ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (30-cu bölüm-son)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

10-Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Demokratik (Xalq) Cümhuriyyəti

Bu sözlər boş iddialar və yaxud sadəcə kağız üzərində yazlan sözlər yox, bəlk Azərbaycan dövləti və parlamentinin aldığı qərarları əsasında əməldə də özünü göstərmiş və gərçəkdən qısa bir sürə içərisində tamamilə həyata keçirilmişdir. Azərbaycan ilk dövlətlərdən biri olaraq dünyanın və hətta demokrasinin beşiyi sayılan Avropanın belə bir çox qabaqcıl və gəlişmiş ölkərərində ikinci dərəcəli insan sayılan və öz insani hüquqlarından tamamilə yoxsun olan qadınlara, kişilərlə bütün ictmai, siyasi sahələrdə bərabər haqlar tanıyaraq onlara seçmək və seçilmək hüququ verilmişdir.

Bu səbəbdən də qəhrəman qadınlarımız başda olmaq üzrə Türk milləti, gərçəkdən Azərbaycanlı və Türk olmasıyla qürur duymalıdır. Azərbaycanda yaşayan bütün milli azlıqlar və etnik qruplar örnəyin polyaklar (lehistanlılar), ruslar və hətta ermənilər belə Azərbaycanda Demokratik Cümhuriyyətində bərabər haq və hüquqlara sahib olaraq, onun yeni yaranmış parlamentində öz təmsilçiləri olmuşdur.        

Eyni zamanda sağdan tutmuş sola qədər, həm də öz siyasi düşüncə, fikir, ideoloji və əqidələrindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün siyasi parti və qurumların, örnəyin SR,lərin, (inqilabi sosiyalistlər) Menşeviklərin və hətta Bolşevilkərin belə onun parlamentdə öz təmsilçiləri olmuşdur. Eyni zamanda Azərbaycan Demokratik Cümhuriyyətində mətbuat və basın azadlığı təmin olaraq, heç bir məhdudiyyət olmadan qeyd edilən bütün siyasi parti və qurumlar öz siyasi düşüncə və əqidələrini təbliğ etmək üçün tam azad şəkildə qazetələr yayınlamışlar. Bu qazetələrin bir çoxunda Azərbaycan dövlətinə qarşı açıqcasına təxribat xarakterli yazılar belə dərc edilirdi.

Azərbaycanın istiqlal bəyannaməsində bu məsələ tamamilə öz əksini tapmış və Azərbaycan Demokratik Cümhuriyyətində bütün vətəndaşlara soyundan, dinindən, məzhəbindən, dilindən və cinsiyyətindən asılı olmayaraq bərabər haq və hüquqların verilməsi nəzərdə tutulmuşdur.

Bütün gücünü Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalına yönəltmiş Əliheydər Qarayev, bir azərbaycanlı bolşevik və onların maşası olaraq, Azərbaycan parlamentində oturub və alçaqcasına Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı durmadan hədə-qorxu gəlib və onun yıxılması üçün əlindən gələn heç bir rəzalətdən əsirgəməyəcəyini çox açıqcasına söyləyirdi. Lakin Azərbaycan və Türk düşməni olan Əliheydər Qarayev kimi bir satqın və manqurt öz yaxın azərbaycanlı fikirdaşı olan Həmid Sultanov və başqalarıyla birlikdə Azərbaycan dövləti tərəfindən yox, bəlkə vətən xayini damğasıyla Stalinin əmri və Sovetlər Birliyi tərəfindən güllələnmişlər.

