( inan )

Gəl reform eylə müsəlman , yeni inama inan

Tərk   möhumat eylə , düz , doğru imana inan

Sil gözün torpağını , şəkk eylə o keçmişinə

Al ələ bilgi silahın , yeni dövrana inan

Kompyuter demə şeytandır , internet kafər

Dini qoy məçidə getsin , elmə , urfana inan

batinin sil , təmiz eylə, saqqalı dibdən vurdur

Qoy xanım çadranı atsın , huri , qılmana inan

Zor ilə vermə ərə , gəl bu səğir qızları sən

Kəramət qoy dəyər olsun ! Ya ki Ədnana inan

Bu qədər mən-mən edib , allaha sahib çıxma

Tolerans dünyasında ! bir buyan-oyana inan

İranda   türk olanın , azad eylə sən istəyini !

İnsanlar haqqına ? yoxsa dəli şeytana inan ?

gəl reform eyləyrək gözllikdən qorxmayalım

Bu Eşilbax təki səndə , qaşı qeytana inan

Eşilbax 01.11.1999