elə iranın keçmiş prezidenti Muhəmməd Xatəminin fedral söyləmi və mənfur pan-farsizmin o ifrati çox aşırı reaksiyası bu gün bizə bir böyük tablo olmuşdur.

əslində Muhəmməd Xatəminin bu fedral söyləmi bu günkü gündə biz Azərbaycanlılara bir çox köhnə mövzuya dönmüşdır , yəni öncül milli fəallara bir o qədərdə önəm daşımamaqdadır , amma Xatəmi cənablarının buraya gəlib catması və o adamın tərəfindən bu mövzunun tərhi özü calib və çox məna daşımaqdadır .

eyn halda təəcüblüdir ki bu ırqıçılar hələdə bir molla qədəri real düşünəbilməmişlər !

demək ki Azərbaycan türklərinin illər boyu verdiyi əmək , çəkdiyi zəhmət və müqəddəs dirənişi nəticəsində hər şey yavaş yavaş öz təsirini və etgisini göstərməkdədir ,

əgər biz bir az geriyə qayıtsaq görəcəyik ki o mənfur ırqıçı və həqiqətən bədəvi pan-farsizim bir uzun sürə basqı və baykot siyasəti ilə içəridə və eşikdə uğurlar qazana bilmışdır , elə bu dığa siyasətin qazancı ilə belə bir milli demokratik hərəkəti ört bastır edərək inkar və onun tanınmağına müsadiət etməmişdir .

amma bu gün milli fəalların fəaliyəti əsasında o tabu və o saxta kazib bot sınmışdır , bu əsnada Azərbaycan milli demokratik hərəkəti və onun milli fəalları bu iftixara nail ola bilmişdirlər , hər kəsə aydındır ki belə bir əsrdə və zamanda bir belə primitiv irqıçılıq ilə mübarizə heçdə asan bir iş olmamışdır , amma o mübarizənin nəticəsi bu gün tam ortadadır və hər şeydə lab açıq bəllidir.

elə bu bir acı gərçəkdir o fəaliyətlərin etgisi ilə bərabər Xatəmi kimi çoxlarını belə bir söyləmə vadar etdirmişdirlər .

burada qeyd etmək lazımdır ki bu ırqıçıların yalnız qorxusu budur ki əgər bu tabu sınsa sabah " hər nənə qəməri " yəni hər kəs bu söyləmi İran adlanan yerdə təkrar edərkən daha bu istəklər leqitim olacaqlar , o zaman böylə istək və tələbləri daha yığışdırmaq heçdə mümkün olmayacaqdır elə bu nədəndən dolayı onlar Xatəmidən nifrət edərək onu xain , ziddi milli , ara qatan adlandırmışlar .

o qafil yazıqlar bilməlidirlər ki Azərbaycan türklərinin iradəsinin önündə hamılar o istək və tələbləri qəbul edib , təslim olmaq məcburiyyəti ilə üzbəüzə qalacaqlardir , elə atalar demişgə " sərçələrdə bülbül kimi oxuyacaqlar " .