Bu tarixi gərçəklər bir çox danılmaz tarixi bəlgələr və faktların olmasına rəğmən Sovetlər Birliyi və paniranist sol parti və qurumlar başda olmaq üzrə Azərbaycan düşmənləri tərəfindən görməməzlikdən gəlib və onlar bütün vicdan və əxlaqi dəyərləri ayaqları altına alaraq tam saxtakarlıqla bu cümhuriyyətə qarşı töhmətlər, iftiralar, böhtanlar yağdıraraq ona qara yaxmağa çalışmışlar. Onlar bütün gərçəkləri bildiyi halda, Azərbaycan Demokratik Cümhuriyyətini təxrib etmək amacıyla, Stalin başda olmaq üzrə Sovetlər Birliyinin tam saxtakarlıqla uydurduğu alçaq yalanları təkrar edərək, onu xan-bəylərin hökuməti və onların təmsilçiləri kimi göstərməyə çalışmışlar.

Halbu ki, onun böyük qurucuları olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, İsmayıl bəy Ziyad Xan, Behbud Xan Cavanşir, Səməd bəy Mehmandarov, Ağa Aşurov, Xudat bəy Məlik Aslanov, Xosrov bəy Sultanov, Məhmməd Həsən Hacinski, Əbduləli bəy Əmircanov və başqaları görkəmli milli şəxsiyyətlər və milli aydınlar olaraq ümumiyyələ Avropada təhsil almış və bütün varlıqlarıyla öz Türk varlığına və vətənləri Azərbaycana bağlı olan çox dəyərli və şərəfli insanlar olmuşlar. Azərbaycan elitinin başında olan bu şərəfli insanların çoxunun gənc olmasına baxmayaraq, istiqlaliyyətimizi bütün dünyaya elan etməklə bizlərə və gələcək nəsillərə Azərbaycanın qədərində təyin edici və əvəzsiz rol oynayan cümhuriyyət adında elə bir böyük miras və dəyərli əmanət buraxmışlar ki, bu günki Azərbaycan cümhuriyyətinin varlığı və onun istiqlaliyyətini gərçəkdən onlara borclu olub və bu səbəbdən də sonsuza qədər onlara minnətdar olmalıyıq.    

Məhmməd Əmin Rəsulzadənin siyasi həyatı çox şaxəli və olduqca ilginc olmuşdur. O, siyasətin enişli-yoxuşlu yollarında bəzi səhv və xətalara yol versədə, gec olmadan öz səhv və xətalarından dönməyi bacarmışdır. Əlbəttə, hər kəs öz siyasi fəaliyyəti sürəsində səhv və xətalara yol verə bilər, ancaq önəmli olan budur ki, onlardan lazım olan dərsi almaqla bir daha onların təkrar edilməsinə imkan verməsin.

M.Ə.Rəsulzadə, gənc yaşlarından etibarən inqilabi mübarizəyə qoşulmuş və heç yorulmadan ömrünün son nəfəsinə qədər öz mübarizəsini davam etdirmişdir. 1902-ci ildə 17 yaşında ikən "Müsəlman Gənclik Təşkilatı"nı Çar Rusiyasının müstəmləkəçi siyasətinə qarşı qurub və həmən illərdə ilk yazısı Tiflisdə "Şərq Rus" qazetəsində yayınlanmışdır.

1904-ci ilin sonlarında "Müsəlman Demokratik Müsavat Cəmiyyəti"nin əsasında Bakı komitəsinin yanında "Müsəlman Sosial Demokrat Hümmət Təşkilatı" yaradılmışdır.

1908-ci ilin sonlarında M.Ə. Rəsulzadə Çar rejimi tərəfindən təqibə məruz qalıb və bu səbəbdən Bakını tərk etmək zorunda qalaraq Təbrizə gəlib və bu şəhərdə Səttar Xan və onun silahdaşlarıyla tanış olmüşdür.

Güney Azərbaycanın bütün şəhərlərini gəzərək, əhalinin böyük əksəriyyətinin fəlakət və ağır iqtisadi şərayitində yaşaması onun siyasi düşüncəsinin gəlişməsi və onun şəkillənməsində böyük etgisi olmuşdur. 1909-cu il avqust aynın 23-də "İrane Nov" (Yeni İran) qazetni Tehranda yayınlayır və "İran Demokrat Partisi"ni bəzi İran aydınlarıyla birlikdə yaradır.

