Təqribən iki ay əvvəl Ərdəbildə nəzarət altına alınan şair və türk fəal Rəhim Qulami mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Sosial mediada paylaşılan görüntülərə istinadən, onlarla onlarla milli fəal həbsdən yeni buraxılmış fəalı evində ziyarət edib.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, Ərdəbil İnqilab Məhkəmələrinin prokuroru hakim Nonahal Rəhim Qulamiyə qarşı “rejimə qarşı təbliğat” və “dini lideri təhqir etmək” ittihamlarını irəli sürüb.

Folklor və ədəbiyyat sahəsində türk dilində bir neçə kitabı nəşr edilən şair keçən illərdə də müxtəlif səbəblər üzündən həbs və mühakiməyə məruz qalıb.

Son həftələr Ərdəbil başda olmaqla, İran Azərbaycanının bir neçə şəhərində siyasi məhbusların azadlığı tələbi ilə kampaniyalar təşkil olunub.