چاپ

 

Tapmaca ilə Atmaca

Heç bilirdinizmi İranda öz fəlakəti ilə uğursuzlığından kədərlənməyən Pan-fars ,Türkyyənin gəlişməsindən daha çox kədərlənməkdədir ?

++++++++++++++

Kim buna sevinməz ? heç olmasa üç təşkilatımızın iş-birliyi , buna öz qədərindən çox sevinc-də demək mümkündür .

++++++++++++++

Azərbaycan dili ilə kültüründə boya və rəng çeşitlliyi !

Bir - ana rənglər : ağ , bəyaz , qara , sarı , qırmızı , al , yaşıl , boz . çal , göy (abi) , qəhveyi , çəhrayı , sürmeyi , bənövşə .........

Demək elə danışıq arası önündə ya sonunda bu ana boyaların gələn yumuşaq hicalar ilə o ana rəngin özü olduğunu təkid edəllər ! ağ-abbağ , yam-yaşıl , qıb-qırmızı , bom-boz , zil-qara habelə...........

İki – ana rənglər-dən yaranan rəng ! qırmızıdan- açıq-qırmızı ya tünd-qırmızı (qan-qırmızı)

Yaşıldan- açıq-yaşıl ya tünd-yaşıl (yam-yaşıl) .......

Üç – istisnayi heyvanlarda işlənən boyalar , məsələn !

A - Qəmər ya qara-qəmər rəngi – qəmər qoyun yəni o qoyunun rəngidir ki bir qara rəng bir sarı-qırmızı rəngi basmış ya o rəngin üzərinə axmışdır elə haman qoyunda o qara rəng ilə basılmış o sarı-qırmızı rəngin əsərin o qoyunun qarnının altında habelə dizləri ilə bərabər boğazının altı hətta o qoyunun üzü ilə qulaqlarına qədər yayılmış olan əsərini görmək mümkündür .

B - Qovur rəngi ! qovurmaq felindən yaranan rəngdir – qovur öküz , qovur buğa ! yəni qara rəngin üzərinə aşan bir sarı-qırmızı rəng ( ətin qızarmasına bənzər bir rəng demekdir , qovrulmuş ətin rəngi ) .

C – qırmızı-yağal , ağ-yağal , boz-yağal ......bu rənglər iki ana rəngin ya bir ana rəng birdə maddənin ya şeyyın rəng tərkibindən yaranan bir rəngdir , məsələn !

Demək qırmızı rəng ilə yağın rəngin nəzərə alaraq öz heyvanlarına bir yeni rəng tapmışdırlar , elə ona tay boz rəng ilə yağın rəngin tərkib-edərək bir yeni rəngin istlahını oluşdurmuşlar .

Məsələn qırmızı-yağal ya ağ-yağal keçi deyibən elə ona tay boz-yağal çəpiş və ha-belə...........

D – iki əsli rəng bir birinin yanında olanda o anlamı verəbilir yəni ağ ilə qara ya ağ ilə qırmızı ya xod ağ ilə qəhveyi ona ala deyəllər məsələn ala-dana , ala-keçi (ala-geçi) .

Bəzi rənglər özəl bir heyvana ayitdi məsələn !

Çil toyuq ya çil kəhlik – çal eşşək ya çal qoduq – göyxaldar at , həqiqətən özünə ayit bir istisnayi rəngdir yəni iki mavi rəng atın tamam bədənində halqa-halqa vurmuşdur .

Demək göy at ilə göyxaldar at iki ayrı ayrı rəngi bizə anlatmaqdadır , o xal üzdəki xal deyildir bəlkə böyük halqa halqa vuran bir göy rəng o birisi göy rəngin içində olmuşdur , elə ona görə hər göy at , göyxaldar at deyildir !

Eyn-halda bəzi vaxtlar meyvələr ilə səbzilərin rəngni Azərbaycan türkləri arasında bir rəng anlamını daşımışdır , məsələn !

Zeytuni yaşıl( zeytun kimi yaşıl ) ya çağala rəngi ya xurmayi rəng ha-belə həna rəngini bir sarı-qırmızı şeyyə bənzədərlər .

Amma zil-qara gecə o geciyə diyəllər ki göz heç nəyi və heç yeri görməyə qadir deyildir yəni qab-qara ya sim-siyah mənasında .

Elə al-qırmızınıda bir özəl qırmızı rəngi kimi işlədən Azərbaycanlılar .

geyim və paltarlara gəldikdə o orjinal boyasın yəni o taza rəngini itirən geyimə , rəngi qaçmış ! boyası solmuş , ya rəngi ötmüş qavramını işlədəllər .

bi-rəng sözü fars dilinin sözü olmasına rəğmən Azərbaycanlılar bi-riya və hiləsiz piləsiz adama deyəllər ki heçdə boyalar ilə tutarı yoxdu .

amma mən bir rəng adamı sevərəm , kaş ki onların sayı bizim dünyamızda gün bə gün çoxalsın .

+++++++++++++

O hansı rəmzdir ki Türkyyəni uğurluluğa daşıyır ?

Bir – çalışqanlıq ?

İki – cuğrafiya çeşitlilikləri ?

Üç – İnamın qədəri ?

Dörd – rəhbərlik üstünlüyü ?

Beş – tarixi təcrübə və özünə güvən ?

Ya-xod ?

Altı – yalnız və yalnız hər alanda şəfafiyyət ?

++++++++++++

Heç bilirdinizmi ? dünən türk dilinə və türklərin yaşam tərzinə və bu gündə , liqvan pendirinə bənd eyliyən Pan-fars yalnız və yalnız öz zəfini göstərməkdədir ?

++++++++++++

Bir daha 50-li milyon Azərbaycanlının prezidenti çoxlu sər-əncamlardan sonra jurnalistlərə vaxt ayirdi ?

Birinci jurnalist : çox möhtərəm prezidentimiz İlham Əliyef elə bu son illərdə hey bizdən sorulur , Azərbaycan haradır ? Azərbaycan nə yerdir ? sizdən xahiş olunur siz Cənablarınız həmişəlik bu suala hansı cavabı vermək istərdiniz ? ta bizim bu gündəmdə olan təkrari sualın əlindən yaxamız qurtara ?

Sayın İlham Əliyef :” Azərbaycan yəni Bakı “ diyərkən möhtərəm prezidentə telefun gəldi ! elə bilinməyən hansı nədəndən dolayi möhtərəm prezidentimiz getmək məcburiyətində qaldılar .

Amma bu bir acı gərçəkdir ki elə bir neçə kilometer Bakıdan dışarıya fərq eyləməz hansı tərəfə çıxarsan ? Azərbaycan bir bərbad və kələvalığ vəziyətindədır !

Bəs demək o qısa interviyuda möhtərəm 50-li milyon Azərbaycanlıların prezidenti tamam kamal elə o sorunun düz cavabını vermişdir ” Azərbaycan yəni Bakı “. ətrafa nə olursa olsun .

Eşilbax