Onun İrandaki inqilabi fəaliyyətindən rahatsız olan Çar Rusiyası, İran dövlətindən onun ölkədən çıxarılmasını tələb edir. O, təqiblərdən qurtulmaq üçün 1911-ci ilin may ayında İstanbula gedib və burada Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağa Oğlu kimi bir çox böyük və fikir sahibi şəxsiyyətlərlə görüşmüşdür.  

1913-cü ildə Çarın əf fərmanı əsasında Bakıya qayıdır. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilir.

Qurultay Məhmməd Əmin Rəsulzadənin önərisi ilə Rusiyanın federativ şəkildə təşkil etməyə qərar verir. 1917-ci ilin oktyabr ayının 26-31-nə qədər keçirilən qurultayda Məhmməd Əmin Rəsulzadə mərkəzi komitənin sədri seçilir. Bu qurultaydan sonra bütün Azərbaycanda muxtariyyət şüarı altında milli hərəkat başlandı. 1917-ci ilin payızında Məhmməd Əmin Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türkistandan millət vəkili seçilir. 1918-ci ilin mayın 27-də çeşitli parti və qurumların üzvülərindən Azərbaycan Milli Şurası yaranır və səs çoxluğu ilə Rəsulzadə şuranın sədri seçilir və bir gün sonra Azərbaycanın istiqlaliyyəti bütün dünyaya elan olunur.

1920-ci ilin noyabr ayının başlarında oktyabr inqilabının ildönümü ilə bağlı Bakıda olan Stalin, M.Ə. Rəsulzadənin həbsdə olduğunu öyrənir.

Stalin şəxsən həbsxanaya gedib, Rəsulzadəni azad edir və bununla da Stalin 1905-ci ildə onu ölümdən qurtaran Məhmməd Əmin Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirir. Sonra o, Rəsulzadəni özü ilə Moskvaya aparıb və millətlər komisarlığında mətbuat müvəkili vəzifəsinə təyin edir.

1922-ci ildə Petersburqdan Finlandiyaya qaçan Rəsulzadə Qərbi Avropaya və oradanda Türkiyə yə gəlir. Nəhayət 1955-ci ilin martın 6-da şəkər xəstəliyindən üç dəfə Azərbaycan, Azərbaycan, Azərbaycan deyərək əbədiyyətə qovuşur. Məhmməd Əmin Rəsulzadə həyatı boyunca istər çar Rusiyası, istərsədə Sovetlər Birliyinin müstəmləkəçi siyasətinə qarşı Azərbaycanın azadlıq və qurtuluşu uğrunda mücadilə verib, ancaq Azərbaycan Demokratik Cümhuriyyətinin yıxılmasıyla onun ikinci dəfə işğalı, Rəsulzadənin istiqlala olan inamını itirməmişdir. Onun bu gün dillər əzbəri olan bir kərə yüksələn bayraq bir daha enməz sözü, onun Azərbaycanın istiqlaliyyətinə olan sonsuz inamının göstərgəsi olaraq ondan qaynaqlanmışdır.

Məhəmməd Əmin Rəsulzadənin siyasi düşüncələri uzun bir tarixi sürəcin məhsuludur və yuxarıda da qeyd olunduğu kimi onun keçdiyi siyasi yol və həyatı boyu apardığ mücadilə və göstərdiyi siyasi fəaliyyəti çox şaxəli olmuşdur.

Bu uzun siyasi yolçuluğun gedişatında bəzi xətalara yol verilsədə, gec olmadan etdiyi öz xətalarından dönmüş, ancaq onun bu təşəbbüslərdən bütün qayə və amacı yalnız Azərbaycanın istiqlaliyyəti və Türk millətinin səadət və xoşbəxt gələcəyi olmuşdur.

