3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ

Bu yazının girişində geyd olunduğu kimi İran sol parti və qurumların və Məmməd bəy Azadgər kimi solçu azərbaycanlı Türklərin milli məslə ilə bağlı bir çox əsasi və önəmli məsələlərdə olan düşüncələri və tutduqları mövqe Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının mövqeyi və düşüncələrilə tamamən qarşı-qarşıya gəlib və onlar bu haqda bütün qırmızı çizgiləri keçməkdədirlər.

Burada vurğulanması gərəkən məsələ budur ki, Mehran bəy Baharlının da bir çox məsələlərlə bağlı düşüncələri Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının düşüncələri ilə üst-üstə düşsədə, ancaq onun ortaya qoyduğu bəzi əsasi və özəlliklədə çox önəmli və stratejik məslələrlə bağlı düşüncələri, milli hərəkatımızın bu günki düşüncələri və tutduğu mövqeilə tamamən fərqli olaraq onlarla qarşı-qarşıya gəlməkdədirlər.

Əslində Mehran bəy Baharlının Azərbaycanın neçə minillik müqəddəs tarixi adı və onun istiqlalıyyətinə qarşı olması, eləcə də Azərbaycanın böyük öndəri Seyid Cəfər Pişəvəriyə qarşı bəzi ittihamlrı irəli sürərək onun Azərbaycana olan sevgisini sorğu altəna alıb, onun şəxsiyyətini təxrib etməyə çalışması, həm də İran Türkləri sözü və terminini ortaya qoyması, Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının qırmızı çizgiləri olaraq onun düşüncələri ilə tamamən qarşı-qarşıya gəlməkdədir.

Qeyd etmək lazımdır ki, hər bir insan və hər bir siyasi partinin apardığı siyasi mücadilədə və yaxu hər hansı bir inqilabi hərəkətin mübarizə sürəcində, bəzi siyasi xəta və səhvlərə yol verilə bilər və buda bəzi hallarda təbii sayılır. Ancaq önəmli olan məsələ budur ki, siyasi xəta və səhvlərə yol verən hər kəs və hər bir siyasi qurum etdiyi səhv və xətalarını anlayaraq onlardan dönməyi bacarıb və lazım olan dərsi almaqla yanaşı tam səmimiyyət və sədaqətlə onu etiraf etməsidir.

Bu məsələ hər kəs üçün keçərlidir və Seyid Cəfər Pişəvəridə bu insanlardan biri olaraq öz siyasi düşüncələri eləcə də Azərbaycanla bağlı görüşlərində keçmişdə etdiyi bəzi siyasi səhv və xətalarını başa düşüb və onları bir daha təkrar etmədən öz siyasi düşüncələrinə düzəliş gətirmişdir.

Gərçək budur ki, Seyid Cəfər Pişəvərinin öndərliyində yaradılan şanlı 21 Azər hərəkatı, sadəcə İran üçün və əsasən İranda azadlıq, demokrasi və qanunun üstünlüyü uğrunda gedən Məşrutə və Xiyabaninin Azadistan hərəkatıyla tamamən fərqli olaraq, ancaq Azərbaycanın azadlığı və Türk millətinin bütün milli haq və hüquqları uğrunda gedən bir qurtuluş hərəkatı olmuşdur. Buda Seyid Cəfər Pişəvərinin öz səhv və xətalarını başa düşüb və onlara düzəliş verməsinə bir sübutdur.

Seyid Cəfər Pişəvərinin özünün yazdığına görə Tehranda olduğu sürədə Azərbaycanın həssas durumu ilə bağlı sözdə bir çox solçu və azadlıq sevdalılarıyla apardığı danışıqlarda onun özəl məsələləri və milli istəklərini ortaya qoyduğunda onların qarşı çıxıb və tutduqları mövqelərindən dolayı tamamən məyus olub və Təbrizə qayıdaraq Azərbaycan Demkrat Firqəsinin yaradılmasına və burada coşmaqda olan inqilabi mübarizəni yönəltməyə cəhd göstərmişdir.

Azərbaycan Demokrat Firqəsinin yaradılmasından sonra Tudə Partisinin əyaləti komitəsinin bütün təşkilat üzvlərinin Firqəyə qatılması, İran mərkəzli bu sol partinin Azərbaycan milli hərəkatına nə qədər yabancı olmasını və ona qarşı olan münasibəti açıqcasına göstərməkdədir.  

Burada İran mərkəzli sol düşüncəsindən tamami ilə fərqli olaraq, 12 dekabr 1945-ci ildə Azərbaycanın böyük oğlu Seyid Cəfər Pişəvəri başda olmaq üzrə Azərbaycan Demokrat Firqəsinin öndərliyində yaradılan milli hökumət, onun etdiyi bəzi tarixi səhv və xətalarına rəğmən qızıl həflərlə Azərbaycanın şanlı tarixinə keçmişdir.

