریخی مسبب تقویت همبستگی و شعور ملی گردیده است.

نبرد دوم و ۴۴ روزه قاراباغ در سال ۲۰۲۰ و پیروزی غرورآفرین در آن همراه با آزادسازی اراضی اشغال شده وطن، روح و جانی تازه به تفکر و اندیشه اتحاد ملی و تشکیل آزربایجان بزرگ و واحد بخشید. همراهی و حمایت هزاران ترک آزربایجان جنوبی از مبارزات قاراباغ و برپایی تجمعات حمایتی در بسیاری از شهرها رژیم ایران را به شدت عصبانی کرده و دهها فعال ملی آزربایجان را بازداشت کرد.

پیشرفت کمی و کیفی هرروزه ی حرکت ملی آزربایجان از یک سو و قدرت و انکشاف جمهوری آزربایجان از بسیاری جهات و خصوصا بعد نظامی، امید تازه ای در میان ملت آزربایجان درخصوص برپایی آزربایجان واحد ایجاد کرده و تمامی تلاشها و کارشکنیهای رژیم نژادپرست ایران علیه ملت و دولت آزربایجان را به بن بست کشانده است. روز مقاومت و اتحاد ملی همچنین در مسیر برپایی اتحاد دولتهای تورک نیز نقشی بسیار استراتژیک و ژئوپولتیک ایفا نموده است.

بدین وسیله ما احزاب و تشکلات سیاسی آزربایجان جنوبی این روز غرورآفرین و تاریخی را به تمامی آزربایجانیان تبریک میگوییم.

شورای همکاری احزاب آزربایجان جنوبی:

اتحادیه دموکراتیک ترک‌های آزربایجان جنوبی (GADTB)

تشکیلات مقاومت ملی آزربایجان ((Dirəniş

جنبش بیداری ملی آزربایجان جنوبی (GAMOH)

جبهه آزادی (GAMAC)

جنبش دانشجویی آزربایجان (AZOH)

حزب استقلال آزربایجان جنوبی (GAIP)

حزب دموکراتیک آزربایجان جنوبی (GADP)

حزب لیبرال دموکرات آزربایجان جنوبی (GALDP)

● حزب مرکزی آزربایجان (AMP)