Urmiyə universitetinin türk öyrənciləri İran parlamentində yaradılan Türk Bölgələri Fraksiyasına dəstək veriblər.

Məlumata görə, 1319 türk öyrəncisinin imzaladığı Bəyanatda türk bölgələrinin inkişafı üçün yaradılan Fraksiyaya dəstək verilib.

“Oktyabrın 30-da 100-dən çox deputatın qatıldığı Türk Bölgöələri Fraksiyasının yaradılması olduqca əhəmiyyətlidir. Türk bölgələrində ətraf-mühit, mədəni və iqtisadi sahələrdə önəmli inkişaf yoxdur. Ona görə də bu sahələrdə lazımi nəticəni əldə etmək üçün yeni tədbirlər alınmalı idi. Biz Türk Bölgələri Fraksiyasının yaradılmasını bu istiqamətdə atılan addım kimi qiymətləndirir və onu dəstəkləyirik. Bu plan əhalinin öz talehinə hakim olması uğrunda bir başlanğıc olacağına da ümid edirik”- deyə Bəyanatın bir hissəsində qeyd olunub.