Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan İrəc Məhəmmədi qanuni əfv tələbinin təmin edilmədiyinə etiraz olaraq bəyanat yayıb.   

Məhbus zindan məsullarının əfv tələbinin rədd edilməsi ilə bağlı irəli sürdükləri dəlilləri təkzib edib.

“Mən pantürkizm və casusluq kimi saxta ittihamlarla 10 il sürgündə həbs cəzasına məhkum edilmişəm. Hazırda 9 ildir həbsdəyəm, bu müddətin 4 ili Urmiyə zindanı, 4 ili də Zahidan zindanında keçib. Son bir ildə isə naməlum səbəbdən Təbrizin dəhşətli və qorxunc həbsxanasına intiqal edilmişəm. İlk həbs edildiyimdə 8 ay Qərbi Azərbaycan “Sepah” (İslam İnqilabı Keşikçilər Korpusu) Şöbəsinin təknəfərlik məhbəsində ən ağır işgəncələr altında saxlanılmışam.  Ona görə də beyin və əsəb xəstəliklərinə düçar olmuşam, bunu Tibbi Ekspertiza da təsdiqləyib və uzun müddət həkim nəzarəti altında müalicə  almağımı istəyib. Lakin məhkəmə orqanları bu vəziyyətə təmami ilə laqeyd münasibət bəsləyir. Son günlərdə isə “22 Bəhmən” münasibəti ilə Məhkəmə Sisteminin Əfv Komissiyasına cəzamın yüngülləşdirilməsi ilə bağlı müraciət etmişəm, lakin tələbim təmin edilməyib. Buna səbəb kimi Təbriz zindanı məsullarının mövqeyi olub. Onlar bildirib ki, məhbus  etdiyi yalnış əməldən peşmançılıq hissi keçirmir və bir neçə dəfə zindanın daxili nizam-intizam qaydalarını pozub. Halbuki, bütün bu ittihamlar yalandır.

Məhkəmə məsulları etdiyim etirazın cavabında bildirib ki, əgər həbs müddətim bitərsə, lakin etdiyim əməldən peşmançılıq hissi  keçirməzsəm, yenə də həbsdə qalmalıyam. Bu isə təmami ilə qanunaziddir”- deyə yayılan bəyanatda qeyd olunub.

 1358456462 vayfdyvlafed