dusdaqlarda günahsız Azərbaycan usturələrinin o çətin anları yadi ilə ( Səfərxan Qəhrəmani , Səid Mətinpur , Abbas bəy lisani və ..)

Çərçi bazar quran yerdə , ləl əhlinə bazar olmaz

yüksək kultur olan yerdə heç kimsəyə azar olmaz

adətdir dərin sevdalı , öz eşqinin sirrin gizlədər

amma dəli aşiq saymaz , dərd qəmin yazar olmaz

birisi Abbas lisani , olar qəlbi dağlar boyda

birisi qorxaq tülküdür , öz qəbrini qazar olmaz

sənin ki cürətin yoxdu , nədən meydan oxuyarsan

mayası olmayan cahil ! mayasız uduzar olmaz

ata , babalar sözüdür , bulaq yerindən bulaqdır

su tökməklə bulaq olan , o damladır sızar olmaz

keçmişindən varlı olanlar , varlıq kultur ilə yaşar

dilənçi oğlu varlansada , mümkün deyil azar olmaz

yaltaqlar yazar yazılar yalanca boş boş sözləri

mərd oğlu bir cümlə yazıb amma altın çızar olmaz

kasıb fikri qurşalarsan şişər olar bir dam boyda

ləl , gövhər sahabında bu şişməyə niyaz olmaz

alçaq divar dəyaz sular göstərər hər bir tərəfin

minlər gölməş yığılsada gəlib dərin xazar olmaz

dəyərlilər ağır olar yerindən tərpətmək olmaz

yüngülə yüklə bol qızıl , pülək yerdən qazar olmaz

hər kəs bir bağ əkdi getdi , birisi lalə birisi nərgiz

Eşilbax sən qaranfil ək , bu yerdən laləzar olmaz

11.03.2017   Eşilbax

چَرچی بازار قوران یئرده لعل اَهلینه بازار اولماز

یوکسک کولتور اولان یئرده هئچ کیمسَیه آزار اولماز

عادتدیر درین سئودالئ اوز عشقینین سرّرین گیزلَدَر

امما دلی عاشیق سایماز درد غَمینی یازار اولماز

بیریسی عباس لسانی قلبی اونون داغلار بوی دا

بیریسی قورخاق تٌولکوٌدیر اوز قبرینی قازار اولماز

سَنین کی جُرعتین یوخدورنَدن مئیدان اوخویورسان

مایاسئ اولمایان جاهیل , مایاسئز اودوزار اولماز

آتا , بابالار سوٌزوٌدوٌ " بولاق یئریندن بولاقدئر"

سو تٌوکمَک له بولاق اولان اُ داملادئر سئزار اولماز

کئچمیشیندن وارلئ اولانلار وارلئق کوٌلتوری ایله یاشار

دِیلنچی اوغلو وارلانسادا ممکن دَیل آزار اولماز

یالتاقلار یازار یازئلار, یالانجا بوش بوش سوُزلری

مرد اوغلو بیر جُمله یازئب امما آلتئنی چئزار اولماز

کاسئب فیکری قورشالارسان شیشَر اولار بیر دام بویجا

لعل , گوهر صاحابئندا بو شیشمَیه نیاز اولماز

آلچاق دیوار , دَیاز سولار گوٌستَرر هر بیر طرفین

مینلر گٌلمَش یئغئلسادا گَلیب درین خازار اولماز

دَیَرلی لر آغئر اولار, یئریندن تَرپَدمک اولماز

یوٌنگوٌله یوٌکله بُل قئزئل پٌلک یئردن قازار اولما

هر کس بیر باغ اَکدی گئددی بیرسی لاله بیرسی نرگس

اِشیلباخ سن قارانفیل اَک بو یئردن لاله زار اولماز

اِشیلباخ 11.03.2017