Bu qutsal amaca çatmaq üçün Məhəmməd Əmin Rəsulzadə hətta Almaniya məqamlarıyla danışıqlar üçün 1937-ci il may ayının 2-22-nə qədər Berlin şəhərində olmuşdur. Burada Almaniya Nasional Sosialist İşçi Partisinin Xarici Siyasət İdarəsinin, Almaniya təbliğat nazirliyinin yüksək vəzifəli şəxslərilə görüşür. Bu dairələr Sovetlər Birliyində olan milli sorunlarla çox ciddi şəkildə yaxından maraqlanmışlar.

1943-cü il avqustun 5-də Azərbaycan legionerləri qarşısında çıxış edir. Lakin Almaniya hökumətinin yürütdüyü siyasətlə razılaşmadığını bildirib bu ölkəni tərk edir.

Gərçək budur ki, Məmməd bəy Azadgər, Rəhim Rəyisniya və onun kimi paniranizmin qulluğunda olub iran mərkəzli sol parti və qurumlara bağlı olan solçu azərbaycanlıların böyük əksəriyyəti üçün vətən-torpaq və millətin heç bir anlamı yoxdur və onlar üçün Azərbaycanın yalnız İranın içində olmaqla bir anlamı var. Onların vətəni ancaq qondarma İran və millət olaraq özlərini iranlı bildikləri üçün, öz doğma vətənlərinin istər Rusiya, istərsədə Fars-İran dövlətinin işğalında olması və mənsub olduqları gərçək millətin vəhşicəsinə əzilib və hətta yox edilməsi belə, bu iddialı paniranist solçuların çoxu üçün heç bir önəmi olmamış və onlar bir millətin var olub və onun yaşaması üçün belə bir əsasi və önəmli məsələlərə hər zaman tamamilə laqeyd olmuşlar.

Bu səbəbdəndir ki, bu paniranist solçular hər zaman Güney Azərbaycanın İranın boyunduruğu altında bir müstəmləkə olmasına laqeyd olduqları kimi, Azərbaycan cümhuriyyətinin Sovetlər Birliyi, yaxud Rusiya dövləti tərəfindən işğal edilməsinə və çağdaş milli dövləçiliymizin təməli olan bu cümhuriyyətin yıxılmasını arzu edib və onu ürəkdən alqışlayaraq bu işğalçı və müstəmləkəçi dövlətin yanında dayanmışlar.

Vətən və millət dərdini hər kəs bilməz və onu yalnız hər nədən öncə və ilk növbədə öz doğma vətəni və mənsub olduğu milləti sevib onun uğrunda canından, malından və bütün varlığından keçən şərəfli və namuslu vətən övladları bilər. Vətəni işğal edilib, aydınları başda olmaq üzrə bütün şərəfli qız və oğulları işğalçı, müstəmləkəçi, cinayətkar və totaliter bir rejim tərəfindən vəhşicəsinə qətliam edilib və onun torpaqları işğal olunduqdan sonra qurban əti kimi Rusiya, Gürcüstan və qondarma Ermənistan arasında bölüşdürülərək, 114,000 qk-dən 86,600 qk-ə düşməsi, Naxçıvanın ana torpaqlardan ayrılıb və əzəli torpağı olan Qarabağın bir erməni vilayəti olaraq çiban kimi onun ortasında yaradılması, ürəyi dayima vətən və millət eşqilə çırpınan hər bir vətənsevər şərəfli insandan belə bir durumdan çıxış yollarının axtarılmasını tələb edər.

Bu səbəbdən də Məhəmməd Əmin Rəsulzadə Azərbaycanı Rus işğalı və onun müstəmləkəçiliyindən qurtarmaq üçün ikinci dünya savaşını bir fürsət bilərək, Sovetlər Birliyi ilə Almaniya arasında olan savaşdan faydalanaraq, belə bir tarixi və əlverişli fürsəti qaçırmaq istəməmiş və məhz vətənimizin təkrar istiqlaliyyətini əldə etmək üçün onunla əlaqə yaradaraq, belə bir işbirliyinə razı olmuşdur. istəmişdir. Lakin verilən sözlərin sorğu altına alınıb və Azərbaycanın İstiqlaliyyəti Almaniya dövləti tərəfindən qəbul edilmədindən dolayı danışıqlar nəticəsiz qalıb və onların arasında olan işbirliyinədə son verilmişdir.

