چاپ

 

Təbrizin mərkəzi zindanında oktyabrın 25-dən aclıq aksiyası keçirməkdə olan azərbaycanlı siyasi məhbus Murtaza Muradpurun sağlıq durumu gün keçdikcə ağırlaşır.

Əldə etdiyimiz son məlumata görə, M.Muradpur getdikcə daha da halsızlaşır, onun qaraciyəri təxminən sıradan çıxıb, böyrəklərinin vəziyyəti də çox ağırdır. Fəalın ürək döyüntülərinin qeyri-müntəzəm vəziyyətdə olduğu da dəfələrlə bildirilib.  Siyasi məhbus son günlərdə yaydığı Səs Faylında qan təzyiqinin kəskin aşağı düşdüyünü də xüsusi vurğulayıb.

Ötən gün yayılan informasiyalar isə aclıq aksiyasının 63-cü günündə siyasi məhbusun mədəsində qanaxma əmələ gəldiyini bildirir. Bu barədə etibarlı mənbələr məlumat yayıb.

Qeyd edək ki, Təbrizin həbsxanasında məhbus həyatı yaşayan Murtaza Muradpurun aclıq aksiyası dekabrın 27-də 64-cü günə daxil olub. Bu müddətdə məhkəmə onun islam cəza qanununun 134-cü maddəsinin icrası ilə bağlı qanuni tələbinə baxmayıb, o hələ də həbsdədir.

Siyasi məhbusun qanuni tələbini onun ailə üzvləri ilə yanaşı milli-mədəni fəallar, ictimaiyyət nümayəndələri, bəzi azərbaycanlı millət vəkilləri, insan haqları fəalları, öyrəncilər və s. müdafiə edir, onlar bu istiqamətdə səlahiyyətli orqanlara müraciətlər ünvanlayırlar.

 1358456462 vayfdyvlafed