چاپ

 

İki güneyli fəal Sulduz şəhərinin İnqilab Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib.

HRA Xəbər Agentliyinin verdiyi məlumata görə, Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, Musa Ziya Gərgəri və Səccad Şoheyri İslam Cəza Qanunun 500-cü maddəsinə əsasən, "sistemə qarşı təbliğat" ittihamı ilə məhkum ediliblər, ancaq həmin məhkəmə fəalların daha öncədən heç bir cinayət qeydləri olmadığı üçün həbs müddətini 20 günə endirib.

Siyasi fəallar iyulun 16-da Urmiyə və Sulduz (Nəğədə) təhlükəsizlik qüvvələri tərəfindən tutularaq 25 gün saxlanıldıqdan sonra 80 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdılar.

Gərgəri və Şöheyrinin Urmiyənin Ettelaat idarəsində saxlanıldığı müddətdə türk fəallara görüş qadağası tətbiq olunduğu barədə fəalların ailələrinə xəbərdarlıq verilmişdi. Saxlanılan türk fəalların ailələrinə təlükəsizlik idarəsi və məhkəmə orqanlarına müraciətdə "Müraciət etməyin. Bu iki saxlanılan şəxs üçün görüş qadağası tətbiq edilib. istintaq işləri bitdikdən sonra vəziyyətləri barədə məlumat veriləcək" deyə bildirilmişdi.

Musa Ziya Gərgəri və Səccad Şoheyriyə qarşı ittihamların məhkəmə iclası avqustun 27-də Cinayət Məhkəməsinin 2-ci şöbəsində keçirilib.

Hər iki məhbus daha əvvəl onlarla fəalla birlikdə ötən il iyulun 6-da Babək qalası mərasimində saxlanılmış, sonradan sərbəst buraxılmışdılar.