Əlbəttə, vurğulamaq lazımdır ki, Məhəmməd Əmin Rəsulzadənin Nazi Almaniya dövlətilə işbirliyi aparması normal bir şərayitdə qəbul edilməz və əsla düzgün sayıla bilməz. Ancaq, qeyd edildiyi kimi Azərbaycanın istiqlaliyyətini təkrar əldə etmək üçün onun başqa bir seçənək və çarəsi olmamış və oda yaranan belə bir tarixi fürsəti qaçırmamaq üçün Almaniya dövlətilə işbirliyinə qərar vermişdir. Çünki belə bir işbirliyi   vətənimizin və Türk millətimizin qədərində və onun gələcəyilə bağlı təyin edici bir tarixi önəmə malik olmuşdur. Lakin Məmməd Əmin Rəsulzadənin bu təşəbbüsü qutsal bir hədəf uğrunda olması və sonuna qədər davam etməməsinə rəğmən, onun belə bir işini böyük və bağışlanmaz bir xəyanət və Alman faşizminin işbirlikçisi kimi göstərənlər, Stalin başda olmaq üzrə Sovetlər Birliyinin, Hitler və Nazi Almaniya ilə 23. avqust 1939-cu ildə bağlanan müqavilə və onların işbirliyini necə açıqlayıb və bu haqda nədən susurlar. Bütün insanlığa zidd olan bu müqavilə, iki dövlət arasında sözdə barış və bir-birinə qarşı hücum etməmələri əsasında bir anlaşması olsada, əslində Almaniya ilə Sovetlər birliyinin arasında olan ölkələri öz aralarında bölüşdürmək qorxunc bir müqavilə olmuşdur. Bu müqavilənin gizli və əlavə bir protokolu əsasında Sovetlər Birliyinin payına, Baltik yanı ölkələr olan Estoniya, Latviya, Finlandiya, Bassarabiya və Polşanın şərq bölgələri, Almaniyanın payına isə Litva və Polşanın qərbi düşmüşdür.

Eyni zamanda siyasi qaçqınların qaytarılmasıyla bağlı onlar anlaşıb və onun əsasında Sovetlər Birliyinə sığınan yüzlərlə Alman komunistini, eləcə də Hitler faşizminə qarşı olan demokrat insanları, Stalin Almaniya dövlətinə geri qaytarıb və onların hamısı istisnasız ağır işkəncələrdən sonra vəhşicəsinə öldürülmüşlər.

Burada çox aydıncasına görünən budur ki, hansı bir ideoloji, siyasi düşüncə və təfəkkürdən asılı olmayaraq, hər bir dövlət və millət, ilk növbədə öz iqtisadi və siyasi çıxar və mənfəətlərini nəzərə alaraq, insani olduğunu düşündüyü və millətlərin səadəti üçün iddia edilən öz siyasi düşüncələrini necə vəhşicəsinə və kobudcasına ayaqları altına qoymaqdan heçdə çəkinmir.

Əlbəttə, bəlli bir çərçivə və şərtlər əsasında zaman-zaman fərqli ideoloji və siyasi düşüncə və əqidəyə malik olan və bəzəndə bir-birinə tamamilə zidd olan dövlətlər arasında ortaq çıxar və mənfəətlərilə bağlı ittifaqlar yaranmışdır.