Azərbaycan Demokrat Firqəsi və onun müqəddəs amalı uğrunda mücadilə aparan onminlərlə şərəfli qız və oğullarının qəhəmanlıq və fədakalığı nəticəsində yaradılan milli hökumət, yalnız Azərbaycan solunun fars-İran mərkəzli sol düşüncəsindən uzaqlaşıb ayrılmasıvə Azərbaycan mərkəzli bir milli və sol parti yaradaraq onun uğrunda mücadilə verməsi ilə mümkün olmuşdur.

İran mərkəzli sol parti və qurymlar və özəlliklədə solçu azərbaycanlı Türklər, heç utanmadan Seyid Cəfər Pişəvəri və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında yaradılan şanlı 21 Azər hərəkatı və onun meyvəsi olan milli hökuməti mənimsəyərək İran solu adına çıxıb, onun İran solunun fəaliyyəti nəticəsində yaranmasını söyləyib və bununlada İran solunun milli məsələ ilə bağlı apardıqları mücadiləni iddia etməkdədirlər. Təəccübli burasıdır ki, bu dövrüdə İran mərkəzli solun təkcə təmsilçisi olan Tudə patrisi tam saxtakarlıq və şarlatanlıqla uzun illər boyu şanlı 21 Azər hərəkatı və Azərbaycan milli hökuməti üzərindən böyük təbliğatlar apararaq, özünü bu hərəkatın arxasında olduğunu və onu dəstələdiyini həm də bu hərəkatın İran solu tərəfindən yaranmasını iddia etmiş və bu gündə etməkdədir. Lakin bu Fars-İran mərkəzli Tudə partisi unutmuşdur ki, bu zaman fars faşizminin təmsilçisi olan callad Pəhləvi rejimi və onun baş naziri olan qatil Əhməd Qəvamla birlikdə milli hökumətimizin vəhçicəsinə yıxılmasında və 30 mindən artıq vətənimizin ən şərəfli və dəyərli qız və oğullarının qəliam edilməsində onlarında əlləri dirsəyə qədər qana bulaşmışdır. Tudə partisi və bütün İran mərkəzli solçu azərbaycanlı Türklər bilməlidirlər ki, 21 Azər hərəkatı və Azərbaycan Demokrat Firqəsi heç bir zaman İran sol parti və hərəkatı olmamış, bəlkə Azərbaycan mərkəzli bir sol parti və Azərbaycan hərəkatı olmuşdur.

İran mərkəzli solun xəyanəti təkcə bunlarla bitmir və Tudə partisi Güney Azərbaycanı təmsil edən milli və sol bir partinin fəaliyyət etməsindən rahatsız olaraq İstalinə müraciət edib və Demokrat Firqəsinin Tudə partisində birləşməsini ondan xahiş edir. Beləliklədə Fars-İran mərkəzli solu təmsil edən Tudə partisi, Azərbaycan adına bir milli və sol partinin fəaliyyətinə dözə bilməyib və Azərbaycan Demokrat Firqəsini 1960-cı ildə sözdə birlik konferansında Tudə partisilə birləşməyə məcbur erdərək, sadəcə onun əyaləti komitəsi kimi fəaliyyətini dəvam edib və bu partini öz xayin və alçaq siyasətlərinə alət etmişdir.

Azərbaycan Demokrat Firqəsinin bu tarixdən etibarən müstəqil bir parti kimi sözdə Tudə partisilə birləşməsi, Güney Azərbaycanda özəlliklə inqlab ərəfəsinə qədər böyük bir siyasi boşluq yaradaraq, Türk millətini bütün milli haqları və milli varlığını müdafiə edə biləcək bir sol və milli partidən yoxsun edərək gələcək dəhşətli faciələrin yəni Azərbaycanın bu günki utanc verici müstəmləkə bir həyat sürməsi və hazırda ölüm-qalım mücadilə verməsinin yolunu tamamən açmışdır.

Çünki əgər Azərbaycan Demokrat Firqəsi, Kürdüstan demokrat partisi kimi öz müstəqil fəaliyyətini dəvam etdirsəydi, Azərbaycanın bütün qabaqçıl, demokrat və solçu aydınlarını özəlliklədə öyrənci və gənclərini öz ətrafında birləşdirib və Azərbaycanın böyük siyasi qüvvəsi olabilərdi. Beləliklə də cəllad Xumeyni və faşist İran islam rejiminin qarşısında böyük bir manə olaraq onun qolaycasına hakimiyyətə gətirilməsinə əngəl olub, həm də yuxarıda qeyd olunan bütün bu dəyərli və qabaqçıl aydınlarımızın Fars-İran mərkəzli paniranist sol parti və qurumlara yem olmasına və onların böyük bölümünün Fars yaxud İran milləti içində əriməsinə mane olabilərdi.

16.10.1018

Ardı var