چاپ

 

Sosyal Fəal Əmir Çəməni 24 saat tutuqlanmadan sonra 50 milyon Tümən Girov ilə özgür buraxıldı.

Azoh: Təbrizdən əldə etdiğimiz bilgilərə görə Əmir Çəməni İnsan Haqları aktivisti Təbriz üniversitetinin  Sosiologiya bölümünün  Yüksək lisans tələbəsi bazar ertısi günü Fəta polisi tərəfindən iş yerində tutuqlanmışdı. saat 12/30 da 50 milyon tümən girov ilə azad buraxıldı.

bu Aktivist bundan öncədə dey Ayının 24də 1391 ilində öz evində tutuqlanmışdı. və iki həftə təbriz İttilaat idarəsində geçirdikdən sonra Təbriz mərkəzi zindanına və 9 aylıq həbs cəzasını çəkmək üçün göndərilmişdi. o 1392/04/15 Təbriz Məhkəməsində Qazi Həmlbər tərəfindən İslam Respublikasının lideri və qurucusunu təhqir etmək ittihamı ilə 6 ay həbs cəzası verildi və rejimə qarşı təbliğat iddiası ilə üç ay  bir gün həbs cəzası verildi. Təbriz Cəzaçəkmə Məhkəməsinin 104 saylı şöbəsi onu prezidentə təhqir etmək üçün 40 şallaq zərbəsinə məhkum etdi. 40 zərbə şallaq cəzasınl  1392.ci ilində çəkdi. o 1392/07/11 günündə cəzasının bittiğində sonra Təbriz mərkəzi zindanından azad edildi.