Burada vurğulanması gərəkən vacib məsələlərdən biridə, paniranist solçu azərbaycanlıların bütün məsələlərə ikili standardla yanaşmalarıdır. Bu məsələyə keçən bölümlərdə açıqlıq gətirilsədə, yenə qısada olsa toxunulması məqsədə uyğundur. Bu iddialı və sözdə anti imperyalist cənablar, qatı fars şovinistlərinin təsiri altında dahi öndərimiz olan Məhəmməd Əmin Rəsulzadə kimi böyük milli şəxsiyyətimimizi təxrib edib pantürkist damğasıyla təxrib etməyə çalışdığı halda, təpədən dırnağa qədər CİA və Amarika başda olmaq üzrə Qərb dövlətlərinə bağlı və onların maşaları olub, eyni zamanda narkotik, silah və insan qaçaqçılığıyla məşğul olan PKK, PYD, YPG, PEJAK və başqa terorçu kürd parti və qurumlarıyla bağlı nəinki heç bir söz etmir, bəlkə heç utanmadan hər zaman onları dəstəkliyərək, bu bağlı və fasid təşkilatları demokratik və inqilabçı qüvvə olaraq göstərməyə çalışmmaqdadırlar.

Əcəba necə olur ki, solçu kürdlər başda olmaqla bütün kürdlər, keçən yüzilin başlarından etibarən onminlərlə günahsız azərbaycan Türkünün qatili olan və zaman-zaman Rusiya, İngiltərə, Amarika və başqalarının birbaşa nökəri və maşası olan İsmayıl Ağa Simitqo və İngilis amilləri olan Şeyx Səyid, Seyid Rza kimilərini inqilabçı və onların Türklərə qarşı ayaqlandığını kürdlərin milli-demokratik hərəkatı kimi göstərir, Ancaq bizim iddialı solçular, qurulan öz demokratik və dünyəvi dövlətini və onun görkəmli öndərini təxrib edərək ona qarşı iftiralar vurmağa çalışırlar.

Bu məsələnin ancaq bir açıqlaması ola bilər və oda budur ki, ümumiyyətlə kürdlər, azərbaycanlıların tam əksinə heç bir zaman bizim paniranist solçular kimi asimilə olmayıb və hər zaman öz millətlərinə və vətənlərinə bağlı insanlar olub və ilk öncə başqalarının deyil, yalnız öz vətən və millətlərinin haqları uğrunda mücadilə aparıb və onları müdafiə etmişlər. Lakin təəssüflər olsun ki, bizim solçu azərbaycanlıların böyük əksəriyyəti tamamilə asimilə olaraq, farslar içində əriyib onlarda milli şüur və milli ruhdan heç bir əsər-əlamət qalmamışdır və bu səbəbdəndə hər zaman İran-İran və İran milləti deyərək, öz Türk varlıqlarına və öz doğma vətənləri olan Azərbaycana yabancı olmuşlar.

Bu səbəbdəndir ki, Məmməd bəy azadgər, Rəhim Rəyisniya, Təbriz demokratları başda olmaq üzrə paniranist sol parti və qurumlara bağlı olan solçu azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının bütün qırmızı çizgilərini keçərək, onun əsası və önəmli məsələlərilə bağlı fars şovinistlərilə eyni mövqedə dayanaraq Azərbaycan və Türk millətimizə qarşı əllərindən gəldiyi heç bir düşmənçilikdən əsirgəməmişlər.  

Bütün bu gərçəkləri nəzərə alaraq kəsinliklə deyə bilərik ki, heç bir güc və qüvvə Azərbaycan Demokratik Cümhuriyyti və onun qurucusu olan böyük öndər Məhəmməd Əmin Rəsulzadənin etdiyi böyük və tarixi xidmətlərinə görə, Türk millətimizin hər tək-təkinin ürəyinin dərinliyində onlara olan böyük sevgi və sayqılarına kölgə düşürə bilməz. Çünki insanlarımızın onlara olan bu sevgi və sayqıları sonsuz və əbədidir və onlar öz xadimlərini və onlara qarşı olan xayinləri və satqınları da çox yaxşı tanırlar.

17.06.2019

Son