Təbrizin mərkəzi zindanında aclıq aksiyası 56-cı günə daxil olan azərbaycanlı siyasi məhbus Murtaza Muradpura dəstək məqsədi ilə Təbriz məhkəməsinin qarşısında etiraz aksiyası keçirilib, tutulanlar var.

Dekabrın 19-u səhər saatlarında keçirilən aksiyaya fəalın ailə üzvləri ilə birlikdə çox sayda milli-mədəni fəal qatılıb. Fəallar Murtazanın artıq ölüm təhlükəsi ilə üz-üzə olduğunu bildirərək onun qanuni tələbinin təmin edilməsi  və azadlığa buraxılmasını tələb ediblər.

Lakin aksiya iştirakçıları yenə də təhlükəsizlik qüvvələrinin müdaxiləsi və zorakı hərəkətlərinə məruz qalıblar. Son məlumata görə, Murtazanın qardaşı Fərdin Muradpur, Mustafa Əvəzpur, Adil Buğçaçı, Vəhid Faizpur, Siyamək Mərdani, Əmin Rüstəmzadə, Sədullah Sasani, Məhəmməd Mərdi, Milad Əkbəri, Rəhman Əkbəri və həyat yoldaşı Aliyə Novruzi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

1358456462 vayfdyvlafed