چاپ

 

Varşava Oturumuna qatılan bütün dövlət təmsilçiləri, media təmsilçiləri, bütün iştirakçılar və azad dünya ictimaiyyatına;

Biz bir sıra Güney Azərbaycan siyasi quruluşları olaraq təmsil etdiyimiz ictimaiyyat və Güney Azərbaycanda yaşayan Türk millətinin önəmli bir qisminin mesajını sizlərə çatdırmaq istəyirik.

1925 ilində Pehləvi sülaləsinin iqtidara gəlməsi ilə İranda Fars milliyyətçiliyi məfkürəsi hakimiyyətə gəlmiş və beləcə də ölkənin nufusunun yarısından çoxunu təşkil edən qeyri Fars millətər sistematik bir sindirmə və sömürgələşdirməyə məruz qalıblar. Bir əsrə yaxın müddətdə bütün qeyri Fars millətlər o cümlədən Azərbaycan Türk Milləti sistematik bir zülm və ayrı seçkilik siyasəti ilə kültürəl, iqtisadi və siyasi müstəmləkəçiliyə məruz qalmış maddi və mənəvi sərvətləri talan edilmişdir.

İran nufusunun yüzdə qırxını oluşduran Türk Milləti yaşadığı bir əsrlik müstəmləkə həyatında ən az dörd dəfə öz müqəddəratına hakim olmaq üçün ayağa qalxmış və toplumsal hərəkət başladmışdır ama nə yazıq ki hər dəfəsində İran Dövləti zor və şiddət işlədərək Güney Azərbaycanın azadlıq hərəkətlərini boğmuşdur.

Bu gün isə hələ də Güney Azərbaycanda yaşayan Türk Milləti sivil və demokratik yollarla öz müqəddəratına hakim olmaq üçün mübarizə edir və bunun üçün də Güney Azərbaycanlı fəallar İran dövlətinin təzyiq və zülmünə məruz qalmaqdadırlar.

Güney Azərbaycanın bir sıra siyasi quruluşları olaraq bu vəsilə ilə bildiririk ki sömürgələşdirilmiş bir millət olaraq Güney Azərbaycanda yaşan Tük Milləti öz müqəddəratına hakim olmaq üçün mübarizə etməkdədir və bu hədəfə sivil, demokratik, şiddətdən uzaq və beynəlxalq qanun və normlara uyğun yollarla nail olmağa çalışmaqdadır.

Millətimizin siyasi quruluşları olaraq bu vəsilə ilə bildiririk ki İran nufusunun yüzdə qırxını təşkil edən Türk toplumunun haqlı tələblərini əldə etməsinin İran İslam Cumhuriyyətinin Fars-Şiə ifratçılığının eksənində oluşdurduğu terror və istiqrarsızlığın sonlanmasında və bölgənin barış və hüzuruna qovuşmasında böyük qatqısı olacaqdır və bu yolda bizlər İranın içi və dışındaki bütün demokratik güclərlə əməkdaşlıq etməyə hazırıq.

Sayğılarımızla

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

10.02.2019